27 iy 21:19olke

“Aqrarkredit” “İnter Arena”nı “Zirə”yə icarəyə verir?

“Aqrarkredit” “İnter Arena”nı “Zirə”yə icarəyə verir?
Azərbaycan Beynəlxalq Bankının (ABB) “İnter”ə sponsorluqdan imtina etməsi ilə klubun başına gələnlər haqda xeyli yazmışıq. Əsas məqam odu ki, AFFA-nın himayəsində olan klubun ABB-yə 33 milyon manatdan çox borcu var. Bank klubla əlaqələri tam kəsib. Lakin bu o demək deyil ki, borc qaytarılmamalıdı. Düzdü, “İnter”dən pulu ABB almayacaq. Bu vəzifəni “Aqrarkredit” yerinə yetirir. Prezidentin sərəncamı ilə ABB-nin toksit kreditləri, o cümlədən problemli borcları adı çəkilən Qapalı Səhmdar Cəmiyyətinə (QSC) tapşırılıb. AFFA da borcu qaytarmaq iqtidarında deyil. Bu üzdən “Aqrarkredit” fərqli addım atıb. Belə ki, QSC pulu ala bilmədiyi üçün klubu 12 ildi məskunlaşdığı "İnter Arena"dan çıxarır. Artıq “İnter”in Mərdəkana, “Dalğa Arena”ya köçəcəyi də dəqiqləşib. AFFA hər şeyi düzüb-qoşub. Komanda bundan sonra ev oyunlarını qeyd olunan stadionda keçirəcək.
Sabiq “bankirlər”in “İnter Arena”dan köç prosesi də başlayıb. Əvvəl deyilirdi ki, köç avqustun 1-də yekunlaşacaq. Klubun Müşahidə Şurasının sədri Zaur Axundov qəzetimizə açıqlamasında məhz bu tarixi nişan vermişdi. Amma deyəsən, proses ləngiyir. Klub “Aqrarkredit”dən daha bir ay vaxt istəyib. Yəni “Dalğa Arena” tam olaraq sentyabrın 1-də “İnter”in evinə çevriləcək.
İndi isə sual yaranır: görəsən, “İnter Arena”nın taleyi necə olacaq? Nəhəng idman qurğusu və balansında olan otel çürüyüb gedəcəkmi? “Aqrarkredit” arenanı satışa çıxarmaq niyyətindədi, yoxsa elə birinci divizion klublarına və ya həvəskar komandalara icarə verməklə pulunu çıxarmağa çalışacaq? İkinci variant o qədər inandırıcı deyil. Çünki hər oyun zamanı çəkilən xərclə icarədən əldə ediləcək gəlir arasında böyük fərq olmayacaq. Satış və ya premyer-liqanın hansısa komandasına icarəyə verilməsi ən yaxşı variant olar. Elektron mətbuatda yayılan məlumata görə, artıq “Aqrarkredit” stadionu icarəyə vermək üçün bir elita klubu ilə danışıqlara başlayıb. Bu, avrokuboklarda debüt edən “Zirə”di. İndiyə kimi Zirə qəsəbəsindəki İdman Kompleksində qərarlaşan klubun şəhər mərkəzinə köçməsində rəhbərlik də maraqlıdı. Ona görə ki, Zirə şəhərdən uzaqdı, istər klub əməkdaşlarının, istərsə də futbolçuların ora gediş-gəlişi müəyyən çətinliklər yaradır. Həm də Bakıda evi olmayan oyunçular kirayədə qalmağa məcbur olur. Çox güman, bunun da xərcini klub çəkir. “İnter Arena”ya köçəcəyi halda isə “Zirə” bu problemlərdən qurtulacaq. Çünki buranın oteli var. Futbolçular rahat şəkildə həmin oteldə qala, yaşaya bilər.
“Zirə”nin “İnter Arena”ya köçəcəyi ehtimalını artıran bir məsələ də var. Bu, “Azfar” şirkətinin arena ilə bağlılığıdı. Hansı ki, artıq ilyarımdan çox müddətdi “Azfar” “İnter Arena”da yer icarəyə götürüb, kiçik meydançalar tikib. “İnter”in aşağı yaş qrupları həmin meydançalarda məşq etsə də, boş vaxtlarda və axşamlar onlardan “Azfar” yararlanır və xeyli gəlir əldə edir. “Azfar” rəhbərliyinin “Zirə” ilə çox yaxın münasibətləri də mövcuddu. Bu üzdən “İnter Arena”nın yaxın zamanda “qartallar”a icarəyə veriləcəyi şübhə doğurmur.
Məsələ ilə bağlı həm “Aqrarkredit”in, həm də “Zirə”nin mövqeyini öyrənməyə çalışdıq. Amma nə QSC-dən, nə də klubdan məlumat ala bildik. “Aqrarkredit"in İdarə Heyətinin üzvü Bəxtiyar Ağayev telefon zənglərimizə cavab vermədi. Klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu isə bunları deməklə kifayətləndi: “Mən də bu haqda məlumatları saytlardan oxumuşam. Dəqiq heç nə deyə bilmərəm. Rəhbərliklə danışıb, məlumatın doğru olub-olmadığını soruşaram”.
Lakin axşam saatlarına kimi Himayətoğludan səs-soraq çıxmadı. Odu ki, bu məsələni nəzarətdə saxlayacağıq.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar