07 avq 20:44olke

“İnter” yenə “Zirə”ni məğlub edə bilmədi

“İnter” yenə “Zirə”ni məğlub edə bilmədi
Ayxan Abbasov: “Komandamın bir cəhətindən xüsusilə razı qaldım”
Avroliqada mübarizəni başa vuran “İnter” premyer-liqaya hazırlığı davam etdirir. “Dalğa Arena” və Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında məşq edən komanda premyer-liqanın startı ərəfəsində son yoxlama oyununda qüvvəsini sınayıb. Zaur Svanadzenin rəhbərlik etdiyi komanda premyer-liqanın digər iştirakçısı, Avroliqada mübarizə aparmış “Zirə” ilə qarşılaşıb. BOS-un ehtiyat meydançasında baş tutan qarşılaşmada “İnter bu heyətlə meydana çıxıb: Orxan Sadıqlı, Adrian Skarlatake, Denis Silva, Tərlan Quliyev, Fuad Bayramov, İlkin Qırtımov, Sərtan Taşkın, Mirhüseyn Seyidov, Mirsahib Abbasov, Pərdis-Fərcad Azad, Rauf Əliyev. “Zirə”nin ilk “11-liy”i isə belə olub: Anar Nəzirov, Adil Nağıyev, Yovan Krneta, Yusif Nəbiyev, Qabriel Matey, Mustafayev Vüqar, Viktor İbokoyi, Milan Duric, David Manqa, Təmkin Xəlilzadə, Orxan Əliyev. Qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov fasilədən sonra heyətdə dəyişikliklər edib. İkinci hissədə bu oyunçular da şans qazanıb: Kamal Bayramov, Aleksandr Şemonayev, Nicat Qurbanov, Vüsal İsgəndərli, Sadiq Quliyev, Ilkin Muradov, Murad Səttarlı, Elgün Nəbiyev, Müşfiq İlyasov.
Qarşılaşma mübarizə şəraitində keçib. Öncə “qartallar” Təmkin Xəlilzadənin dəqiq zərbəsiylə hesabı açıb. Daha sonra isə Mirsahib Abbasov tarazlığı bərpa edib. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb. Lakin ikinci yarıda Abbasovun komandası qələbə qolunu vura bilib. David Manqa komandasına qələbə qazandırıb. Maraq üçün qeyd edək ki, “İnter” indiyə kimi “Zirə”ni məğlub edə bilməyib. Bu komandalar arasında Türkiyədə gerçəkləşən təlim-məşq toplanışı dönəmində baş tutan yoxlama oyunu da qəsəbə klubunun 2:1 hesablı qələbəsiylə yekunlaşmışdı.
Oyunla bağlı hər iki komandanın baş məşqçiləri ilə danışmağı lazım bildik.
Zaur Svanadze: “Oyun pis keçmədi. Yaxşı hücumlar təşkil etdik. Amma bir çoxunu qola çevirə bilmədik. Rəqibin də kifayət qədər şansları oldu. Odu ki, meydanda bərabərsəviyyəli oyunun getdiyini qeyd edə bilərəm. Uşaqlardan Samir Zərgərovla Elnur Abdullayevə istirahət vermişdim. Digər oyunçuların hamısı şans qazandı. Nizami Hacıyev ikinci hissənin ortalarında meydana çıxdı. Lakin tezliklə əvəzləndi. Onun ayağında müəyyən problem var. Ümid edirəm ki, çempionatın startına kimi bu problem aradan qalxacaq. Qapımıza vurulan ilk qol bir az kuryoz alındı. Top qapı dirəyinə dəydi, sonra da qapıçımıza toxunub tora daxil oldu. Buraxdığımız ikinci qol isə daha pis idi. Müdafiəçimiz topu rəqib hücumçuya bağışladı. Özü də heç bir təhlükə olmayan yerdə. 1:2 hesabı pis deyil. Çatışmazlıqları aradan qaldırmalıyıq. Qarşıdan çempionat gəlir. Vaxtdan maksumum istifadə edib, hazırlıq səviyyəsini ən yaxşı həddə çatdırmalıyıq”.
Ayxan Abbasov: “Dünən (srağagün) çempionat ərəfəsində son yoxlama oyununda qüvvəmizi sınadıq. “İnter”ə qarşı oyun normal keçdi. Son iki həftədə uşaqlar ağır qrafikdə işləmişdi. Yaxşı məşqlər keçmişdilər. Oyunu bəyəndim. Komandamın bir cəhətindən xüsusilə razı qaldım. Bu da futbolçuların meydanda hərəkəti idi. Hava isti olsa da, uşaqlar əzmkarlıq nümayiş etdirdilər. Hazırda heyətimizdə iki futbolçu zədəlidi. Bunlar Jozef Bum və Riçard Qadzedi. Riçard ilk tura kimi hazır olmalıdı. Bumun isə 2 həftə sonra sıralarımıza dönəcəyini gözləyirik. Komandada durum normaldı. Hər kəs çempionatın başlamasını gözləyir. İlk turda rəqibimiz “Səbail” olacaq. Yeni komandadı. Samir Əliyevin işini çox yaxşı bilirəm. Onun komandaları həmişə əzmkar olub. Bu üzdən çətin olacağını anlayırıq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar