26 iy 15:22olke

Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı

Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı
“Medvedevin cərimə meydançasındakı kobud oyunu yüzfaizlik penalti idi”

Dünən Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirildi. Azərbaycan çempionu “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Moldova çempionu “Şerif”i qəbul edirdi. Püşkün nəticəsi məlum olan gündən əksər mütəxəssislər və ölkə mediası “köhlən atlar”ın bəxtinin gətirdiyini söyləyir, Qurban Qurbanovun komandasının mərhələ adlamağa borclu olduğunu qeyd edirdi. Heç şübhəsiz, bu cütün taleyini həll edəcək məqamlardan biri də hakimlik idi. Dünən keçirilən matçda ədalət təmsilçisinin qəbul etdiyi qərarlar cütün taleyinin həll olunmasına müstəsna xidmət göstərəcəkdi. Bu üzdən hər dəfə olduğu kimi, avrokubokda mübarizə aparan klubumuzun oyununda fit sahibi olan hakimin idarəçilyini dəyərləndirməyi lazım bildik.
İlk yarıda hakimliklə bağlı iki epizod yadda qaldı. Matçın əvvəlində Maksim Medvedev cərimə meydançası daxilində rəqib futbolçuya qarşı kobud oynasa da, Belarusdan olan referi Sergey Tsinkeviçin fiti susdu. Həmin an Maksimin kobud oynamasının müəyyən müzakirələrə yol açdığını qeyd etməliyik. 28-ci dəqiqədə Dino Ndlovuya qarşı kobudluq da hakim tərəfindən düzgün dəyərləndirilmədi. Epizodun təkrarına baxanda da görünür ki, Vyaçeslav Posnyak Cənubi Afrikadan olan forvarda qarşı qayda pozuntusuna yol verib. Ancaq nədənsə referi bu dəfə də oyunu davam etdirdi.
İkinci hissədə də Belarusdan olan referilərin bəzi vəziyyətlərdə qəbul etdikləri qərarlar müzakirə mövzusu oldu. Düzdü, fasilədən sonra mübahisəli məqamların sayı az olsa da, hər halda, yox deyildi.
Sergey Tsinkeviçin idarəçiyilini qiymətləndirmək üçün bu dəfə də mütəxəssis rəyinə ehtiyac duyduq. Bu məqsədlə daimi ekspertlərimizdən olan Tahir Süleymanovla danışmağı lazım bildik. Beynəlxalq dərəcəli referi 90 dəqiqəni belə dəyərləndirdi: “Öncə onu bildirim ki, “Qarabağ” ilk oyundan sonra rəqibi daha yaxından tanıdı və cavab görüşündə daha uğurlu nəticəyə imza atacağına ümid edirəm. “Şerif” bir daha göstərdi ki, Çempionlar Liqasının bu mərhələsində zəif rəqib olmur. Hakimliyə gəlincə, ilk hissədə Belarusdan olan hakimlər briqadasının işi daha çox müzakirə mövzusudu. Oyunun ilk dəqiqələrində Maksim Medvedevin cərimə meydançasının daxilində rəqib futbolçuya qarşı kobud oyunu yüzfaizlik penalti idi. Sadəcə, Tsinkeviç təmsilçimizi bağışladı. Həmin epizodda qayda pozuntusu qeydə alınmalıydı. 28-ci dəqiqədə Ndlovunun yerdə qaldığı məqamda da hakimin fiti susdu ki, bu da səhv qərar idi. Həmin an “Şerif”in müdafiəçisi Ağdam təmsilçisinin forvardına qarşı açıq-aşkar kobud oynamışdı. Tsinkeviç ilk yarıda Almeydanı da bağışladı. Çünki braziliyalı yarımmüdafiəçi 24-25-ci dəqiqələr arasında sistematik olaraq qaydanı pozmaqla yadda qaldı. Ancaq Tsinkeviç onu bağışladı. Fasilədən sonra meydanda yaşananlara görə hakimi səhv qərar qəbul etməkdə suçlamaq yersizdi. Çünki oyun elə məcrada davam etdi ki, hansısa şübhəli məqama görə kimisə nədəsə ittiham etməyə dəyməz”.
Sonda Tahir bəy cavab oyunu ilə bağlı proqnozunu bölüşdü: “Qarabağ”ın məşqçilər korpusu ilk oyunda rəqibin nəyə qadir olduğunu bildi. İnanıram ki, Qurban Qurbanov və yetirmələri ilk qarşılaşmadan nəticə çıxararaq cavab oyununa daha toparlanmış formada çıxacaq. Ümid edirəm ki, Əfran İsmayılov kimi futbolçular mərhələnin məsuliyyətini başa düşəcəklər”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar