17 iy 22:16olke

“Neftçi” “Binə”yə bir qol vurdu

“Neftçi” “Binə”yə bir qol vurdu
Elxan Abdullayev: “Dispetçer” yoxdu”

“Neftçi” yay hazırlığı mərhələsində növbəti oyununu keçirdi. Şənbə günü, “ağ-qaralar”ın təlim-məşq bazasında, hamının bildiyi dildə desək, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan qarşılaşmada ölkənin ən köklü klubunun rəqibi “Binə” idi. Yəni son mövsümü həvəskarlar liqasında keçirən, növbəti birincilikdə birinci divizionda çıxış edəcəyi gözlənilən komanda. Səhər saat 11.00-də başlayan görüşə maraq “Kəpəz”lə yoldaşlıq oyunundakı qədər olmasa da, diqqətçəkən məqamlar yox deyildi. Bəribaşdan qeyd edək ki, “Neftçi” son dəqiqələrdə vurulan yeganə qolla qalib gəldi.

“Forza Neftçi” gəldi, amma...
Mövsümün gedişində baş məşqçi Elxan Abdullayevin “xuliqanlar” damğası vurduğu fanklubların üzvləri bir müddət tribunalardan uzaq düşsələr də, Ramazan ayında Abdullayevin “forzalılar”a iftar süfrəsi açmasıyla məsələ həllini tapmışdı. Odu ki, iyulun 11-də baş tutan “Kəpəz”lə sınaq matçının gedişində xeyli sayda “Forza Neftçi” üzvlərinin fəallığı müşahidə olunmuşdu. Məğlub olmasına rəğmən, sona qədər “ağ-qaralar”a dəstək vermiş, alışdırıcı maddələrdən istifadə etmişdilər. Buna baxmayaraq, hansısa etiraz formasına rast gəldik, futbolçuları aşağılayacaq şüarlar səsləndirilməmişdi. Lakin “Binə” ilə oyunda əksini müşahidə olundu. “Forza” tam tərkibdə olmasa da, təxminən 20 nəfərlə qarşılaşmanı izləməyə gəlmişdi. Nə dəstək gördük, nə də həvəsləndirici şüarlar. Məşhur barabanın səsi də gəlmədi. Əksinə, ikinci hissədə hesabın açılmaması azarkeşləri özündən çıxarırdı. Bunun nəticəsiydi ki, gənc azarkeşlərdən bəziləri futbolçulara atmaca atır, onları qələbə qazanmağa, meydanda can qoymağa səsləyirdi. Sevindirici haldı ki, futbolçulardan heç kim atmacalara cavab vermədi, yəni hansısa qarşıdurma yaşanmadı.

Fəhminə atmaca, binəli “Neftçi” azarkeşi...
Azarkeşlərdən söz düşmüşkən, bazada media mənsubları üçün xüsusi yer olmadığından, oyunu yeganə jurnalist kimi tərəfdarların arasında izləyirdim. Əslində bunun özü də müəyyən mənada faydalıdı. Azarkeşlərin futbol savadına bələd olmaq, komandalarını nə dərəcədə sevdiklərini görmək baxımından işimizə yarayır. Məsələn, ikinci hissənin gedişində iki diqqətçəkən söhbətə qulaq yoldaşı olmaq maraqlıydı. Deməli, Fəhmin Muradbəyli əvəzetmədən meydana çıxmağa hazırlaşanda təxminən 3-4 dəqiqə gözləməli oldu. Bundan istifadə edən “Neftçi” azarkeşi üzünü Fəhminə tutub “niyə 5-ni vurmursuz “Binə”yə, bu nə oyundu belə” deyincə, futbolçunun cavabı özünü çox gözlətmədi: “düzdü, qardaş, vurmalıyıq. Amma belə oyunlarda alınmır da”. Muradbəylinin dediklərinə azarkeşin cavabı daha sərt oldu: “alınmaz da, premiya yoxdu axı”. Bu atmacadan sonra Fəhminin deyəcək sözü qalmadı.
“Binə” dəstəksiz deyildi. Təxminən 10 nəfərdən ibarət dəstə qəsəbənin adını daşıyan komandanı dəstəkləmək üçün Bakıxanova gəlmişdi. Və ən maraqlısı, “Neftçi”ylə “Binə” fanatlarının yanaşı dayanmasıydı. Qəzetimizin daimi oxuyucusu olan, həm də stajlı azarkeş kimi tanınan şəxsin “Binə”yə də qol vura bilmirlər. Belə olmaz axı” sözləri qəsəbədən gələn tərəfdarı dilə gətirdi: “Nə olsun, binəliyəm, “Binə”yə azarkeşlik edirəm. Gözümüzü açıb “Neftçi” görmüşük, “Neftçi”yə azarkeşlik etmişik. İndi adam bu komandaya baxır, ürəyi ağrayır. “Kəpəz”i qoyuram qırağa, heç olmasa, “Binə”yə vursunlar da. Onu da bacarmırlar axı”. Bu dialoqdan bir neçə dəqiqə sonra hesab açıldı.

Sürpriz qonaq
Oyunu izləməyə gələnlər arasında bir sürpriz qonaq diqqətləri çəkdi. Bu, “Qəbələ”nin marketinq meneceri Səməd Nəsibov idi. Gülərüzlə bizə tərəf yaxınlaşan Səməd bəydən bazaya gəlişinin səbəbini soruşanda, həmişəki kimi zarafatından qalmadı: “Baş məşqçimiz Roman Qriqorçuk göndərib. “Neftçi” haqda qeydlər aparmağa gəlmişəm”.

Son dəqiqələrdə vurulan qol
Oyunun gedişatına keçid almazdan öncə Elxan Abdullayevin start “11-liy”ini nəzərinizə çatdıraq: Rəşad Əzizli, Georgi Navalovski, Pavel Dreksa, Kiril Petrov, Məhəmməd Mirzəbəyov, Tərzin Cahangirov, Ruslan Abışov, Rəhman Hacıyev, İqnasio Errera, Elnur Cəfərov, Hüqo Barqas.
Bəribaşdan qeyd edim ki, “Neftçi” “Kəpəz”lə oyundakı kimi göründü. Topa nəzarət edən də “ağ-qaralar” idi, qapıya zərbə vuran da, rəqibə varlığını göstərən də. Çatışmayan iki şey idi: istək və hücumları qolla tamamlamaq. Son vaxtlar “Neftçi”nin ən böyük bəlası futbolçuların həvəsdən düşməsidi ki, problem hələ də aradan qalxmayıb. Olduqca ümidsiz, çaşqın görünürlər. Bu da özünü həvəskarlar liqasında çıxış etmiş və cəmi bir neçə gündü yığılmış rəqiblə oyunda göstərdi. Abdullayevin yetirmələrinin qol vura bilməməsinin başlıca səbəbi “Binə”nin futbolçularının əzmkarlıq baxımından təcrübəli rəqibini üstələməsiydi. Qəsəbə təmsilçisinin heyətində “Ramaşka” ləqəbli qapıçı, “Deku” ləqəbli müdafiəçi və ən əsası, yarımmüdafiəni tək saxlayan Ture daha çox fərqlənirdi. Oyun planında da olduqca ağıllı görünürdülər. İlk hissədə hər iki tərəfin fərqlənmək imkanları olsa da, “Neftçi”nin sevinməsinə rəqib qapıçı, “Binə”nin qol vurmasına isə tələskənlik və təcrübəsizlik mane oldu.
“Ağ-qaralar” fasilədə iki əvəzetmə reallaşdırdı. Petrovu Rahil Məmmədov, Rəhmanı isə Namiq Ələsgərov əvəzlədi. Sonrakı dəqiqələrdə Məqsəd İsayev, Edson Kastilyo, Daniel Seqoviya, Fəhmin Muradbəyli, Ömər Buludov və Rəsul Babazadə də forma geymək imkanı qazandı. 70-ci dəqiqədən sonra “Binə”li futbolçuların yorğunluğu sözünü deyirdi. Üstəlik, iki vacib oyunçu zədələnib meydanı vaxtından əvvəl tərk etdi. Bu da “Neftçi”nin işinə yaradı. 81-ci dəqiqədə Namiq Ələsgərovun qapı qarşısına göndərdiyi topu nəzarətsiz qalan Rəsul Babazadə tora qovuşdurdu. Az sonra hesab arasındakı fərq arta bilərdi. Bu dəfə Kastilyonun zərbəsi dirəyə tuş gəldi.

Mais Əzimov razıdı, Elxan Abdullayev faciə saymır
Matç başa çatandan sonra hər iki komandanın çalışdırıcısına yaxınlaşıb oyunla bağlı fikirlərini öyrəndik.
Mais Əzimov: “Məğlub olsaq da, bizim üçün əla nəticədi. Sadəcə, bəzi futbolçuların zədələnməsi yerinə düşmədi. Futbolçularımın “Neftçi”yə qarşı necə oynadığını gördüz. Əzmkarlıqlarına görə onlara “sağ ol” dedim. Biz hələ hazır deyilik. Komanda 5-6 gündü yığışıb. Həvəskarlar liqasında çıxış etmiş heyəti dəyişmişik. Birgə olduğumuz az müddətdi. Üstəlik, “Neftçi”ni təhlil etməmişdik. Bu gün gördüm ki, bütün hücumlarını cinahlardan qururlar. Buna əvvəldən xüsusi diqqət ayırsaydıq, bəlkə o qol da olmayacaqdı. Məğlub olmalarına baxmayaraq, bu oyun və nəticə futbolçulara əlavə ruh yüksəkliyi verəcək”.
Elxan Abdullayev: “Yenə deyirəm, yoldaşlıq görüşlərində nəticə mənim üçün xüsusi önəm daşımır. Əsas məqsəd futbolçuları yüklənmə fonunda meydanda görmək və bəzi taktiki gedişləri sınamaqdı. “Binə”nin əzmkarlığını xüsusi qeyd etməliyəm. Hesabın minimal alınmasında bu məqam xüsusi rol oynadı. Hiss olunurdu ki, “Neftçi”yə qarşı xüsusi kökləniblər. Bəzi məqamlardan razı qaldım, bəzilərindən narazı. Məni ən çox narahat edən məqam orta sahədə yaradıcı, oyunu arxasınca aparacaq, futbol dilində desəm, “dispetçer” oyunçunun olmamasıdı. Folprextin gedişindən sonra boşluq özünü göstərir. Düzdü, Zdenek ulduz deyildi, amma müəyyən mənada kömək edirdi, istədiyimi verirdi. Yüklənmə həftəsində bir çox məqamlardan razı qaldığımı da deməliyəm. Hələ ki gümrahlıq çatmır, bu da ağır məşqlərə görədi. Ayın sonlarına yaxın yüklənmələr azalacaq. Ondan sonra tam istədiyim komandanı görəcəyimə inanıram. Çempionata qədər hazıq olacağıq. Əsas odu, “Neftçi”də inkişaf görürəm. Orta sahəyə yeni futbolçunun alınması məsələsi açıq qalıb. Rəhbərliyin verəcəyi qərardan asılıdı. İndiki məqamda bu yöndə yenilik yoxdu”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar