26 iy 15:41olke

Masallıda yeni futbol klubu yaradıldı

Masallıda yeni futbol klubu yaradıldı
Mirələm Həşimov: “Əsas hədəfimiz birinci divizionda çıxış etməkdi”

Regionlarda futbol kublarının azlığı hər zaman müzakirə predmeti olub. Bu məsələ bəlkə də ölkə futbolunun ən yaralı yeridi. Növbəti mövsüm premyer-liqada çıxış edəcək 8 komandadan cəmi ikisinin region təmsil etdiyini nəzərə alsaq, vəziyyətin bərbad olduğunu anlamaq çətin deyil. Düzdü, birinci divizionda bölgə klubları çıxış edir. Lakin demək olar ki, onların heç biri premyer-liqaya vəsiqə qazana bilmir. Bu üzdən regionda yeni yaradılan və fəaliyyətini bərpa edən klublar futbol ictimaiyyətini, azarkeşləri sevindirir.
Bir neçə gündü ki, sevindirici xəbər Masallıdan gəlib. Belə ki, uzun fasilədən sonra adıçəkilən rayona futbol qayıda bilər. Yəni “Xəzər Lənkəran”ın fəaliyyətini dayandırmasından sonra futbol üzünə həsrət qalan cənublular üçün ümid işığı yaranıb. Azarkeşlər Masallının “Viləş” komandasını yəqin unutmayıblar. Vaxtilə ölkə çempionatlarında uğurla çıxış edən, iki dəfə İntertoto Kubokuna qatılan komandanı unutmaq mümkün deyil. İndi isə rayon öz adı ilə ölkə futboluna geri gönmək istəyir. Bu, “Masallı” Cənub Futbol Klubudu.
Bir neçə gün əvvəl klubun təsis edilməsi ilə bağlı qərar qəbul olunub və təqdimat tədbiri keçirilib. Masallıda futbolun yenidən bərpasına çalışan əsas fiqur hamımızın yaxşı tanıdığı İldırım Allahyarodvu. Məhz onun istəyi ilə “Masallı” təsis olunub və qarşıya məqsəd kimi növbəti mövsümdən birinci divizionda iştirak etmək qoyulub. Deyilənə görə, rayonun icra başçısı Rafil Hüseynov da kluba dəstək verməyə hazırdı. Əsas maliyyə mənbəyi kimi isə Masallının ən tanınmış şəxslərindən biri, "Embawood"un sahibi, "Bazar Rafiq" ləqəbi ilə tanınan Rafiq Eyvazov göstərilir. Üstəlik, kluba Sankt-Peterburqda bizneslə məşğul olan masallılı Qasıməli qardaşları - Hacı Mazan və Qabilin də dəstək göstərmək istədiyi bildirilir.
Klubun planları ilə tanış olmaq üçün “Masallı”nın mətbuat xidmətinin rəhbəri Mirələm Həşimovla əlaqə saxladıq. O, klubun bir neçə aydı mövcud olduğunu, hətta həvəskarlar liqasında çıxış etdiyini açıqladı: “Masallı” klubu bir neçə aydı ki, mövcuddu. Bir neçə dəfə həvəskarlar liqasında çıxış etmişik. Hətta həvəskarlar liqasında 1/4 finala qədər irəliləmişdik. Üstəlik, rayondan “Borade” klubu da həvəskarlar liqasında çıxış edib. Bizim rayonda uzun illərdi futbol yoxdu. İnsanlar darıxıblar. Qərara aldıq ki, yenidən klub yaradaq. Bir yaxşı insan var ki, o bizə kömək edəcək. Hələlik adını açıqlamaq istəmirəm. Özü bunu istəmir. Yalnız onu deyə bilərəm ki, iş adamıdı. İmkan dairəsi genişdi, yaxşı dost-tanışları var. Özü bizə bildirdi ki, bu işdə yardım etmək istəyir”. Həşimovun sözlərinə görə, komanda əsasən yerli oyunçulardan təşkil olunub: “Hazırda heyətdə öz uşaqlarımızdı. Kənardan futbolçu cəlb etməmişik. Komanda məşqlərini davam etdirir. Baş məşqçi Mahir Bağırovdu. Komandanın kapitan sarğısını isə Bəxtiyar İbayev daşıyır. Hələlik verə biləcəyim məlumatlar bunlardı. Mətbuatda da yalnız bu adlar gedib. Yəqin ki, hər şey qaydasına düşən kimi daha ətraflı məlumat yayacağıq”.
Mirələm bəyin sözlərinə görə, klubun əsas məqsədi birinci diviziona yüksəlməkdi: “Təsisçilərin əsas məqsədi “Masallı”nı birinci diviziona yüksəltməkdi. Yəni orda təmsil olunmaq istəyirik. Hazırda sənədləşmə işləri gedir. Bütün sənədlər hazır olan kimi AFFA-ya təqdim edəcəyik. Aşağı dəstədə oynasaq, yaxşı komanda formalaşdırıb, premyer-liqaya yüksəlmək niyyətindəyik”.
Klub rəsmisi ev oyunlarını Ərkivan qəsəbə stadionunda keçirəcəklərini söylədi: “Masallı şəhər stadionu çox pis vəziyyətdədi. Orda oyun oynamaq mümkün deyil. Rayonda futbol oynamağa az da olsa, şəraiti olan bir stadion var. Bu da Ərkivan qəsəbə stadionudu. Çox güman ki, ev oyunlarını orda keçirəcəyik. Düzdü, adıçəkilən arenanın da vəziyyəti o qədər də ürəkaçan deyil. Məsələn, azarkeşlər üçün oturmağa yerlər yoxdu. Amma ot örtüyü normala yaxındı. Yəni futbol oynamaq olar. Biz həmin stadionun rəhbərliyi ilə danışıqlar aparırıq. Yaxın zamanlarda müqavilə imzalayacağıq”.
O, sonda iyulun 22-də baş tutan təsis konfransı haqda da danışdı: “Konfransımız çox uğurlu alındı. Xeyli adam qatılmışdı. Əsas fiqur təbii ki, “Viləş”in sahiblərindən biri olan İldırım Allahyarov idi. Tədbiri də o apardı, hər şeyi qonaqların diqqətinə xırdalığına kimi çatdırdı. O cümlədən Masallıda yaşayan bir neçə iş adamı da tədbirimizdə iştirak etdi. Masallının veteran futbolçusu Balayar İbayev də orda idi. Bir sözlə, əsas hədəfimiz sənədləri qaydaya salıb, AFFA-ya təqdim etmək və birinci divizionda çıxış etməkdi. Tədbirə qatılanların hamısı da bunu istəyir”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar