Həvəskarlar liqasında Hacəli Ağayev rəzaləti » Football-plus.az
30 iy 18:30olke

Həvəskarlar liqasında Hacəli Ağayev rəzaləti

Həvəskarlar liqasında Hacəli Ağayev rəzaləti
Qəhrəman Əliyev: “Heç həvəskarlar liqasında çıxış edəcəyimiz də dəqiq deyil”

Həvəskarlar liqasında mübarizə aparan “Bakı”nın yarımfinala yüksəldiyini xəbər vermişdik. Komandanın bu mərhələdəki rəqibi Sumqayıt “Uğur”u idi. “Bakı”nın meydanında baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı. İkinci qarşılaşmada isə “Uğur” rəqibini 2:0 hesabıyla məğlub edib. Lakin əldə etdiyimiz bilgiyə görə, oyunda hakim idarəçiliyi ilə bağlı ciddi problemlər olub. Belə ki, bu qarşılaşmaya təyinat alan Hacəli Ağayev kobud səhvlərə yol verib. Bu səhvlər isə daha çox “Bakı”nın əleyhinə işləyib. Yəni ədalət təmsilçisi birbaşa “Uğur”a simpatiya bəsləyib, komandanın finala çıxması üçün əlindən gələni edib. Üstəlik, adı çəkilən hakimin həvəskarlar liqasında təyinat aldığı bir neçə qarşılaşmada da qərəzli qərarlar verdiyi deyilir. Məlumata görə, hakim “Ümid” komandasının da bir neçə vacib oyununu idarə edib və sumqayıtlıların xeyrinə qərarlar verib.
Bütün bunları nəzərə alaraq, məsələ ilə bağlı həvəskarlar liqasının icra katibi, eyni zamanda premyer-liqa və birinci divizion oyunlarına hakim-inspektor kimi təyinat alan Füzuli Nəcəfovla əlaqə saxladıq. Lakin o, xüsusi heç nə danışmaq istəmədi: “Mən bildiyim qədər hakimlə bağlı problem olmayıb. Bilirsiz ki, həvəskarlar liqasına 2015-ci ildən hakim-inspektorlar təyinat almır. Ona görə də idarəçiliklə bağlı kimdənsə məlumat ala bilmərik. Hansısa komanda şikayət edə bilər. Bunu yalnız hakimin özündən və ya Hakimlər Komitəsindən soruşmaq olar”.
Ardınca Hacəli Ağayevin özü ilə əlaqə saxlamaq istədik. Amma bu mümkün olmadı.
“Bakı”nın baş məşqçisi Qəhrəman Əliyev də idarəçiliyin hədiz dərəcədə aşağı səviyyədə olduğunu bildirdi: “Uğur”a qarşı keçirdiyimiz qarşılaşmada hakimlik bərbad idi. Düzdü, hansısa qalmaqal yaşanmadı. Hakimlər briqadası oyunu idarə edə bilmirdi. Əleyhimizə xeyli qərarlar verdilər. Yalnız bizim yox, rəqibin də əleyhinə verilən qərarlar var idi. Bir sözlə, qarşılaşmanı konkret “söndürmüşdü”. Tempin yüksəlməsinə imkan vermirdi. Hər dəfə oyunu dayandıranda iki-üç dəqiqə futbolçularla söhbət edirdi. Yəqin ki, bacardığı bu idi. Xeyr, şikayətlənmirəm, sadəcə, meydanda yaşananları sizə deyirəm. Hər iki komandanın əleyhinə səhvlər oldu, oyunun intriqasını öldürdü. Belə hakim olmaz. Hesab 1:0 rəqibin xeyrinə olarkən penaltimizi təyin etmədi. Bu da qarşılaşmanın dönüş nöqtəsi oldu. Bundan əlavə, tam heyətlə oynaya bilmədik. Beş futbolçumuz – Salman, Elmin, Səbail, Elmar və Afin Türkiyənin Bal Liqasına yollanmışdılar. Karyeralarını orda davam etdirəcəklər”.
Əliyevə “Bakı”nın gələcəyi ilə bağlı da sual verdik. Lakin mütəxəssis ürəkaçan cavab vermədi: “Bu haqda heç nə danışa bilmərəm. Çünki məlumatım yoxdu. Komandanın birinci divizionda çıxış edəcəyi ilə bağlı xəbərləri ordan-burdan oxuyuram. Lakin bunlar yanlış məlumatlardı. Belə söhbət yoxdu. Heç həvəskarlar liqasında çıxış edəcəyimiz də dəqiq deyil. Əsas məqsədimiz finala yüksəlmək idi. Onu da bacarmadıq. Futbolçuların hamısına minnətdarlığımı bildirirəm. Hazırda onlar istirahətdədi. Görək, gələcəkdə başımıza nə iş gəlir. İndidən nəsə danışmaq tezdi. Zaman hər şeyi göstərəcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar