28 dek 16:49olke, manset

Elşən Abdullayev “Qarabağ”da

Elşən Abdullayev “Qarabağ”da
“Heç kimi zorla saxlamaq olmaz”

Ötən sayımızda “Neftçi”nin transfer çalışmaları ilə bağlı bəzi məlumatları diqqətinizə çatdırmışdıq. Belə ki, “ağ-qaralar”ın iki legioner - Boban Baykoviç və Jonas Pesalli ilə müqavilə müddətini uzatdığını xəbər vermişdik. Xatırladaq ki, hər iki əcnəbi ilə 1 illik anlaşma əldə olunub. Həmçinin yerli oyunçular ən azı mövsümün sonuna kimi paytaxt təmsilçisinin şərəfini qoruyacaq. Yalnız Elşən Abdullayevdən başqa. “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev yarımmüdafiəçi ilə bağlı bunları demişdi: "Adətən, yerli futbolçuların müqavilələrinin müddəti yayda bitir. Ancaq Elşəndə bu tarix qışa qədərdi. Bilmirəm, necə olub. Yəqin ki, onunla ilyarımlıq müqavilə imzalandığından belə alınıb. Əlbəttə, Elşənlə yeni müqavilə bağlamaq istəyərdik. Ancaq o dedi ki, bir az fikirləşməyim lazımdı. Çünki bir-iki varinatı var. Elşən yaxşı futbolçudu. "Neftçi"nin yetirməsidi, uzun müddətdi burda oynayıb. Ancaq biz heç kimi məcbur edə bilmərik. Abdullayevin müqaviləsinin müddəti bitib. O özü seçim etmək hüququna malikdi. Biz onu məcbur edə bilmərik ki, "Neftçi"də və ya başqa komandada oyna. Bu, onun öz seçimidi".
Nəhayət, dünən Elşənin karyerasını hansı komandada davam etdirəcəyi bəlli oldu. Belə ki, əsasən yarımmüdafiənin cinahında və mərkəzində görməyə adət etdiyimiz Abdullayev bundan sonra “Qarabağ”ın uğurları üçün tər tökəcək. İnformasiyanı qəzetimizə açıqlamasında “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqlədi. O, 22 yaşlı yarımmüdafiəçi ilə ilyarımlıq razılıq əldə olunduğunu söylədi. Təbii, Abdullayevi “Qarabağ”da ciddi rəqabətin gözlədiyi şübhə doğurmur. Ağdamlıların yarımmüdafiə xəttində hər mövqedə bir neçə oyunçunun olduğu sirr deyil. Hər halda, Elşənin də istedadı hər kəsə bəllidi. İnanaq ki, gələcəkdə yığmanın şərəfini qoruyacağına şübhə etmədiyimiz, əsas milliyə namizədlərdən olan Abdullayev “Qarabağ”da kimlərinsə kölgəsində qalmayacaq.
Onu da qeyd edək ki, Elşən “Neftçi”nin yetirməsidi, karyerası boyunca yalnız bir dəfə başqa komandaya üz tutub. Belə ki, yarımmüdafiəçi 2013/14 mövsümündə icarə əsasında “Sumqayıt”da çıxış edib. Cari mövsüm isə ölkədaxili yarışlarda şans qazanmayıb. Buna səbəb Abdullayevin uzun müddət zədədən əziyyət çəkməsidi. O, sonuncu dəfə Avroliqanın 2-ci təsnifat mərhələsi çərçivəsində “Şkendiya” ilə ilk görüşdə (0:0) forma geyib. Həmin vaxt zədələnən Elşən uzun müddətdən bəri problemin aradan qaldırılması ilə məşğul idi. Artıq zədəsini sağaldan Abdullayev, çox güman, qış təlim-məşq toplanışının startında “Qarabağ”ın düşərgəsində hazırlıqlara qatılacaq.
Əslində Elşənin özü ilə danışmaq istəsək də, cəhdimiz alınmadı. Maraqlıdı, “Neftçi” öz yetirməsini, oynadığı vaxtda əsas heyət üzvlərindən sayılan, təxminən yarım ildi müalicəsi ilə məşğul olan Elşəni komandada saxlamağa çalışıb? “Ağ-qaralar”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulovu dinləyək: “Elşən bizim klubdan ayrıldı. Onun müqavilə müddəti bitdi və getdi. Bu məsələdə seçimi futbolçunun ixtiyarına buraxdıq. Futbolçu seçimini başqa klubun xeyrinə edirsə, heç kimi zorla saxlamaq olmaz. Əsas odu ki, onun karyerasında yüksəliş olsun. Bildiyiniz kimi, U-21-in üzvü olub, əsas milliyə də namizəddi. Ona görə də belə futbolçunun öz istəyi əsas önəm kəsb edir. Bizimlə müqaviləsinin müddəti başa çatdı və yəqin ki, “Qarabağ”dan təklif alıbmış. Və beləcə seçimini “Qarabağ”ın xeyrinə etdi. Uğurlar arzulayırıq. Bizdə belə məsələlərdə problem olmayıb. Elşən çox səviyyəli oyunçudu. Ancaq futbolçu özü başqa klubda oynamağı istəyirsə, bizə ancaq ona uğurlar arzulamaq qalır. Abdullayev “Neftçi”nin yetirməsidi. Görüşdük, çox xoş ayrıldıq. Heç bir problem olmadı. Futbolçunun özündən də soruşa bilərsiz. Uğurlar arzuladıq, çıxıb getdi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar