30 dek 14:08olke, manset

Sadıq Sadıqov “Neftçi”də qazandığı kubokları özü ilə aparıb

Sadıq Sadıqov “Neftçi”də qazandığı kubokları özü ilə aparıb
Dünyanın heç yerində görünməyən, analoqu olmayan biabırçılıqlar bizim ölkədə yaşanır desək, yanılmarıq. Futbol sahəsində də üz qızardan, əndrəbadi olaylara tez-tez rast gəlirik. Bəlkə də bu nominasiyada futbolumuz bütün başqa sahələri böyük fərqlə qabaqlayır. Oyun alğı-satqısından tutmuş, jurnalistə hücum çəkən futbolçuya qədər hər şey burda var. Bütün bunları görmək, eşitmək isə sizi bilmirəm, şəxsən bəndəniz üçün adi hala çevrilib. Boynuna 150 dollarlıq qalstuk taxmış, uzun illərdi kreslo sahibi olan insanlar hərdən elə saxtakarlıqlar, ağılsız hərəkətlər edirlər ki, adamın onu şərh etməyə dili gəlmir. Belə bir rəzilliyin, fiaskonun üstünü “futbolinfo” portalı açıb. İnanmayacaqsız, amma bu həqiqətdi. Bəlkə də oxuyub güləcəksiz, əslində isə ağlamalıdı. Odu ki, ürəyinizi buz kimi saxlayın və mətni oxumaqda davam edin.
Bildiyiniz kimi, ölkənin ən köklü klubu olan “Neftçi”nin geniş və qənimətlərlə zəngin muzeyi var. Üzümüzə gələn il 80 yaşını qeyd edəcək “ağ-qaralar” müstəqillik dönəmində nə az, nə çox - düz 18 müxtəlif kubok qazanıb və bu göstəricidə başqa klubları qabaqlayır. Ölkəmiz müstəqil olandan sonra flaqman 8 dəfə çempion olub, 6 dəfə ölkə kubokunu, 2 dəfə superkuboku və bir dəfə olmaqla “Birlik kuboku” və “CBC Sport kuboku”nu qazanıb. Son illər ən ağır dönəmlərini yaşayan “Neftçi” srağagün Gürcüstan millisinin üzvü Georgi Navalovskini heyətinə qatıb. Futbolçunun meneceri Erkin İbrahimov legionerin yeni klubuna keçidi ilə bağlı foto paylaşıb. Foto klubun muzeyində çəkilib. Amma buna muzey demək olmaz. Çünki hazırda həmin muzeydə cəmi 10 kubok var. Bəs qalan 8-i hanı? Bəlkə də müstəqilliyin ilk illərində qazanılan kubokları başa düşmək olar. Bəs 3 çempionluq və iki ölkə kuboku hara yoxa çıxıb? Portal həmin kubokları tapıb. Onlara bu yolda “Neftçi”nin sabiq kapitanı Flavinyonun klubdan ayrıldığı vaxtdakı fotosu kömək olub. Belə ki, braziliyalı legioner ölkəmizdən ayrılmamış Sadıq Sadıqova baş çəkib, onunla vidalaşmışdı. Hətta köhnə dostlar xatirə fotosu da çəkdirmişdi. Sadıqovun yeni, “Neftçi”yə heç bir aidiyyatı olmayan ofisində çəkilən vida fotosunda “Neftçi”nin muzeyini bəzəməli olan kuboklar kadra düşüb. Bəli, 3 çempionluq və 2 ölkə kuboku. Yəni Sadıqov klubdan ayrılarkən prezidentliyi dövründə qazanılan bütün kubokları özü ilə aparıb. Daha dorusu, oğurlayıb. Yeni gələn Müşahidə Şurası (MŞ) isə ya bu məsələdən xəbərsizdi, ya da hadisəni ictimaiyyətə açıqlamayıb.
Təsəvvür etdizmi indi Azərbaycan futbolunun durumunu? Ölkənin ən köklü klubuna qarşı belə davranmaq, sadəcə, biabırçılıqdı, ağ-qara rənglərə təhqirdi. Buna başqa ad vermək olmur. Belə bir hadisənin dünyanın daha hansısa ölkəsində baş verdiyini və bundan sonra yaşanacağına inanmaq çox çətindi. Hətta mümkün deyil! İndi düşünün, Florentino Peres “Real”ın prezident postundan ayrılır və dönəmində qazandığı bütün kubokları özü ilə aparır. Düşünmək belə adama utanc hissi gətirir.
Daha olan olub, keçən keçib. Biz isə hər iki tərəfin fikirlərini öyrənmək qərarına gəldik. Öncə “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Onun açıqlamasından sonra məlum oldu ki, “Neftçi”nin muzeyi belə yox imiş: “Bu haqda xəbəri saytlarda oxumuşam. Düzdü, Sadıq Sadıqovun dönəmində qazanılan kuboklar “Neftçi” İdman və Sağlamlıq Mərkəzindədi (İSM). Hansı ki, hazırda rəhbəri Sadıq müəllimdi. Həmin vaxt Sadıq müəllim həm “Neftçi”nin, həm də İSM-in rəhbəri idi. Yəni kubokları İSM-də saxlayıb. Orda bunun üçün şərait var idi. İki klubun rəhbəri eyni adam olduğundan burda hansısa problem görmürəm. Kuboklar sonradan İSM-ə aparılmayıb. Elə birbaşa ora yerləşdirilib. Hazırda “Neftçi”nin muzeyi yoxdu. Təbii ki, muzey yaradılanda klubun bütün mükafatları orda olacaq. Sadıq Sadıqovun o kubokları qaytaracağı və ya qaytarmayacağı məsələsi burda yerinə düşmür. Kuboklar, sadəcə, orda saxlanılır. Muzey olanda hamısı bir yerdə olacaq”. Mehman bəyin fikirləri 5 kubokun yoxa çıxmasından daha gülməli və biabırçıdı, deyilmi? Necə ola bilər ki, 80 illik tarixi olan klubun muzeyi yoxdu? Və ya mükafatları yığmaq üçün bir otaq tapmaq bu qədər çətindi?
Məsələ ilə bağlı Sadıq bəyin də fikrini öyrənməyi vacib saydıq. Lakin o, işi ilə bağlı xarici ölkədə olduğundan, bu mümkün olmad. Sadıqovun dönəmində “Neftçi”də mətbuat xidmətinin rəhbəri və prezidentin müşaviri vəzifələrində işləyən Elnur Əşrəfoğlu məsələyə belə aydınlıq gətirdi:
(yazı tam halda qəzetin çap variantında)

ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar