07 avq 23:45olke

Təqvimdə diqqəti çəkən üç əsas məqam

Təqvimdə diqqəti çəkən üç əsas məqam
Avqustun 4-də 2017/18 mövsümünün təqvimi açıqlandı. Ayın 11-də “Neftçi” – “Qarabağ” matçı ilə start götürəcək “futbol ili” mayın 28-də başa çatacaq. Sözsüz, həmin gün keçiriləcək kubokun final görüşü ilə mövsümə yekun vurulacaq. Əslində birincilikdə 8 komandanın iştirak etməsinin yaxşı mənzərə olmadığını dəfələrlə qeyd etmişik. Ancaq hazırkı durumda elitanın tələblərinə cavab verəcək komanda yoxdusa, say düzəltmək üçün süni artım da elə bir məna daşımır. Premyer-liqa iştirakçılarının yarıdan çoxu birbaşa və ya dolayı yolla AFFA-nın himayəsindədisə, daha doğrusu, SOCAR-dan “qidalanırsa”, elitada keyfiyyət haqda ağızdolusu danışmaq çətindi. Bunlar məsələnin bir tərəfidı. Bizi qarşıda uzun bir marafon gözləyir. Yuxarıda qeyd etdiyimiza kimi, cümə günü açıqlanan təqvimdə bəzi diqqətçəkən məqamlar var.
Bayrama bayram qatılacaq
Düzdü, ötəri də olsa, çempionatla bağlı mənfi məqamlara toxunduq. Ancaq hər nə qədər azarkeşləri narazı salan amillər olsa da, sevindirici bir durumu da qeyd etməliyik. Belə ki, söhbət kubokun finalının mayın 28-nə salınmasından gedir. Respublika Günündə mövsümün yekun oyununun keçirilməsi futbolsevərlər üçün bayramın bayrama qatılması anlamına gəlir. Bunun alqışalayiq bir qərar olduğunu vurğulamalıyıq. Onu da bildirək ki, beləcə “ikinci cəbhə”nin həlledici matçı 5 ildən sonra yenidən Respublika Günündə keçiriləcək. Mayın 20-də premyer-liqanın son turunun oyunları baş tutacaq. “Futbol ili”nə bayram günündə final oyunu ilə nöqtə qoyulacaq. Xatırladaq ki, sonuncu dəfə kubokun həlledici matçı bayram günü 2012/13 mövsümündə Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə "Xəzər Lənkəran" arasında keçirilib. Həmin vaxt əsas və əlavə vaxtda qol vurulmadığı üçün qalib penalti seriyasında müəyyənləşmişdi və "Neftçi" 5:3 hesablı qələbə qazanmışdı. Oyundan sonra tərəflər arasında baş verən qalmaqal və toqquşma həm geniş müzakirələrə səbəb olmuş, həm də böyük cəzalarla nəticələnmişdi. İndiyədək 11 dəfə “ikinci cəbhə”nin son görüşü Respublika Günündə gerçəkləşib. Ötən mövsüm isə İslam Həmrəyliyi Oyunlarına görə mövsüm erkən yekunlaşdı və kubokun final oyunu mayın 5-də Naxçıvanda keçirildi. “Qarabağ”la “Qəbələ” arasında reallaşan dueldən birincilər qalib ayrıldı.
“Qarabağ”a güzəşt olunacaq?
Dəfələrlə PFL-in klublara güzəştə getməsini qamçılamış, bunun peşəkarlığa uyğun gəlmədiyini qeyd etmişdik. Söhbət təşkilatçı qurumun hansısa klubun “nazıyla oynamasından” gedir. Əvvəllər bu hal tez-tez baş verirdi. Komandalar kiçik bəhanələrlə belə oyunlarının təxirə salınmasına nail olurdular. Belədə isə aləm bir-birinə dəyirdi. İnsaf naminə, son illər PFL bunun maksimum şəkildə qarşısını almağa çalışır. Yalnız beynəlxalq arenada mübarizə aparan komandalara güzəştlər olunur. Budəfəki təqvimdə “Qarabağ” üçün xüsusi qeydə rast gəldik. Avroliqanın qrupuna vəsiqəni üçün təmin edən, hazırda Çempionlar Liqasının qrupuna can atan “köhlən atlar” oyunlarının vaxtını tur çərçivəsində dəyişmək hüququna malikdi. Ancaq bu elə də ciddi bir güzəşt deyil. Çünki hansısa uzunmüddətli təxirə salmadan söhbət getmir. Bir gün irəli və ya geri isə təqvimdə qarışıqlıq yaratmayacaq. Lakin maraqlıdı, ÇL-in pley-off matçları ərəfəsində “Qarabağ” hansısa oyunun təxirə salınmasını istəsə, PFL buna qarşı çıxacaq? İnandırıcı deyil. Hər halda, bunu zaman göstərəcək.
Yığma üçün “pəncərələr”
Onu da qeyd edək ki, yığma üçün 4 “pəncərə” nəzərdə tutulub. Lakin bunlar elə də uzun toplanışlar deyil. Avqustun sonu – sentyabrın əvvəlində milliyə görə premyer-liqada yaranan fasilə başqalarından daha uzundu. Belə ki, vurğuladığımız ərəfədə premyer-liqada 12 günlük fasilə yaranacaq. Həmin vaxt yığma DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə səfərdə, San Marino ilə evdə qarşılaşacaq. Növbəti “pəncərə” isə oktyabrın əvvəlinə nəzərdə tutulub. Çempionatdakı 9 günlük fasilə zamanı millini tsiklin son görüşləri – Çexiya və Almaniya ilə oyunlar gözləyir. Mövsümün sonuna kimi yığmaya görə daha iki dəfə premyer-liqadakı mübarizə səngiyəcək. Noyabrın 6-dan 14-nə, martın 19-dan 27-nə kimi millinin toplanışları var. Qeyd etdiyimiz hazırlıq prosesi çərçivəsində əsas komandanın yoldaşlıq oyunları keçirməsi nəzərdə tutulub. Göründüyü kimi, qarşıdakı mövsüm yığmaya görə uzun-uzadı fasilələr olmayacaq. Bu da yaxşı əlamətdi.
FARİZ
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:24 UEFA “dron olayı”na bu gün baxacaq Dünən, 13:22 AFFA piketin keçiriləcəyindən xəbərdar imiş Dünən, 13:20 Xaymeylə Mahir kollektiv məşqlərə qoşulublar Dünən, 13:17 APOEL ilə oyunun biletləri satışa çıxarıldı Dünən, 13:12 Azər Bağırov “Turan Tovuz”u yarıyolda qoyub getmək istəmirmiş Dünən, 13:07 “Turan Tovuz”un yeni baş məşqçisinin adı bu həftə bilinəcək Dünən, 13:01 Anar Salmanovla Əfqan Həmzəyev bir-birinə “girdi” Dünən, 12:58 “Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq” Dünən, 12:56 Lustrinelli heç-heçəyə də razı imiş… Dünən, 12:48 UEFA klublarımızı sevindirdi Dünən, 12:46 Region Liqasının yeni mövsümünün püşkü atılacaq Dünən, 12:44 U-21 yaxşı oynasa da, uduzdu Dünən, 12:41 “İmarət” etiraz edir Dünən, 12:39 “Araz”ın üzvləri azarkeşlərdən dəstək istədilər Dünən, 12:35 Dörd iranlı futzalçı “milliləşdirildi” Dünən, 12:27 AFFA Zaur Axundova 6 milyondan artıq pul ayırıb! 16-10-2019, 11:59 Şok, şok, şok: Hollandiyanın Bakıdakı səfirliyi önündə piket keçirildi! 16-10-2019, 11:58 İranlı futzalçılara da Fransa səfirliyi problem yaradıb 16-10-2019, 11:57 Hacı Əliyev medalsız qaldı 16-10-2019, 11:56 Aydın Süleymanlı Hindistanda dünya çempionu oldu 16-10-2019, 11:53 Tahir Süleymanov hakim səhvinə siyasi şərh verdi 16-10-2019, 11:52 Macarıstan mətbuatı da sayılmayan qoldan yazır 16-10-2019, 11:46 Azər Bağırov Tovuzu Qəbələyə dəyişdi 16-10-2019, 11:44 Yurçeviç: “Macarıstanlı jurnalistlər təmiz qolumuzun verilmədiyini bildirirlər” 16-10-2019, 11:43 Son ümidlər Dunayın sahillərində batdı 16-10-2019, 11:39 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2019, 11:37 Vüqar Əsgərli uğursuzluğu rəqiblərin gücünə “bağladı” 16-10-2019, 11:36 “Araz”ı ayırdılar, qol ilə doyurdular... 16-10-2019, 11:32 "Forza Neftçi” vahid liderdi 16-10-2019, 11:30 Mütəxəssislər yığmanın qorxaq futbol oynadığını düşünmürlər 16-10-2019, 11:24 Sən Allah, gedib pitsanızı yeyin... 15-10-2019, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi 15-10-2019, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama 15-10-2019, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” 15-10-2019, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub 15-10-2019, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı 15-10-2019, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi Bütün xəbərlər
Ən çox oxunanlar