07 avq 20:13olke

Təbriz Həsənov 19 il əvvəli yada saldı

Təbriz Həsənov 19 il əvvəli yada saldı
“Marşrut avtobusuna minib gedirdik “20 Yanvar”a, ordan da Sumqayıta”
ÇL-in pley-off mərhələsinin püşkü atılan kimi “Kopenhagen”in “Qarabağ”a tanış rəqib olduğunu yada salmışdıq. Belə ki, danimarkalılar 1998/99 mövsümündə Kuboklar Kubokunda ağdamlılarla qarşılaşıb və bizimkilər hər iki oyunda böyük hesabla məğlub olub. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda avrokuboklarla biabırçı şəkildə vidalaşıb. “Köhlən atlar” səfərdə keçirilən ilk görüşdə 0:6, Bakıda baş tutan qarşılaşmada isə 0:4 hesablı məğlubiyyətə üzülüb. Təmsilçimiz Kopenhagendə 26 dəqiqəyə 5 top buraxıb. Martin Nilsen 2-ci, Tomas Torninqer 6-cı, Peter Nilsen 13-cü, Byarne Qoldbek 20-ci, Morten Falx 26-cı dəqiqədə “Qarabağ”ı məyus edib. 40-cı dəqiqədə Peter dublunu rəsmiləşdirib və sakitləşən meydan sahibləri qarşıdakı 50 dəqiqədə qol vurmayıb. Bakıda isə hər şey görüşün sonuna qalıb. Yenə də danimarkalılar 4 qolu qısa zamanda – 21 dəqiqədə vurublar. Niklas Yensen 64-cü, Peter Yensen 70-ci, David Nilsen 75-ci və 84-cü dəqiqələrdə fərqlənib.
Bu həm də Danimarka klubları ilə yeganə duel olub. Həmin oyunlardan başqa heç vaxt şimallılarla avrokuboklarda yolumuz kəsişməyib. Onu da xatırladaq ki, 19 il öncə baş tutan qarşılaşmada ağdamlıların heyətində hazırda klubda çalışan Müşfiq Hüseynov, həmçinin Camaləddin Əliyev, Elşad Əhmədov, Vadar Nuriyev, Zaur Qarayev, Rüfət Quliyev, Mais Əzimov, Mirbağır İsayev, Səttar Əliyev, Təbriz Həsənov, Bəxtiyar Musayev, Renat Abdaşov, Emil Paşayev, Vəli Hüseynov, Kənan Mahmudov, Yalçın Bağırov kimi futbolçular çıxış edib.
Bu futbolçulardan Təbriz Həsənovla danışıb 19 il əvvələ qayıtmağı, həmçinin “Qarabağ”ın “Kopenhagen”i keçmək şansını dəyərləndirməsini xahiş etdik. Hazırda U-19-a rəhbərlik edən mütəxəssis o vaxtkı məğlubiyyəti şəraitsizliklə əlaqələndirdi: “Həyatda elə anlar olur ki, onlarla bağlı nostalji fikirləri bildirmək istəmirsən, yada salmaq qanqaraldıcı olur. O vaxt “Qarabağ”ın heyətində “Kopenhagen”ə qarşı keçirdiyim görüşlər də o qəbildəndi. Deyim ki, heyətimiz zəif idi – belə deyil. Əksinə, komandada səviyyəli oyunçular vardı, məşqçimiz də təcrübəliydi. Azərbaycan çempionatında qalib olmağa nə vardı ki?! Üç-dörd komanda mükafatlar uğrunda mübarizə aparırdı. Yeganə problem hazırlıqlı olmamaq idi. Bu da dövrlə bağlıdı. Sizə iki-üç cümlə ilə Kuboklar Kubokunun oyununa necə hazırlaşdığımızı başa salım. Çempionat bitirdi və komandalar istirahətə yollanırdı. Püşkatma keçiriləndən və rəqib bilinəndən sonra 10 günlük toplanışa yığışırdıq. Məşqlərimizi Sumqayıtda keçirdik, gündə bir dəfə olmaqla. Marşrut avtobusuna minib gedirdik “20 Yanvar”a, ordan da Sumqayıta. Basabasda, adi sərnişinlərlə bir yerdə. Qayıdanda da həmin qaydada. Beynəlxalq yoxlama oyunu bir yana, heç öz komandalarımızla gücümüzü sınaya bilmirdik. Belədə nə effekt olacaqdı? Nəticədə avrokubok matçına çıxanda templə ayaqlaşa bilmirdik. Axı Azərbaycan çempionatının səviyyəsiylə beynəlxalq yarışlar eyni deyildi. Tempdə, sürətdə, bir sözlə, fiziki və atletik cəhətdən uduzurduq xarici klublara. Üstəlik, “Kopenhagen”in yaxşı vaxtları idi. Komandanın heyətində 92-ci ildə Avropa çempionu olmuş Danimarka millisinin 4-5 üzvü çıxış edirdi. Möhtəşəm atmosfer var idi “Kopenhagen”in stadionunda. İndi də həmin arenada oynayırlar, 40 minə yaxın tamaşaçı tutur. Ümumiyyətlə, Danimarkada baş tutan qarşılaşmanı daha yaxşı xatırlayıram. Baxmayaraq ki, birinci oyunu səfərdə, cavab görüşünü öz meydançamızda keçirdik. Rəqibin heyətində ucaboy futbolçular çoxluq təşkil edirdi. Onların ən bəstəboyu bizim ucaboy futbolçu kimiydi. Şişirtmirəm, inanın, bu belə idi. Standart vəziyyətlər zamanı onlardan 4-5-i cərimə meydançamıza girib Camaləddinin qarşısında dayanırdı və onun çıxışlarına mane olurdular. Səhv etmirəmsə, 3, ya da 4 qolu standart vəziyyətdən o qaydada vurdular. Kornerdən qaldırırdılar, başla vururdular. Qolların hamısı ilk yarıya təsadüf etdi. Fasilədən sonra onların oyununu poza bilsək də, dominantlıq edən tərəf yenə danimarkalılar idi. Bakıda isə əksinə oldu, ilk yarıda qapını toxunulmaz saxladıq, ikinci hissənin sonlarında ardıcıl qollar buraxıb darmadağın olduq”.
“Şerif”lə Bakıdakı oyundan sonra cavab görüşü ilə bağlı proqnoz verən Təbriz Həsənov əminliklə “Qarabağ”ın Moldovada qələbə qazanacağını demişdi: “Əminəm ki, “Qarabağ” səfərdə qələbə qazanıb mərhələni adlayacaq. Heç-heçə yox, məhz qələbə gözləyirəm”. Maraqlıdı, o, danimarkalılarla dueldən nə gözləyir: “Qarabağ” üçün əsl sınaq indi başlayır. “Kopenhagen” nə “Samtredia”dı, nə də “Şerif”, əksinə, onlardan bir baş üstündü. Ancaq bu komanda yenilməz deyil. Rəqib pley-offa qədərki mərhələlərdə “Jilina” ilə “Vardar”ı sıradan çıxarıb. Hər ikisinə səfərdə uduzub, evdə böyük hesabla qalib gəliblər. “Qarabağ” bunu nəzərə almalıdı. Bakıda minimal hesablı qələbə qazanmaqla arxayınlaşmaq olmaz. Çox güman, əsas mübarizə Danimarkada reallaşacaq oyunda gedəcək. “Qarabağ”ın Bakıda qələbə qazanacağına inanıram. Səfər oyunu ərəfəsində bacardıqca böyük üstünlük qazanmalı, ancaq əsas gücü cavab görüşünə saxlamalıyıq. Rəqib cinahdan asmalara çox üstünlük verir. Qurban Qurbanovun buna çarə fikirləşəcəyinə inanıram. Topa sahib olmaqla bunu etmək çətin olacaq. Çünki “Kopenhagen” “ikinci skripka” olmağı qəbul etməyəcək. Hər halda, “Qarabağ”ın cinah oyunçularının və müdafiəçilərinin üzərinə böyük yük düşəcək. Bununla belə, mən şansları aşağı-yuxarı bərabər sayıram. “Kopenhagen” güclü rəqibdi, ancaq komandamızın qrupa düşmək şansı var”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar