09 avq 14:09olke

“Gəldiyim gündən Bakıda yağış yağmayıb”

“Gəldiyim gündən Bakıda yağış yağmayıb”
Jezniçak ardıcıl ikinci dəfə ÇL-in qrupunda oynamaq arzusundadı
Mövsümlərarası fasilədə “Qarabağ”la anlaşan Yakub Jezniçak Çempionlar Liqasında meydana çıxdığı matçlarda səviyyəsini ortaya qoymağı bacardı. Vətənində “Kuba” ləqəbi ilə tanınan müdafiəçi soyuqqanlı oyunu, ikili mübarizələrdə inamlı təsir bağışlaması, ağıllı ötürmələri ilə Ağdam təmsilçinin fanatlarının, eləcə də futbol ictimaiyyətinin hörmətini qazanmağı bacarıb. 31 yaşlı stopper bugünlərdə Polşa mətbuatına müsahibə verib.”Köhlən atlar”ın yeni transferi həm yeni klubu haqda ətraflı məlumat verib, həm də Bakının çox günəşli olduğunu vurğulayıb.
- Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində baş tutan “Şerif”lə cavab oyununda burnunuzu və barmağınızı sındırdıqdan sonra özünüzü necə hiss edirsiz?
- Barmağımla bağlı heç bir problem yoxdu. Bir müddət ağrısa da, indi hər şey qaydasındadı. Burnuma gəlincə, həqiqətən də sınıb. Ancaq çox sevindirici haldı ki, həkim mənə qoruyucu maskanın lazım olmadığını bildirdi. Əsas odu ki, qalib gələn tərəf biz olduq. “Qarabağ” ÇL-in pley-off mərhələsinə heç vaxt yüksəlməmişdi. Onlar həmişə üçüncü təsnifat mərhələsində mübarizəni dayandırmaq məcburiyyətində qalıblar. Bu klub tarixində bir ilkdi. Ancaq bununla kifayətlənmək fikrimiz yoxdu. ÇL-in qrupuna düşməklə daha böyük tarixi nailiyyətə imza atmaq üçün yaxşı şansımız var. Düzdü, pley-offda cütün favoriti “Kopenhagen”di. Amma biz çalışacağıq onları keçib ÇL-in qrup mərhələsinə düşək. Bunu bacarsaq, həm klub, həm də mənim üçün möhtəşəm olar. Ardıcıl ikinci dəfə ÇL-in qrupunda oynamaq arzusundayam.
- Sabiq komandanız “Legiya” ÇL-in yox, Avropa Liqasının qrup mərhələsinə düşmək uğrunda yarışacaq. Rəqib isə “Qarabağ”ın üstələdiyi “Şerif”di...
- “Legiya”nın çıxışı məni də təəccübləndirdi. “Şerif” zəif deyil, amma keçmiş komandamın onları üstələmək üçün hər cür imkanı var. Fərdi cəhətdən polşalı futbolçular rəqibin heyətində yer alan oyunçulardan üstündülər ki, bu da əlavə üstünlük deməkdi. Bütün bunları nəzərə aldıqda “Legiya” “Şerif”i keçməyə məcburdu.
- “Şerif”in ev oyunlarında stadionda ab-hava necə olur? Yerli azarkeşlər qonaq komandaya təzyiq göstərirlər?
- Xeyr. O qədər də güclü təzyiq altında oynadığımızı deyə bilmərəm. Amma ab-hava yaxşı olur. Hardasa “Belxatov” klubunun stadionuna oxşayır. Səfərdə baş tutan oyun bizim üçün uğurlu alındı. 2:1 hesablı qələbə qazandığımızdan yenidən həmin anları yaşamaq mənim üçün xoşdu. Bakıdakı matçda qosuz heç-heçə qeydə aılındığına görə mərhələ adlayan tərəf biz olduq.
- Gəlin yenidən“Legiya”nı tərk etməyinizə qayıdaq. Bizim üçün yetərincə ekzotik ölkə sayılan Azərbaycana yollanmaq qərarını verəndə çox düşündüz?
- Menecerim Azərbaycandan təklif gəldiyini deyəndə, ona bildirdim ki, maliyyə şərtləri çox yaxşı olmalıdı ki, mən təkilifə isti yanaşım. İstəyim yerinə yetirildiyindən, demək olar ki, qərarımı bir gün ərzində verdim. Düzgün qərar verdiyimi düşünürəm. Çünki burda gördüklərimdən məmnunam. Hətta deyərdim ki, gördüklərim düşündüklərimdən də yaxşıdı, xoşbəxtəm. Klubun böyük bazası və çevrəm ürəyimcədi. Hər gün günəş boylanır ki, bu da məni sevindirir. Çünki günəşi çox sevirəm. Gəldiyim gündən Bakıda yağış yağmayıb. Deyəsən, bu gedişlə heç yağmayacaq da (gülür).
- Bakıda polşalılarla rastlaşmısız?
- “Yagelloniya”nın sabiq oyunçusu, indi isə mənimlə birgə “Qarabağ”ın şərəfini qoruyan Dani Kintana və onun polşalı həyat yoldaşı məni çox xoş qarşıladılar. Onlardan başqa həyat yoldaşı polşalı olan, vaxtilə “Visla”da çıxış edən Donald Qerye də hazırda komanda yoldaşımdı. Onların iki övladı var.
- “Qarabağ” Ağdamı təmsil etsə də, Bakıda məskunlaşıb. Səbini bilmək istərdik.
- Klubun əsası Ağdamda qoyulub. Amma şəhər Azərbaycanla Ermənistan arasında yaşanan müharibə zamanı dağıdılıb. Bakıda da çoxlu fanatlarımız var. Qarşımıza böyük məqsəd qoymuşuq. Çempionlar Liqasının qrupuna düşməyi, həmçinin ölkə çempionu olmağı hədəfləmişik. Hədəfimizə çatacağımıza da əminəm.
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 Emin Cəfərquliyev “Səbail”dən ayrılıb, “Binə”yə keçdi! Dünən, 21:05 “Binə” Batumi “Dinamo”sunu da məğlub edib Dünən, 21:04 Araz “Anortosis”də ilk rəsmi matçına çıxdı Dünən, 21:01 2000 manata görə məhv olan uşaq futbolu Dünən, 20:58 "Qəbələ" darmadağınla zirvəyə yüksəldi Dünən, 20:57 HAKİMLƏRİN MÜHAKİMƏSİ Dünən, 20:55 TURDAN MƏQAMLAR Dünən, 20:43 U-13 gürcülərə qalib gəldi Dünən, 20:41 Zirvədəki “Zirə” Dünən, 20:40 Yevlax stadionunun qazonu hamını şoka saldı Dünən, 20:37 “Qarabağ” azarkeşlərinin piketi nəticəsiz qaldı Dünən, 20:34 “Qarabağ” Kopenhagenə çatdı... Dünən, 20:31 “Qarabağ”, “Kopenhagen”i “Parken”də də susdur! Dünən, 20:30 “Neftçi” azarkeşi uğuru olan məşqçi istəyir Dünən, 20:29 Müjdə: Elxan Abdullayev “Neftçi”dən getdi Dünən, 20:27 AFFA “Bakcell Arena”nı elə-belə seçməyib Dünən, 20:26 "İmarət Avropa" Kopenhagenə "casus" göndərib Dünən, 20:24 Mehdi Nağıyev ittihamlara cavab verdi Dünən, 20:23 Bakıda gördükləri “Vostok”un baş məşqçisini heyrətə gətirib Dünən, 20:18 İlk görüşdə qələbə Dünən, 20:17 Güləşçilər çox pis başladı... 22-08-2017, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi 22-08-2017, 18:37 Qol vuran qələbə qazandı 22-08-2017, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı 22-08-2017, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi 22-08-2017, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! 22-08-2017, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi 22-08-2017, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir 22-08-2017, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi 22-08-2017, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə 22-08-2017, 18:21 “İnter” 88 dəqiqə dözdü 22-08-2017, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib 22-08-2017, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” 22-08-2017, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... 22-08-2017, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür 22-08-2017, 18:07 Faiq Həsənov susdu! 22-08-2017, 18:06 Qısa xəbərlər 22-08-2017, 18:04 Belfor pula qaçır... 22-08-2017, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi Bütün xəbərlər
Ən çox oxunanlar