18 iy 01:20olke

“Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq”

“Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq”
Ture özünü premyer-liqada oynamağa hazır sayır

Şənbə günü “İsmət Qayıbov”da baş tutan “Neftçi” – “Binə” yoldaşlıq görüşündə diqqətlər qəsəbə təmsilçisinin “12 nömrə”sinə yönəlmişdi. Qaradərili gənc meydanda daha nələt etmirdi? İkili mübarizələrin çoxundan qalib ayrılır, təkbətək mübarizələrdə rəqiblərini keçir, həm “dağıdır”, həm də yaradırdı. Bir sözlə, meydanın harasına baxsan, onu görmək mümkün idi. Səviyyəsinə görə “Qarabağ”la “Qəbələ”dən başqa istənilən premyer-liqa təmsilçisinin şərəfini qoruya biləcək afrikalı oyunu izləyənlərdə özü haqda sual yaratmışdı. Maraqlandıq və məlum oldu ki, o, Azərbaycan futbolunda heç də yad sima deyil. Ötən il “Şəmkir”in formasını geyən Ture Moriferedi. Sadəcə, paytaxtda yaşamağı üstün tutduğundan “Binə”nin uğurları üçün tər tökməyi məqsədəuyğun sayıb. Dediyinə görə, hansısa elita təmsilçisindən təklif gəlsə, dəyərləndirə bilər. Oyundan sonrakı ayaqüstü söhbətdə hamısına olmasa da, bəzi suallara cavab tapdıq.
- Təkcə komandanın yox, oyunun ən yaxşısı idin. “Neftçi”yə qarşı oynamaq bu qədər rahatdı?
- Mən meydana ayaq basanda rəqibin və heyətindəki futbolçuların adına baxmıram. Sadəcə, meydanda üzərimə düşən işin öhdəsindən gəlməyə çalışıram. Bu gün də fantastik heç nə etmədim. Baş məşqçi nə tapşırmışdısa, onlara əməl etdim.
- Nə tapşırmışdı ki?
- Fiziki cəhətdən hazır olduğuma görə bir qədər sərt oynamağı, mübarizələrdən çəkinməməyi. Bir də top ayağıma düşəndə onu çox saxlamamağı, ən qısa zamanda əlverişli mövqedə yer alan komanda yoldaşıma ötürməyi.
- Haralısan?
- Kot d’İvuarlı.
- Çoxdan Azərbaycandasan?
- 4 ilə yaxındı.
- Gəlişin necə baş tutmuşdu? Hansısa komandayla müqavilə bağlamağa gəlib “havada qalanlardansan”? Olmaya tələbəsən?
- Xeyr, heç biri deyil. Sadəcə, ölkəmdə müəyyən problemlər baş qaldırmışdı deyə, ordan çıxmalıydım. Həmin vaxt tanışlardan Azərbaycan haqda eşitdim və əmim oğluyla birgə bura gəldik.
- Yəni qaçqın kimi?
- Kot d’İvuarda qarışıqlıq idi, insanlar bacardığı qədər Avropaya köç etməyə çalışırdı. Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq. Bəli, qaçqın statusuyla gəldik və Azərbaycanda sığınacaq tapdıq. O da mənim kimi futbolçudu. Ancaq hazırda klubsuzdu, oynamır.
- Futbolumuza ayaq açmağın necə baş verdi?
- Bura gələndən afrikalı dostlarla tez-tez yığışıb oynayırdıq. Çünki vətənimdə olanda da futbol oynayırdım. Yavaş-yavaş burda dostlar qazandıq, yeni insanlarla tanış olduq. Beləcə həvəskarlar liqasından başlayaraq üzü yuxarı qalxdıq. Ötən mövsüm “Şəmkir”in uğurları üçün tər tökürdüm.
- Bilirəm, xəbərim var. Ture Morifere ad-soyadını qəzetdə çox yazmışam, eşidən kimi tanıdım. “Şəmkir” demişkən, niyə orda qalmadın?
- Klubda, komandada ciddi problemlər vardı. Bir ara “Şəmkir”in premyer-liqaya yüksələcəyini yazsalar da, sonra səs çıxmadı. Son vaxtlar isə hətta birinci divizionda iştirak etməyəcəklərini deyirlər. Qarışıq bir vaxtda “Binə”dən təklif gəldi. Baş məşqçi (“Binə”nin çalışdırıcısı Mehman Babayevi nəzərdə tutur – H.) əvvəldən oyunlarımı izləyirmiş.
- Meydanda etdiklərin premyer-liqada oynamaq bacarığında olmandan xəbər verirdi. Özün necə düşünürsən, bacararsan?
- Çətin olduğunu düşünmürəm. Sadəcə, belə bir şans olmalıdı. İdman elədi ki, çətin heç nə yoxdu. İlk növbədə durmadan çalışmalısan, peşəkar olmalısan. Daha sonra baş məşqçinin verdiyi tapşırıqları meydanda həyata keçirməlisən. Bunları bacaran futbolçuya hər komandada yer var. Sadəcə, dəvət etmək, şans vermək lazımdı.
- Amma “Binə”nin futbolçususan...
- Premyer-liqada oynamaq arzumdu. Hansısa komandadan təklif olsa, razılığa gəlmək olar. Fikrimcə, problem yaratmazlar.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar