27 iy 21:44olke

“Qarabağ” – “Şerif” matçı maraqlı “atışmaya” səbəb olub

“Qarabağ” – “Şerif” matçı maraqlı “atışmaya” səbəb olub
“Yazıq moldavanlarda təyyarə biletinə pul hardan?”

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı hədəfləyən “Qarabağ” ilk oyunda azarkeşlərini üzdü. “Şerif”lə Bakıdakı oyunda ağdamlıların qələbə qazanacağına hədsiz inam vardı. Lakin bəxtsizlik və rəqibin “Qarabağ”ı lazımınca incələməsi “köhlət atlar”ın işini çətinləşdirdi. İndi səfərdə qalib gəlmək, ən pis halda qollu heç-heçəyə imza atmaq lazımdı. Azərbaycan çempionunun heyətində usta futbolçuların yer aldığını və avrokubok təcrübəsini nəzərə alsaq, bu, çətin görünməməlidi. “Şerif” açıq futbola üstünlük versə, Qurban Qurbanovun yetirmələrinin işi asanlaşacaq.
“Şerif”in Azərbaycan səfərindən qolsuz heç-heçəylə dönməsinə baxmayaraq, moldovalı həmkarlarımız xüsusi nəsə qeyd etməyi lazım bilməyib. Göz gəzdirdiyimiz üç saytda qarşımıza çıxanlar oyundan videogörüntülər, matçın protokolu və hər iki tərəfdən açıqlamalar oldu. Müəllif yazısı adına heç nə tapmadıq.
Əvəzində moldfootball.com saytında oyunun protokolu və nəticəsi göstərilən yazının altında çoxsaylı oxucu şərhlərinə rast gəlmək mümkündü. Ən maraqlılarını diqqətinizə çatdırırıq.
Fds: “Özünüzü asın, “çurkilər”. “Şerif” sizi cıracaq”.
PMR: “Bu moldavanlar qəribə millətdi. Cavab oyununu gözləmədən göylərdə uçurlar. “Qarabağ” sizə birinci hissədə vuracaq və bununla da məsələ həll olunacaq. Uzağı bir qol vurarsız, onu da bacarsaz. “Qarabağ” çox az qol buraxır. Bu azərilər də qəribə millətdi. Evdə qol vura bilməyiblər, səfərdə uğurlu nəticədən danışırlar”.
Amiral: “Şerif” ağıllı komandadı, “Qarabağ” isə avantürist. Tiraspolda “Şerif” hər şeyi sahmana salacaq. Azərilər, püşkdə bəxtiniz gətirməyib”.
Klose: “İndicə videoicmala baxırdım. Yaxşı qurtardılar. “Qarabağ”ın qapısına 100 yox, 200 faizlik penalti təyin olunmalıydı”.
Tiraspol 7597: “Birinci hissədə “Şerif” pressinq hesabına “Qarabağ”ı “yedi”. Hətta rəqibin çaşqınlığından istifadə edib qol epizodları da yaradırdı. İkinci yarıda “oturdular” və ancaq mübarizə apardılar. Faktiki “Qarabağ”ın 100 faizlik qol imkanları olmadı. O zərbələri istənilən qapıçı dəf edə bilərdi. Azərilərdə bəzi oyunçuların fərdi bacarığından başqa heç nə görmədim. Bordin Qurbanovu uddu. Tiraspolda “Şerif”in üstünlüyü müşahidə olunacaq. Amma şanslar 50-nin 50-yədi”.
İnfoazci: “Mübahisə lazım deyil. “Qarabağ” “Şerif”dən güclüdü, sadəcə, bu gün qol vura bilmədi. “Qarabağ”ın müdafiəsi yaxşıdı, amma eyni sözləri hücum xətti haqda demək olmaz. “Şerif” hər dəfə belə oynaya bilməz. Qurban Qurbanov mütləq ona bir əlac tapacaq”.
Türk: “Qarabağ” “Şerif”dən güclüdü. Bu gün bir daha göstərdi. Sadəcə, son nöqtəni qoyan yoxdu. Moldavanlarda “39 nömrə”dən başqa oynayan yox idi. Bir də ki, avrokuboklarda qonaq komandanı heç olmasa, 5-10 nəfər dəstəkləyir. Bakıda isə biri də gözümə dəymədi. Qınamıram. Yazıq moldavanlarda təyyarə biletinə pul hardan? Ancaq tikməyi və şərab içməyi bacarırlar”.
Tutura: “Cavab görüşündə hamı stadiona! Azəriləri yekəxanalıqlarına görə cəzalandırmalıyıq”.
İnfoazci: “Mərhələni hansı komanda keçsə də, Çempionlar Liqasının qrup mərhələsini haqq etmir. Heç biri bu cür oyunla qrupa düşə bilməz”.
Gooool: “Bu oyun mənə Tiraspoldakı “Şerif” – “Kukesi” matçını xatırlatdı. Sadəcə, bu dəfə “Şerif”in yerində “Qarabağ” idi”.
Sonic_md: “Nəyə sevinirsiz? Guya 0:0 yaxşı nəticədi? “Qarabağ” 1 qol vursa, nəfəsimiz kəsiləcək”.
Golasso: “Heç-heçəyə baxıb ümidlənmək olar. Amma belə oyunla cavab matçından yaxşı nəsə gözləmək ağılsızlıqdı. Ancaq və ancaq bəxtə güvənmək olar. “Qarabağ” güclüdü...”
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:53 Ziya Əzizov Tərlan Əhmədov haqda heç nə bilmirmiş… Dünən, 16:51 “İdman Azərbaycan” yalnız “Qarabağ”a, “CBC Sport” hamısına müraciət edib Dünən, 16:49 Oqtay Abdullayev Vidadi Rzayevə mesaj verib Dünən, 16:25 Stankoviç “Sperantsa”nı zəif rəqib saymır Dünən, 16:22 “Azərbaycanı bu cür təsəvvür etmirdim” Dünən, 16:20 “Sperantsa” ilə səfər oyununa getmək üçün 150-160 dollar lazımdı Dünən, 16:19 Efros “Neftçi”ni “Şerif” səviyyəsində görür Dünən, 16:15 “Biz sürgünük, qardaş, sürgün” Dünən, 16:12 “Qarabağ”ın Romerosu gəldi Dünən, 16:08 Slavçev iddialı həmyerlilərinə yenilgidən danışdı Dünən, 15:37 AFFA rəhbərliyi üçün ideal “23-lük”... Dünən, 15:34 “Zirə” hücumçu və müdafiəçi ilə danışıq aparır Dünən, 15:29 Həftənin idman proqramı Dünən, 15:25 “Səbail” Bilalın keçidini rəsmiləşdirdi Dünən, 15:19 “Traktorsazi” adını dəyişdi? Dünən, 15:17 AFFA yığma üzvlərini xarici klublara yerləşdirir Dünən, 15:13 “Kəpəz”dən ayrılan Etibar İbrahimov ölkə xaricinə yollana bilər Dünən, 15:08 Bezotosnı “Qəbələ”nin qərarını anlaya bilmir Dünən, 15:05 “Tobol” potensial liderdi Dünən, 15:04 Qəbələ turnirində görünənlərdən təkcə Yoviç parlamayıb Dünən, 15:02 Banişevskini Ələsgərovdan xəbərsiz əməliyyat ediblər 23-06-2019, 16:11 “Sabah”dan 2000 manatlıq növbəti müsabiqə 23-06-2019, 15:46 “Qarabağ” rəqiblərini “Dalğa Arena”da qəbul edəcək 23-06-2019, 15:40 Mirabdulla Abbasovun məsələsinə nöqtə qoyuldu 23-06-2019, 15:33 Nicat Qurbanov karyerasını bitirmək istəmir 23-06-2019, 15:17 Eddi İsrafilov üçün 500 min avro 23-06-2019, 15:15 Xətai Bağırovun Taylandda maaşı 2500 dollar olub 23-06-2019, 15:14 Minskdə yarışacaq güləş yığmalarının heyəti açıqlandı 23-06-2019, 15:12 Sevinc Bünyatova-Yusubova Mikayıl Cabbarovla görüşmək istəyir 23-06-2019, 15:10 “Hər şey ikitərəfli əlaqələr, razılıq sayəsində baş tutdu” 21-06-2019, 13:44 “Coca-Cola Məktəbli Kuboku”na yekun vuruldu 21-06-2019, 13:38 Ayxan Abbasov Müşahidə Şurasının qərarını gözləyir 21-06-2019, 13:37 Zaur Hidayətov “Sumqayıt-2”ni çalışdıracaq 21-06-2019, 13:34 Nazim Süleymanov Buzovnada veteranlarla görüşdü 21-06-2019, 13:28 Avrokubok təmsilçilərimiz rəqiblərini tanıdı 21-06-2019, 13:25 Tanıtma 21-06-2019, 13:24 Avrokubok iştirakçılarının yoxlama oyunlarını izləyə biləcəyik? 21-06-2019, 13:21 Çingiz Abdullayevlə Kamran Quliyev hədiyyə verdi 21-06-2019, 13:19 “Gurultulu bəyanatlar verməyəcəm” 21-06-2019, 13:18 "Neftçi"nin Mirabdulla ilə bağlı əlavə tələbləri var 21-06-2019, 13:16 Tanıtma 21-06-2019, 13:15 “Səbail” Koçuku razı saldı 21-06-2019, 13:12 Tanıtma 21-06-2019, 13:07 Ramos getdi, Məhəmməd gəldi 21-06-2019, 13:06 “Keşlə” bu gündən başlayır 21-06-2019, 13:05 Etibar İbrahimov “Kəpəz”dən ayrıldı 21-06-2019, 13:01 “Zirə”nin planı açıqlandı 21-06-2019, 12:59 “Qəbələ”nin sabiq məşqçisi Sənan Qurbanovu təriflədi 21-06-2019, 12:57 “Qarabağ”, “Neftçi” və “Qəbələ”nin üzü gülür 21-06-2019, 12:54 Emil Balayevli “Tobol” sonda “yıxıldı” 20-06-2019, 22:50 Yayın ilk “xarici” qələbəsi “Neftçi”dən 19-06-2019, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... 19-06-2019, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər 19-06-2019, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu 19-06-2019, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı 19-06-2019, 14:56 Əliyarı finala layiq görmədilər 19-06-2019, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Bütün xəbərlər
Ən çox oxunanlar