17 iy 23:21olke

Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi

Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi
Elnur Quliyev: “Bizə Gürcüstandan da xeyli azarkeş qoşulacaq”

Bu həftə Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulacaq. Qitənin ən nüfuzlu klub turnirində ölkəmizi təmsil edən “Qarabağ” bu raundun cavab matçında səfərdə Gürcüstan “Samtredia”sı ilə qarşılaşacaq. Ötən çərşənbə axşamı Tofiq Bəhramov adına Respublika stadinonda rəqibin qapısından 5 cavabsız top keçirən Qurban Qurbanovun komandası qonşu ölkəyə də qələbə dalınca gedir. Hər halda, klub rəsmilərinin, baş məşqçinin və futbolçuların açıqlamalarından belə anlaşılır ki, hesaba aldanmaq niyyətləri yoxdu.
İlk qarşılaşmada respublika stadionunda “köhlən atlar”ı 15 min azarkeş dəstəkləyirdi. Çox güman ki, Boris Payçadze adına arenada da Ağdam klubunun azarkeşləri olacaq. Lakin onların təxminən neçə nəfər olacağı hələlik bizə bəlli deyil. Sosial şəbəkələrdə “Qarabağ”ın azarkeş səhifələrində yazılanlara əsaslansaq, qonşu ölkəyə xeyli fanatın səfər edəcəyini təxmin edə bilərik. İndi isə bəzi suallar yaranır. “Qarabağ” azarkeşlərinin gediş-gəliş xərclərini kim qarşılayır? Onlar xüsusi hazırlıqlar görüblərmi? Açacaqları pankartlar hansı motivdə olacaq? Sonuncu sualı ona görə qoyduq ki, gürcülər ölkəmizə gələndə hər zaman siyasi xarakterli pankartlar açıblar. Bunun üçün 3 il əvvəl Avroliqanın 3-cü təsnifat mərhələsində baş tutan “Neftçi” – “Çixura” matçını xatırlamaq kifayətdi. Bəs bizimkilər nə edəcək? Heç olmasa, bir həftə əvvəl Bakıda aça bilmədikləri Zəhra ilə bağlı pankartı orda nümayiş etdirə biləcəklərmi? Həm də qarşı tərəfin təxribatını da göz önünə almaq lazımdı. Yadınıza gəlirsə, gürcülər elə 2015-ci ildə Avroliqanın 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən “Dinamo” – “Qəbələ” matçında azarkeşlərimizin başına “oyun açmışdı”. Onlar oyunu izləməyə gedən “Sektor 11”in üzvlərini döymüş, əllərindəki bayraqları, pankartları almışdılar. Bütün bu məsələlərlə bağlı sualları “Qarabağ”ın azad azarkeş qruplarının rəhbərləri cavabladı.
Elnur Quliyev (İmarət): “Təbii ki, Gürcüstana gedəcəyik. Bizim üçün fərq eləməz, “Qarabağ” evdə neçə qol vurub, məğlub olub və ya qalib gəlib. Əsas məsələ komandanı dəstəkləməkdi. Bunu qonşu ölkədə də edəcəyik. Maşınla gedən üzvlərimiz bu gün yola çıxıblar. Onlar səhər tezdən üç avtomobillə gediblər. Hər maşında 6 nəfər olub. Biz isə avtobus tutmuşuq. Sabah gecə 2 radələrində həmin avtobusla gedəcəyik. Avtobusun tutumu 50 nəfərdi. Hərəkətə “Gənclik Mall”ın qarşısından başlayacağıq. Xüsusi şüarlarımız və pankarlatımız var. Lakin onların heç biri siyasi xarakterli olmayacaq. Çünki bu qadağandı. Biz “Qarabağ” rəhbərliyinə müraciət etmişdik ki, stadionda kimsə qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı pankar aça bilər. İndi təxribatçılar çoxdu. Özü də bu çox həssas mövzudu. Onlar da UEFA və “Samtredia” rəsmilərinə bunu bildirməlidilər ki, vaxtında qarşısını alsınlar. Onlar açsa, biz də məcbur olub fərqli addımlar atmalı olacağıq. İnanıram ki, qarşı tərəf bizi hörmətlə qarşılayar, heç bir təxribata yol verməz. Biletlə bağlı da kluba müraciət etmişik. Çünki bizə Gürcüstandan da xeyli azarkeş qoşulacaq. Müraciət edənlərin sayı həddən artıq çoxdu. Hardasa 300 nəfərdən çox olacaq. "İmarət Avropa" da "Qarabağ"ı dəstəkləmək üçün Tiflisdə olacaq. Həmin azarkeş qrupunun İdarə Heyətinin üzvləri də gələcək. Bilirsiz, “İmarət” ilk dəfədi ki, bu qədər tərəfdarla hansısa xarici ölkəyə gedir. Ona görə də “Qarabağ”a çox ciddi azarkeş dəstəyi olacaq. İnanıram ki, komandamız səfərdə də qələbə qazanacaq”.
Elvin Süleymanov (Qarabağ ordusu): ”Böyük hesabla qalib gəlməsinə baxmayaraq, Gürcüstanda “Qarabağ”ı dəstəkləyəcəyik. Özü də tam heyətlə. Sabah saat 11-də yola düşürük. Hardasa 50 nəfər olacağıq. Bəzi şüarlarımız var. Amma xüsusi pankartlar hazırlamamışıq. Bilirsiz, doğma stadion deyil ki, yaxşı pankartlar hazırlayasan. Yad ölkədi. Təxribat törədə bilərlər. Ona görə ehtiyatlanmışıq. İstənilən halda, şüarlar səsləndirəcəyik. Yalnız onu deyə bilərəm ki, orda ab-hava heç də “Tofiq Bəhramov”dakından zəif olmayacaq. Var gücümüzlə komandamızı irəli səsləyəcəyik. Zəhra məsələsi ciddidi. UEFA buna icazə vermir. Çünki bu cür pankartlar siyasi motivlidi. Keçə dəfə də gördüz ki, polislər işə qarışdı və pankartı yığışdırdılar. Uşaqlar o qədər əziyyət çəkmişdi, pul xərcləmişdi. İstəmirik səfərdə problem yaşayaq, kimdənsə söz eşidək. Bizimki sakit gedib, komandamızı yaxşıca dəstəkləyib qayıtmaqdı”.
Ramiz Bayramov (Qarabağ boys): “Bəli, komandamızla səfərə yollanacağıq. Yaxşı oldu ki, rəqibimiz “Samtredia”dı. Çünki yol qısadı, xərcimiz də çox çıxmayacaq, vaxtımız da itməyəcək. 5:0 qələbə qazanmışıq. Amma bu o demək deyil ki, komandanı dəstəkləməyəcəyik. Mütləq gedib, dəstək olacağıq. Lakin çox yox, hardasa 18-20 nəfər gedəcəyik. Xüsusi hazırlıq görməmişik. Hazırda problem fərqlidi. Bakıda avtobus tapmaq, demək olar ki, mümkünsüzdü. Bir neçə yerə müraciət etmişəm, heç bir xəbər yoxdu. Bir-iki yerdə deyiblər ki, gözləyin. Qeydiyyat bu gün (dünən) başlayıb. Gecikmək istəmirik. Yaydı deyə, avtobus tapmaq zülümdü. Aparanlar var, amma ikiqat qiymət oxuyurlar. Fanklub uşaqlarının bütün xərclərini özüm qarşılayıram. Yəni azarkeşlərin gediş-gəliş xərclərini. Bilet də klub tərəfindən veriləcək. Görək, başımıza nə gəlir. Ümid edirəm ki, gedib çıxa biləcəyik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar