16 iy 16:56olke

Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb

Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb
“Bizdə bu məbləği az qala 17 yaşlı milli üzvü alır”

Azərbaycanlı futbolçuların ölkədən kənara çıxmaması, legioner həyatı yaşamaqda maraqlı olmaması ən çox müzakirə olunan mövzulardandı. İllər uzunu xaricdə top qovan gürcülərə, ermənilərə baxıb öz-özümüzə “niyə onların oyunçuları bunu bacarır, bizimkilər isə Biləcəridən o yana keçə bilmir” sualını veririrk. Bəziləri bunu Azərbaycanda yerli oyunçulara normal pullar ödənildiyini səbəb göstərirsə, bəziləri də bizimkiləri menecerlərlə iş qura bilməməkdə təqsirləndirir. Yerli oyunçuların xaricə yollanmamasını mentallıqla da əlaqələndirənlər az deyil. Ancaq son iki ildə vəziyyət dəyişməyə doğru gedir. Ölkə klubları maaş cədvəllərinə əl gəzdirdikcə, az qane olmayıb Azərbaycanı tərk edən futbolçuların sayında artım müşahidə olunur. Düzdü, hələ ki xaricə yollananlar arasında tanınmış klublarla müqavilə bağlayanlar yoxdu. Ancaq belə davam edəcəyi təqdirdə, yəqin ki, bunu da görəcəyik. Hər halda, çətini ilk addımı atmaq, menecerlərin diqqətini özünə cəlb etməkdi. Necə ki, bunu hazırda Qırğızıstanda legioner həyatı yaşayan Elməddin Məmmədov edir. Xatırlayırsızsa, bu ilin yanvarında Məmmədovun Orta Asiya ölkəsinin elita təmsilçisi ilə anlaşdığını xəbər vermişdik. Qırğızıstanın ən köklü klublarında biri hesab olunan “Alqa”nın şərəfini qoruyan qolkiper çempionatda yaranan fasilədən istifadə edərək istirahət üçün Bakıya qayıdıb. Biz də fürsətdən istifadə edib onunla söhbətləşməyi lazım bildik. Görüşə meneceri İman Həsənovla birgə gələn “çərçivə qoruyucusu” Qırğızıstan futbolu, şərəfini qoruduğu klub barədə məlumat verməklə yanaşı, bizi maraqlandıran başqa sualları da cavabladı.
- Atıq 6 aya yaxındı ki “Alqa”nın şərəfini qoruyursan. Yeni klubun haqda ətraflı məlumat verməyini istərdim.
- “Alqa” Bişkəki təmsil edir. Ölkənin ən köklü klublarından biridi. Kollektiv əsasən gənclərdən təşkil olunub. Turnir cədvəlində 4-cü pillədə qərarlaşsaq da, liderlə xal fərqimiz o qədər də böyük deyil. Bu üzdən mövsümü ən azı ilk “üçlük”də başa vuracağımıza inam böyükdü.
- Qırğızıstan çempionatının elitasında neçə klub çıxış edir?
- Güclülər dəstəsində 6 komanda medallar uğrunda mübarizə aparır. Çempionat bizdəki kimi 4 dövrədən ibarətdi. Yaz-payız sistemi ilə təşkil olunan çempionatda hazırda fasilədi və mən də bundan istifadə edərək Bakıya gəlmişəm. Yaxın günlərdə yenidən Bişkekə qayıdacam.
- Klubların maliyyə durumu, şəraiti necədi?
- Açığı, Qırğızıstan futbolunda bizdə olduğu qədər böyük pullar dövr etməsə də, şərait normaldı. Bütün komandalar çempionat oyunlarını təbii örtüklü meydanlarda keçirir. Komandaların heyətində yerli futbolçular çoxluq təşkil edir. Bizim kollektivdə məndən başqa 3 özbək oyunçu var idi. Ancaq fasilə dönəmində rəhbərlik onlarla yolları ayırdı.
- Bəs o biri klublarda?
- O biri komandaların düşərgəsində Nigeriyadan, Qanadan, Rusiyadan, Ukraynadan legionerlər var.
- Klublarda əcnəbi məşqçilər çalışır?
- İki klubun baş məşqçisi əcnəbidi. Biri rus, o biri isə serbdi. Qalan 4 komandanı isə yerli mütəxəssislər çalışdırır.
- Yəqin ki, çempionatda çıxış edən klubların büdcələri o qədər də böyük deyil. Ən imkanlı klubları futbolçuya nə qədər maaş vermək iqtidarındadı?
- Qırğızıstan o qədər varlı ölkə hesab olunmur. Ora ilə buranın yaşayış səviyyəsini müqayisə etmək gülünc olardı. Ancaq futbolçu aldığı maaşla normal dolana bilir. Qiymətlər çox ucuzdu. Çempionatın lideri “Dordoy”un şərəfini qoruyanlar ayda təxminən 1500-2000 dollar maaş alır. O da paytaxt təmsilçisidi. Ölkənin ən imkanlı klubu isə “Alay Oş” hesab olunur. Onu da bildirim ki, Qırğıstanda heç bir klubu federasiya maliyyələşdirmir. İstər elita, istərsə də birinci dəstədə çıxış edən komandalar olsun, hamısı təmsil olunduqları bölgənin büdcəsindən maliyyələşir.
- Elitada çıxış edən klubların neçəsi paytaxtı təmsil edir?
- Şərəfini qoruduğum “Alqa” və “Dordoy” paytaxtda məskunlaşıb. Qalan 4 komanda isə bölgə təmsilçisidi.
- Bişkekdə klubun bazasında qalırsan? Ümumiyyətlə, boş vaxtlarını yad ölkədə necə keçirisən?
- Bazamızda təmir işləri getdiyindən klub rəhbərliyi mənə ev oyunlarımızı keçidrdiyimiz stadionun yaxınlığında ayrıca mənzil tutub. Bundan başqa bir qadın hər gün mənə yemək hazırlayır, təmizlik işləri görür. Boş vaxtım o qədər də çox olmur. Məşq, oyun və istirahət. Arada vaxt olanda komanda yoldaşlarımla şəhəri gəzməyə çıxıram. Kollektivin bütün üzvləri ilə xoş münasibətim var, ancaq komandada çıxış edən əslən azərbaycanlı oyunçu ilə daha yaxınam. Onun əsli Tovuzdandı. Hazırda Qırğızıstanın U-21-nin şərəfini qoruyur.
- Qırğızıstan mətbəxi ilə aran necədi?
- Normal. Onlarla bizim yeməklərimiz çox oxşardı. Bəlkə də bu onların da türk olmasından irəli gəlir. Sadəcə, qırğızlar xəmir xörəklərinə çox üstünlük verir. Çox istiqanlı, mehriban xalqdı.
- Çempionat oyunlarına azarkeş marağı necədi? Sizin matçalara təxminən nə qədər tərəfdar gəlir?
- Demək olar ki, bizdə olduğu kimi. Hər oyunu təxminən 2-3 min tərəfdar izləyir. Ən çox azarkeş “Alay Oş”un iştirakı ilə baş tutan qarşılaşmalarda olur. Onların ev oyunlarında tribunalarda 5-6 min tamaşaçı görmək mümkündü.
- Sözlərindən belə başa düşmək olar ki, Qırğızıstanda futbol heç də bir nömrəli idman növü hesab olunmur...
- Qırğızlar daha çox güləş və döyüş idman növlərini sevir. Kikboksinq orda ən populyar idman növüdü. Gənclərin çoxu da məhz ona üz tuturlar.
- Nə vaxta kimi “Alqa”da qalmağı düşünürsən?
- Klubla müqaviləmin müddəti ilin sonunda başa çatır. Dekabrın sonunda gələcəyimlə bağlı qərar verəcəm. Açığı, bu yay “Səbail” mənimlə maraqlandı. Ancaq baş məşqçi məni baxışa dəvət etdiyindən, təklifi geri çevirdim. Azərbaycana yalnız o halda qayıdaram ki, aparıcı klublardan biri ilə anlaşım. Belə olmayacağı halda Asiyanın aparıcı futbol ölkələrinə yollanmaq istəyirəm. Qırğızıstan çempionatından Bəhreynə, Qətərə yetərincə futbolçu gedib. Hazırda bu ölkənin iki klubu Asiya Çempionlar Liqasının qrupunda çıxış edir. Deməyim odu ki, menecerlər beynəlxalq oyunlarda qırğız klublarını yaxından izləyir.
- Qırğızıstanda Azərbaycan futbolu haqda nə düşünürlər?
- Bilirlər ki, Azərbaycan klubları futbolçulara yüksək pullar ödəyir. Siz bilirsiz onların yığması rəsmi oyunlarda qalib olanda futbolçulara nə qədər mükafat verirlər? Desəm, bəlkə də inanmayacaqsız, maksimum 2000 dollar. Bizdə isə bu məbləği az qala 17 yaşlı milli üzvü alır. Bir də Vaqif Cavadovu yaxşı tanıyırlar. O da Rusiyada legioner həyatı yaşadığına görə qırğızların əksəriyyəti Rusiya çempionatını yaxından izləyir. “Matç TV” yayınlandığından hamı Rusya futbolundan xəbərdardı.
- Qırğızıstan çempionatının oyunları necə, telekanallar vasitəsilə yayınlanır? Ümumiyyətlə, orda idman mətbuatında vəziyyət necədi?
- Çempionatın hər turunda ən azı bir oyun canlı yayında azarkeşlərə təqdim olunur. Ancaq idman mətbuatı o qədər də inkişlaf etməyib. Düzdü, oyunlara gələn jurnalsitlər var. Ancaq bizdəki kimi çoxlu sayda sayt, idman proqramları yoxdu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar