30 iy 21:26olke

Mütəxəssislər “Qarabağ”ın Tiraspolda qələbə qazanacağına inanır

Mütəxəssislər “Qarabağ”ın Tiraspolda qələbə qazanacağına inanır
Təbriz Həsənov: “Ümid edirəm ki, burda alınmayanlar rəqib meydanında həyata keçəcək”

“Samtredia” səddini adlayan “Qarabağ”ın ÇL-in 3-cü təsnifat mərhələsində “Şerif”lə qarşılaşacağını bilən əksər futbol mütəxəssisləri püşkü münasib sayırdı. Amma ilk oyundan sonra ehtiyatlı danışmağa məcburuq. Moldova təmsilçisi Bakıdan sərfəli nəticəylə dönməyi bacardı. İndi ağdamlıların psixoloji mübarizədən necə çıxacağı əksəriyyəti düşündürür. Komanda Moldovada necə oynamalıdı ki, “Şerif”in müqavimətini qıra bilsin? İlk oyunu canlı izləyən mütəxəssislərlə bu yöndə müzakirə apardıq.
Ağasəlim Mircavadov: “Qarşımıza sovetlər birliyindən rəqib çıxanda biz onu nəzərə almırıq. Deyirik ki, qalib gələcəyik, bizim üçün asan olacaq. Hiss olunurdu ki, “Qarabağ” da “Şerif”in gücünü lazımi qədər qiymətləndirməyib. Düzdü, Moldova təmsilçisi əvvəlki səviyyəsindən uzaqdı. “Şerif” mənə tanış rəqibdi. Vaxtilə “Birlik kuboku”nda iki dəfə onlarla qarşılaşmışam. Həmin vaxt bu klubun böyük imkanı var idi. İndiki “Şerif”i də izlədim, zəif komanda deyil. İstəklidilər, nə etməli olduqlarını bilirlər, indi ortabab komanda təsiri bağışlayırlar. Amma istənilən halda, rəqibə yuxarıdan aşağı baxmaq olmaz. “Qarabağ” birinci hissədə rəqibin heç də “asan yem” olmadığını görüb təzyiqi artırdı və moldovalılara xeyli problem yaratdı. Xüsusilə cinahlardan başağrı ola bildik. Sadəcə, “vuran ayaq” olmadı. Moldova çempionunun evdə və səfərdə fərqli oynayıb-oynamadığını bilmirəm. Amma rəqibin də çatışmazlıqları var və bu açıq-aşkar hiss olundu. “Qarabağ” rəqib meydanında da belə oynamalıdı. Ancaq qol imkanlarından maksimum yararlanmaq şərtilə. Mən komandamızın mərhələ adlayacağını düşünürəm”.
Arif Əsədov: “Qarabağ”ın oyunu barədə nə demək olar? Bələd olduğumuz “Qarabağ” daim cinahlardan hücum qurması və boşluq görən kimi ara ötürmələrdən istifadə etməsiylə fərqlənir. Eyni üsluba sadiq qalsa da, komandada fərdi səhvlər diqqəti çəkir. Üç-dörd ötürmədən sonra, xüsusilə “riskli ötürmələr”də əlaqə qırılır. Xətlərarası əlaqənin zəifliyi yeni oyunçuların komandaya tam uyğunlaşa bilməməsiylə bağlı ola bilər. Məsələn, Qara Qarayev hələ Qeryeni tam başa düşmür. Müdafiədən çıxmaq baxımından da səhvlər var. Amma “Qarabağ”ın getdikcə oyununu tapacağına və səhvlərin minimuma enəcəyinə əminəm. Çünki komanda əvvəlki avrokubok mövsümlərinə də zəif başlayıb, tədricən sürət yığıb və Avroliqanın qrupuna düşüb. Moldova çempionu “Qarabağ”ın yanında zəif görünə bilər. Ancaq ÇL-də zəif komanda anlayışı qəbulolunmazdı. Əksinə, “Şerif” təşkilatlanmış, müdafiə oluna bilən kollektiv olduğunu göstərdi. Hiss olunurdu ki, “Qarabağ”ı yaxşı təhlil ediblər və buna görə tam qapandılar. Ağdam təmsilçisi isə birinci hissədə oyuna tam “girə” bilmədi. İlk dəqiqələrdəki təhlükəli vəziyyəti nəzərə almasaq, rəqib üzərində ciddi təzyiq yarada bilmədik. Qurban Qurbanovun müdaxiləsi və göstərişlərindən sonra ikinci hissə fərqli məcrada keçdi. Bunun da nəticəsində rəqibin qapısı qarşısında daha çox qol vəziyyəti yarandı. Sadəcə, imkanlardan yararlana bilmədilər. Kimlərsə yol göstərə bilər ki, “Qarabağ” Moldovada Bakıdakı oyunun ikinci yarısındakı futbolu sərgiləməlidi. Ancaq mən ehtiyatlı oynamağı məsləhət görərdim. Rəqibi öz silahı ilə vurmaq lazımdı. Yəni müdafiədə daha diqqətli oynamaq və şansı gözləmək lazımdı. Oyunun davamı psixoloji mübarizə fonunda keçəcək. “Şerif” istər-istəməz öz meydanında qol axtarışına çıxacaq. Nəzərə alacaqlar ki, qol buraxsalar, bu onların sonu ola bilər. Belədə boşluqlar yaranacaq. O zaman əks-hücumlardan yararlanmaq mümkündü. Əminəm ki, “Qarabağ” səfərdə qol vuracaq və mərhələni keçəcək. Əsas şərt müdafiədə səhvsiz oynamaqdı. Jezniçakın durumundan çox şey asılıdı. O, cavab oyununda iştirak edə bilsə, arxa xəttin etibarlılığına inanmaq olar. Düzdü, Elvin Yunuszadə ilk oyunda meydana sonradan çıxsa da, inamlı göründü. Ancaq nəzərə alaq ki, burda onun üzərinə çox yük düşmədi, təzyiq hiss etmədi. Moldovada isə davamlı təzyiqlə üzləşə bilər ki, belədə oyun təcrübəsinin azlığı Elvinin çatışmazlıqlarını üzə çıxaracaq. “Qarabağ” ÇL-də bu mərhələni adlamalıdı. Belədə həm qrupa düşmək yolunda ciddi addım atmış olacaq, həm də Kintananın sıraya dönməsi üçün vaxt qazana bilər. Ağdamlıların heyətində onun yoxluğu daha ciddi hiss olunur”.
Təbriz Həsənov: “Hamı kimi mən də “Qarabağ”ın “Şerif”i Bakıda yenəcəyini proqnozlaşdırırdım. Açığı, rəqib gözlədiyimdən yaxşı təsir bağışladı. Məşqçi işi hiss olundu. İtaliyalı mütəxəssis müdafiəni qaydasına salıb. Rəqibin iki planı var idi: müdafiədən oynayıb qol buraxmamaq, əks-hücumlarda fərqlənmək. İkinci plan alınmasa da, başlıca vəzifənin öhdəsindən gəlməyi bacardılar. Rəqibə hörmət etmək lazımdı. “Samtredia” ilə müqayisə etsək, moldovalılar daha nizam-intizamlıdı. Amma mən yenə də öz fikrimdə qalıram ki, “Qarbağ” “Şerif”dən güclüdü və səfərdə mərhələni adlamaq vəzifəsinin öhdəsindən gələcək. Hətta mən heç-heçə yox, qələbə gözləyirəm. “Qarabağ” müdafiə futbolu oynaya bilmir. Ona görə də Qurban Qurbanovun komandası səfərdə də hücum edən tərəf olacaq. Ümid edirəm ki, burda alınmayanlar rəqib meydanında həyata keçəcək. “Şerif” boşluqlar verəcək. Çünki doğma azarkeşləri önündə tam qapanmayacaq və hücum edəcək. “Qarabağ”ın heyətində fərdi keyfiyyətləri ilə seçilən futbolçular olub, bu gün də var. Xüsusilə Qeryeni çox bəyənirəm. Qapalı oynayan rəqiblərə qarşı məhz belə futbolçuların fərdi oyununa güvənmək lazımdı”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq Dünən, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi Dünən, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? Dünən, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” Dünən, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü Dünən, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə Dünən, 11:34 Mövsümün ən məhsuldar həftəsi Dünən, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib Bütün xəbərlər
Ən çox oxunanlar