Yazarlar
Nurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
02 avq 20:34olke
Mikayıl Nərimanoğlu FİFA-ya müraciət etməyimizi istədi

“Daha öncə xəbərdarlıqla bağlı bizə heç nə gəlməyib”
Bir neçə gün öncə AFFA-nın heç də xoş olmayan xəbər aldığını diqqətinizə çatdırmışdıq. Belə ki, FİFA Rövnəq Abdullayevin rəhbərlik etdiyi assosiasiyaya qanqaraldıcı məktub ünvanlayıb. Ali futbol qurumunun İntizam Komitəsinin növbəti iclası keçirilib və həmin toplantıda DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan son oyunlardakı neqativ hallara hüquqi qiymət verilib. FİFA bununla bağlı rəsmi saytındakı cədvəli yeniləyib. Qurum ötən ay keçirilən Azərbaycan – Şimali İrlandiya matçını da unutmayıb. İyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada azarkeşlərin qeyri-etik davranışı AFFA-ya baha başa gəlib. Məhz bu üzdən assosiasiya 2000 İsveçrə frankı (3500 manat) cərimələnib. Həmçinin qarşıdakı oyunlarda eyni halın təkrarlanmaması ilə bağlı xəbərdarlıq da edilib. Hətta belə bir informasiya da var ki, ötən il keçirilən San Marino – Azərbaycan (0:1) və Azərbaycan – Norveç (1:0) qarşılaşmalarına görə FİFA AFFA-ya xəbərdarlıq göndərməklə kifayətlənibmiş. Sentyabrın 4-də San Marinoda azarkeşlərin davranışına, oktyabrın 8-də isə Norveçlə Bakıda gerçəkləşən qarşılaşmanın
hər iki hissəsi vaxtından gec start götürdüyünə görə assosiasiya xəbərdarlıq alıb.
Məsələ ilə bağlı dünən AFFA-dan reaksiya öyrənməyi lazım bildik. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu qısa danışdı: “Xahiş edirəm, bu məsələ ilə bağlı FİFA-ya müraciət edin. Çünki qərarı ali futbol qurumunun Nizam-İntizam Komitəsi verib. FİFA-nın qərarına nə təsir, nə də müdaxilə edə bilirik. Daha öncə xəbərdarlıqla bağlı bizə heç nə gəlməyib. Bu məsələ ilə bağlı hər şey budəfəki qərarda bildirilib”.
FARİZ
Şərh yaz