30 dek 13:58olke, manset

Tərlan Əhmədova “Səbail”lə “Sumqayıt” “elçi düşüb”

Tərlan Əhmədova “Səbail”lə “Sumqayıt” “elçi düşüb”
“Hər şey rəhbərliyin qərarından asılıdı”
Son günlər “Səbail”lə bağlı mətbuatda müxtəlif söz-söhbətlər dolaşır. Yazılanlara inansaq, qarşısına elitaya vəsiqə qazanmağı məqsəd qoyan paytaxt təmsilçisinin rəhbərliyi hazırkı baş məşqçi Elman Sultanovun işindən narazı qaldığına görə yenı çalışdırıcı axtarışına çıxıb. “Şirlər”in mövsümün ilk yarısını 4-cü pillədə başa vurması klubun Müşahidə Şurasının sədri, AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin narazılığına səbəb olub. Və o yaxın çevrəsinə AZAL-ın “sükanı arxasında” olan Tərlan Əhmədovla danışıqlara başlamaq göstərişini verib. Məsələ ilə bağlı “Səbail”in icraçı direktoru Yusif Həsənovun fikirlərini öyrəndik. Yusif bəy yayılan xəbərin həqiqəti əks etdirmədiyini bildirdi: “Mətbuatda "Səbail"də baş məşqçi dəyişikliyi ilə bağlı xəbərlər dərc olunub. Hətta AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun komandaya rəhbərlik edəcəyi yazılıb.Tərlan müəllimlə heç bir danışıq aparılmayıb. Rəhbərlik olaraq, hazırkı baş məşqçi Elman Sultanovun işindən razıyıq. Bu səbəbdən heç bir baş məşqçi dəyişikliyindən söhbət gedə bilməz”.
Adı birinci divizion təmsilçisi ilə yanaşı hallanan Tərlan bəy də mətbuata açıqlmasında söylənilənləri təkzib edib. Əhmədov sportinfo.az saytına bunları söyləyib: “Mən indi heç bir klubla danışıq aparmıram. Ən azı müqavilə müddətinin sonuna qədər AZAL-da qalmağı planlaşdırıram. Bir müddət əvvəl də demişəm ki, məqsədim AZAL-ı premyer-liqada saxlamaqdı. Bunun üçün vuruşuram, əlimdən gələni edirəm. Çalışıram ki, komandanı gücləndirək və qarşıdakı iki dövrədə vəziyyətdən çıxaq. AZAL rəhbərliyi ilə münasibətim əladı, onlar həmişə mənə dəstək olublar. Ona görə işimi yarımçıq qoyub harasa gedən deyiləm. Mənə təklif başqa klubdan gəlib, onu da açıqlamağım düzgün çıxmaz. Çünki onlara artıq "yox" cavabı vermişəm. "Səbail"lə isə, ümumiyyətlə, söhbətim olmayıb. "Səbail"in rəhbərliyini tanıyıram, onlara hörmətim var. Ancaq ortada heç bir şey yoxdusa, necə deyim ki, mənimlə görüşüb danışıblar? AZAL-la müqaviləmin müddəti gələn ilin mayında qurtarır. İnşallah, qismət olarsa, birinci hazırkı klubumla oturub gələcəyi müzakirə edəcəm. İki ildi çox ağır şərtlər altında işləyirik. Mən də istəyirəm ki, AZAL-da vəziyyət düzəlsin, əvvəlki kimi olsun, burda qalım. Hər şey rəhbərliyin qərarından asılıdı".
“Səbail”in növbəti mövsümdən elitada çıxış edəcəyi, demək olar ki, həllini tapmış məsələdi. Bunu futbol ictimaiyyətində bilməyən yoxdu. Bu üzdən də klub rəhbərliyi artıq indidən premyer-liqaya hazırlıqlara start verib. Əhmədov isə artıq neçə illərdi elitada iş təcrübəsinə malikdi. Tərlan bəyin PFL prezidenti Ramin Musayevin çevrəsinə daxil, birincinin isə AFFA prezidentinə yaxın olduğunu nəzərə alsaq, Əhmədovun “Səbail”də peyda olması gözləniləndi.
Bir neçə həftə öncə “klub rəhbərliyini görsəz, məndən salam deyin” söyləyən Əhmədovun bu dəfə “AZAL rəhbərliyi ilə münasibətlərim əladı, onlar həmişə mənə dəstək olublar. Ona görə işimi yarımçıq qoyub harasa gedən deyiləm” kimi fikirlər səsləndirməsini isə gözdən pərdə asmaq cəhdi, diplomatik gediş kimi də qiymətləndirmək olar. Tərlan bəy sözügedən məsələyə münasibət bildirərkən, başqa klubdan təklif aldığını və “yox” cavabı verdiyini qabardıb. Əldə etdiyimiz məlumata görə, “təyyarəçilər”in hazırkı baş məşqçisinə “elçi düşən” klub “Sumqayıt” olub. “Kimyaçılar”ın rəsmiləri komanda “qara zolağ”a düşən ərəfədə, vəziyyət düzəlməyəcəyi halda Samir Abasovu Tərlan Əhmədovla əvəzləmək fikrində olublar. Lakin son turlarda qeydə alınan uğurlu nəticələr Abasovu postunda saxlayıb.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar