27 iy 21:06olke

Tanış rəqiblə prinsipial duel

Tanış rəqiblə prinsipial duel
İkigünlük fasilədən sonra azərbaycanlı futbolsevərlər yenidən avrokubok həyəcanı yaşayacaq. “Qəbələ” bu gün Avroliqanın 3-cü təsnifat mərhələsi çərçivəsində “Panatinaikos”la qarşılaşacaq. Tərəflərin ilk dueli Afinada gerçəkləşəcək. Təbii, cüt oyunlarda ilk qarşılaşmadan çox şeyin asılı olduğunu hər kəs yaxşı anlayır. Bu üzdən Yunanıstanda güzəştsiz mübarizənin şahidi olacağıq. “Qəbələ” Afina səfərindən sərfəli nəticə ilə qayıtmaq arzusundadı. “Qırmızı-qaralar” bunu bacarsa, evdəki matça daha rahat çıxacaq və qrupa doğru önəmli addım atacaq. “Panatinaikos” isə “doğma divarlar” arasında maksimum nəticəyə köklənib. Rəqiblərin bir-birinə tanış olması aradakı prinsipiallığı daha da artırır. Bir sözlə, Bakı vaxtı ilə saat 22.30-dan etibarən “Apostolos Nikolaidis” stadionunda ölüm-qalım savaşının birinci pərdəsi start götürəcək. Azarkeşlərin böyük maraqla gözlədiyi oyunu “İdman Azərbaycan” ekranlara daşıyacaq.
Avropa Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
Panatinaikos (Yunanıstan) – Qəbələ
Hakimlər: XUAN MARTİNES MUNUERA, Dieqo Barbero Sevilya, Sezar Manuel Noval Font, Mario Melero Lopes (hamısı İspaniya).
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya).
UEFA nünayəndəsi: Yanis Mejeckis (Latviya).
Afina. “Apostolos Nikolaidis” stadionu. Saat 22.30

“İnter” və “Zirə” Avroliqa ilə vidalaşandan sonra “Qəbələ” qitənin ikinci dərəcəli klub turnirində yeganə təmsilçimizə çevrildi. Artıq iki klub beynəlxalq arenada yolunu davam etdirir. “Qarabağ” ÇL-in, “Qəbələ” isə Avroliqanın pley-offuna vəsiqə qazanmaq üçün döyüşür. “Köhlən atlar”ın ilk oyundan sonra şansı 50-nin 50-yədisə, “qırmızı-qaralar” bu gün var gücünü ortaya qoyacaq. Ağdamlılardan fərqli, Roman Qrqiorçukun yetirmələri bu mərhələdə məğlub olacağı halda avrokuboklarla vidalaşır. Odu ki, “qırmızı-qaralar” hər oyuna ölüm-qalım savaşı kimi çıxır. Bu gün də növbəti belə mübarizənin şahidi olacağıq.
“Qırmızı-qaralar”ın qarşılaşacağı komanda Yunanıstanın köklü klublarından olan “Panatinaikos”du. Yetərincə ciddi və təhlükəli rəqib. Bundan öncəki iki mövsümdən fərqli, “Qəbələ” bu il Avroliqanın 2-ci təsnifat mərhələsindən mübarizəyə başladı. “Panatinaikos”dan öncə “Yagelloniya” “qırmızı-qaralar”ın yolunu kəsməyə çalışdı. Əslində Bakıdakı qollu heç-heçədən (1:1) sonra bəziləri “Qəbələ”dən əlini üzmüşdü. Lakin bu komanda cavab görüşündə ev-səfər amilinin elə də böyük önəm kəsb etmədiyini göstərdi. Polşada “Yagelloniya”ya 2 cavabsız qolla qalib gələn qəbələlilər növbəti mərhələyə adını yazdırdı. Özü də Qriqorçuk bir daha yetirmələrini oyuna necə köklədiyini, rəqibi ilk görüşdən sonra hərtəfəli öyrəndiyini göstərmiş oldu. Ancaq razılaşaq ki, Polşa təmsilçisi ilə müqayisədə “Panatinaikos” daha təhlükəli rəqibdi. Hər şeyə rəğmən, “Qəbələ” Afina səfərindən də uğurlu nəticə ilə dönməyə iddialıdı. “Apostolos Nikolaidis” stadionunda qeydə alınacaq qollu heç-heçəni də sərfəli nəticə saymaq olar. Qələbə isə pley-offun qapısını aralamaq anlamına gəlir. Təki “quru” və ya böyükhesablı məğlubiyyət olmasın. Qalan bütün hallarda məsələ Bakıda həll olunacaq. Bu zaman “Qəbələ”nin təsnifat mərhələrindəki gücü və Qriqorçukun taktiki gedişləri ön plana çıxacaq və cütün taleyini həll edəcək.
“Panatinaikos” həm azərbaycanlı futbolsevərlərə, həm də “Qəbələ”yə tanış rəqibdi. İki il əvvəl – 2015-in yayında da püşk tərəfləri üz-üzə qoymuşdu. Həmin vaxt “qırmızı-qaralar” yunanlarla pley-offda qarşılaşırdı. Bakıda qolsuz heç-heçə qeydə alındığından bütün suallara Afinada aydınlıq gələcəkdi. “Qəbələ” çılğınlığı ilə ad çıxaran “Panatinaikos” fanatları önündə səfər qolları ilə mərhələni keçib, tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə qazandı. Rəqib qapısına 6 və 60-cı dəqiqələrdə yol tapan Dodo “Apostolos Nikolaidis” stadionunu sükuta qərq etmişdi. Elə ona görə də bugünkü qarşılaşma həm də prinsipiallıq vəd edir. “Panatinaikos” təkcə mərhələ adlamaq yox, 2 il öncə qrupa yolunu kəsən rəqibdən əvəz çıxmaq haqda da düşünür. “Qəbələ” isə bir dəfə yolundan kənarlaşdırdığı komandaya yenə də eyni taleyi yaşatmaq niyyətindədi. Bütün bunları nəzərə alsaq, ilk oyunun önəmi böyükdü. Meydan amilini yunanlar üçün üstünlük saymağın nə dərəcədə doğru olduğunu söyləmək çətindi. Düzdü, yunan azarkeşlərin necə çılğın olduğunu hər kəs yaxşı bilir. Ancaq “Qəbələ” üçün ev-səfər amilinin ciddi önəm daşımadığını, iki il öncə məhz səfərdə uğur qazandığını artıq qeyd etdik.
Xatırladaq ki, 2015-in yayında “qırmızı-qaralar” Al-in 3-cü təsnifat mərhələsində “Apollon”la (Cənubi Kipr) qarşılaşmışdı. İlk oyunu səfərdə keçirən “Qəbələ” vətənə sərfəli heç-heçə (1:1) ilə dönmüşdü. Evdə minimal hesabla (1:0) qalib gələn Qriqorçukun yetirmələri pley-offa adlamışdı. Ötən il isə bu mərhələdə “qırmızı-qaralar”ın rəqibi daha təhlükəli idi. Belə ki, təmsilçimiz “böyük beşlik” ölkəsinin komandasını yolundan kənarlaşdırmalıydı. Fransa “Lill”i ilə səfərdə “sülh”ə razılaşan (1:1) “Qəbələ” evdə bu komandanı məğlub etdi (1:0). Bu həm də tarixi ilk idi. Hazırkı “Panatinaikos” heç də “Lill”dən daha qorxulu, daha təhlükəli və daha güclü rəqib deyil. Odu ki, afinalıları nə gözümüzdə o qədər böyütməliyik, nə də “Qəbələ”nin mümkün uğurunu möcüzə saymalıyıq.
Onu da qeyd edək ki, “Panatinaikos”un heyəti əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Hətta 2 il öncə “Qəbələ” ilə qarşılaşan komanda indikindən xeyli güclü və iddialı idi. Afina təmsilçisinin əsas qol slahlarından biri olan Markus Berq də bu yay başqa kluba üz tutub. Xatırladaq ki, 2:2 bitən görüşdə qollardan birini məhz Markus vurmuşdu. İsveçli hücumçu “Panatinaikos”da 4 mövsüm idi çıxış edirdi. Onun yoxluğu yunanlar üçün ciddi itkidi. Bundan başqa, rəqibin daha bir futbolçusu sıradan çıxıb. Yarımmüdafiəçi Stefanos Çatzigiovannis matçdan iki gün əvvəlki məşqdə zədə alıb. 20 yaşlı oyunçunun zədələnməsi baş məşqçi Marinos Ozunidisi çətin vəziyyətdə qoyub. Çünki komandanın əsas sağ cinah yarımmüdafiəçisi Lukas Villifanez onsuz da zədə ucbatından “Qəbələ” ilə ilk görüşü buraxacaqdı. Onun yoxluğunda çalışdırıcı Çatzigiovannisi həmin mövqedə oynatmağı düşünürdü. Lakin indi baş məşqçi başqa variantı nəzərdən keçirməlidi. Bir sözlə, onsuz da heyətlə bağlı işləri qaydasında olmayan “Panatinaikos”da daha bir problem ortaya çıxıb ki, bu da “Qəbələ”nin işinə yaraya bilər.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar