26 iy 21:10olke

Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi

Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi
“Afina təmsilçisinin hazırda quru adı qalıb”

“Qəbələ” sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda səfərdə “Panatinaikos”un qonağı olacaq. Xatırladaq ki, bu komandalar 2015-ci ildə Avroliqanın pley-off mərhələsində də üz-üzə gəlmişdi. Həmin vaxt “qırmızı-qaralar” iki oyunun nəticəsinə (0:0, 2:2) görə qrup mərhələsinə vəsiqə qazanmağı bacarmışdı. Həmin qarşılaşmaların üstündən artıq 2 ilə yaxın vaxt keçib. Bəs görəsən, bu illər ərzində ötən mövsüm Yunanıstan superliqasının bürünc mükafatçısı olmuş “yaşıllar”ın düşərgəsində nə yeniliklər var? 2016-ci ilin dekabrında 48 yaşlı Marinos Ozunidisin “sükan arxasına” keçməsi düşərgədə nəyi dəyişib? Bu suallara cavab tapmaq üçün bu il yanvardan maya kimi Ellada torpağında legioner həyatı yaşamış Amit Quluzadə ilə əlaqə saxladıq.
Qeyd edək ki, “Səbail”lə anlaşan yarımmüdafiəçi Yunanıstan superliqasında çıxış edən “Larissa”nın şərəfini qoruyub. Quluzadə “yaşıllar” barədə bunları söylədi: “Qəbələ” ilə oyun ərəfəsində “Panatinaikos”un bəzi futbolçularının mətbuata verdiyi açıqlamalarla tanışam. Onların sözlərindən belə başa düşmək olar ki, hədəfləri “Qəbələ”ni məğlub edib növbəti mərhələyə adlamaqdı. Ancaq bu gün üçün Afina təmsilçisi o qədər də yaxşı vəziyyətdə deyil. “Qəbələ”nin “Yagelloniya” ilə oyunlarını izlədikdən sonra düşünürəm ki, Roman Qriqorçukun komandası cütün favoritidi”.
Quluzadə “yaşıllar”ın darıxdırıcı futbol oynadığını, daha çox müdafiəyə diqqət ayrıdğını söylədi: “Heyətdə yer alan legionerlərin sayı çox olsa da, səviyyələri o qədər də yüksək deyil. Komandanın əsas futbolçusu Markus Berq idi. Məhz o lider olaraq komandanı çiynində daşıyırdı. Bütün komanda, demək olar ki, Berqə oynayırdı və bütün ümidlər ona idi. Bildiyim qədər mövsümlərarası fasilədə İsveç yığmasının da şərəfini qoruyan forvard klubdan ayrılıb. “Panatinaikos”un uğurlu transferlərindən biri hesab olunan isveçli 2013-cü ildən Afina klubunun uğurları üçün çalışırdı. İnanmıram ki, onun gedişindən sonra hücumda yaranan boşluğu rəhbərlik tez bir zamanda doldursun. “Qəbələ”nin rəqbi daxili çempionatda daha çox müdafiənin qayğısına qalan komanda kimi tanınırdı. Buna baxmayaraq, arxa xətdə boşluqlar verirlər. Yəqin ki, Roman Qriqorçuk rəqibi təhlil edərkən bu məqamları gözdən qaçırmayıb. Fikrimcə, təmsilçimiz Polşada olduğu kimi sürətli oyun nümayiş etdirsə və rəqibi təzyiq altında saxlasa, səfərdən sərfəli nəticə ilə qayıda biləcək”.
“Larissa”nın sabiq oyunçusu sonda “Panatinaikos”un yalnız adının gurultulu səsləndiyini söyləməyi də unutmadı: “Bəlkə də təmsilçimizin rəqibi “Olimpikos” və ya AEK olsaydı, bir qədər ehtiyatlı danışıb, rəqibdən çəkinməli olduğumuzu söyləyərdim. Ancaq indi onlarla “Panatinaikos”u bir sıraya qoymaq, gücləri müqayisə etmək düzgün olmaz. Afina təmsilçisinin hazırda quru adı qalıb. Birvaxtlar istər daxili çempionatda, istərsə də avrokuboklarda “at oynadan” komandadan əsər-əlamət yoxdu. Bunu yunanlar özləri də etiraf edir. Onu da bildirim ki, məndə olan məlumata görə, son illər “Panatinaikos”un büdcəsi xeyli azalıb, maliyyə cəhətdən problemlərlə üzləşiblər”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq Bu gün, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi Bu gün, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? Bu gün, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” Bu gün, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü Bu gün, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə Bu gün, 11:34 Mövsümün ən məhsuldar həftəsi Bu gün, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib Bütün xəbərlər
Ən çox oxunanlar