30 dek 14:05olke, manset

Ağabala ilə Ruslanın “Neftçi”yə transferi “İnter”in prezidentindən asılıdı

Ağabala ilə Ruslanın “Neftçi”yə transferi “İnter”in prezidentindən asılıdı
Cari mövsüm çempionatda keçirdiyi 14 matçın yalnız birində məğlub olan, premyer-liqanın liderləri “Qarabağ” ilə “Qəbələ”yə uduzmayan, ölkə kubokunun yarımfinalına vəsiqə qazanan “İnter”in heyətini gücləndirə bilməyəcəyini bilirsiz. Klub bu ilin avqustunda FİFA-nın transfer qadağası ilə üzləşib və 2018-ci ilin yanvarına kimi heç kimi rənglərinə bağlaya bilməyəcək. Bu azmış kimi, qışda bəzi oyunçular klubu tərk edə bilər. “Bankirlər”in yaxşı formada olan bir neçə futbolçusunu çempionatdakı başqa komandalar gözaltı edib. Qış “transfer pəncərəsi” açılmamış fəal hərəkətə keçən, artıq heyətini “Qarabağ”dan Namiq Ələsgərov və Gürcüstan millisinin üzvü Georgi Navalovski ilə gücləndirən “ağ-qaralar” “İnter”in bir neçə oyunçusunu da sıralarına qatmağı planlaşdırır. Hələ təxminən iki ay əvvəl millinin düşərgəsində olan Zaur Svanadzenin komandasının üzvlərinə yığmanın məşqçisi, flaqmanın baş məşqçisi olan Elxan Abdullayev qışda “Neftçi”yə keçməyi təklif etmişdi. Hətta Tərlan Quliyev qəzetimizə açıqlamasında xəbəri təsdiqləmişdi.
Çempionatın ilk yarısını biabırçı - 8 komanda arasında 7-ci yerdə bitirən “Neftçi” heyətini gücləndirir. Təbii ki, “İnter”in oyunçularına da böyük pullar vəd olunacaq. Bu üzdən onların klubdan ayrılacağı şübhə doğrumur. Xüsusilə azərbaycanlı futbolçuların gözləri puldan doymur. Hazırda “İnter”in iki futbolçusunun adı “Neftçi” ilə yanaşı çəkilir. Bunlar son vaxtlar yaxşı formada olan Ağabala Ramazanovla Ruslan Abışovdu. 2017-ci ilin yayına qədər “bankirlər”lə müqaviləsi olan futbolçulara yükək maaş təklif olunub. Hətta “Neftçi”nin sözügedən futbolçulala ilkin razılıq əldə etdiyi deyilir. Amma “İnter” futbolçuları buraxmaq istəmədiyindən, tərəflər arasında müqavilələrin rəsmiləşməsi gecikir.
Bir neçə gün öncə qəzetimizə müsahibə verən komandanın baş məşqçisi Zaur Svanadze də məsələ ilə bağlı danışmışdı. O, komandanı hansısa futbolçunun tərk etməsindən narahatlıq keçirdiyini, amma heç kimin ona bu istəklə müraciət etmədiyini vurğulamışdı. Biz isə futbolçuların özlərini dindirməyi qərara aldıq. Ağabala Ramazanov konkret fikir söyləməsə də, hələ ki “İnter”lə müqaviləsinin davam etdiyini qabartdı: “Neftçi” mənimlə yaxından maraqlanır. Bu haqda yayılan xəbərlər doğrudu. Hətta bir neçə dəfə menecerimlə də əlaqə saxlayıblar. Lakin hələlik ortada bir şey yoxdu. “İnter”lə 6 aylıq müqaviləm qalıb. Yəni istəsəm belə, klubdan ayrıla bilmərəm. Amma hər şey ola bilər. “Neftçi”yə və başqa kluba keçidim baş tutmaq üzrə olsa, bundan hər kəsin xəbəri olacaq”. Ardınca Ruslan Abışovla danışmaq istədik. Lakin o, telefon zənglərimizə cavab vermədi. Yəqin ki, başı istirahətə qarşıb. Bu üzdən meneceri olan doğma qardaşı Sərxanla əlaqə saxladıq. O, son zamanlar Ruslanla bağlı yayılan məlumatları belə şərh etdi: “Ruslanın “Neftçi”ylə anlaşdığı haqda yazılanlar həqiqəti əks etdirmir. Bildiyiniz kimi, onun “İnter”lə 6 aylıq müqaviləsi qalıb. “Neftçi” tərəfdən istək, təklif var. Klub futbolçunu istəyir. Amma Ruslan hazırda “İnter”in oyunçusudu. Bu üzdən klub rəhbərliyi ilə görüşməliyik. Klubla müqaviləsi var, onu buraxmazlar desəm, doğru olmaz. Sadəcə, “İnter”ə yeni prezident gəlib. Onların da vacib işləri var. Klub rəhbərliyi ilə danışmamışıq. Yaxın günlərdə Azər Əliyevlə görüşüb, klubun gələcək perspektivini müzakirə etməyə çalışacağıq. Ruslanın karyerası ilə bağlı suala həmin görüşdən sonra aydınlıq gələcək. Başqa nəsə demək hələ tezdi. Son vaxtlar klubun sponsor məsələsi ilə bağlı da müxtəlif xəbərlər dolaşır. Bütün bunları nəzərə alıb danışmalıyıq”.
Belə çıxır ki, futbolçuların “İnter”də qalıb-qalmayacağı klubun yeni prezidenti Azər Əliyevdən asılıdı. O çox pul təklif etsə, oyunçular qalacaq, az təklif etsə, gedəcəklər.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Bu gün, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Bu gün, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Bu gün, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Bu gün, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Bu gün, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Bu gün, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Bu gün, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Bu gün, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Bu gün, 20:00 Sumqayıtda mükafatlandırma Bu gün, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bu gün, 19:55 Avroliqada ikinci dövrə başlayır Bu gün, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Bu gün, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Bu gün, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Bu gün, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Bu gün, 19:40 Millinin heyəti açıqlandı Dünən, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı Dünən, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək Dünən, 19:17 Zaur Axundov Azərbaycana söz verdi Dünən, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi Dünən, 19:13 “Zirə” vətənə məğlub döndü Dünən, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı Dünən, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq Dünən, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” Dünən, 19:06 “Bursa BB”də qaldı Dünən, 19:05 Erməni baş məşqçidən etiraf Dünən, 19:03 Əsgərlərə açıq məktub yazdılar Dünən, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir Dünən, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma Dünən, 18:57 “Səbail” Emil Balayevi saxladı Dünən, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Dünən, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq Dünən, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı Dünən, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi Dünən, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da Dünən, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı Dünən, 18:43 Macarıstandan 7 medalla Dünən, 18:42 Daha bir tribunaya biletlər tam satılıb Dünən, 18:40 Yeddinci oldu Dünən, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar Dünən, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı Dünən, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar