16 iy 16:49olke

BFL-in təsisçisi həyəcan vəd edir

BFL-in təsisçisi həyəcan vəd edir
Çempionata qatılmaq istəyən komanda 3000 manat ödəməlidi

Bir müddət əvvəl ölkəmizdə Bakı Futbol Liqası (BFL) yaradılıb. Qurumun təsisçisi Ramil Vəliyev müsahibəsində planlara toxunub.
Onun söylədiklərini müəyyən ixtisarlarla diqqətinizə çatdırırıq.
// BFL həvəskar komandaları bir araya toplasa da, işində peşəkar prinsiplərə söykənib. Peşəkar məsuliyyət, işə yanaşma tərzi və iştirakçılarla şirkət arasındakı bağlılıq artıq indidən yeni futbol erasının BFL ilə başlayacağına şübhə yaratmır. Buna görə də bu yöndə bəhrələnmək istəyən hər bir komanda BFl-ə üz tutacaq.
// BFL yarışlarında meydanda hər komandada 8 oyunçu mübarizə aparır. Təbii ki, bu da dünyadakı mövcud standartlar və reqlament əsasında təşkil olunur. Meydan ölçüləri də standartlara uyğun dəyişdirilib. Qeydiyyatdan maksimum 15 oyunçu keçirilə bilər. Liqada 20 komanda iştirak edir və hər komanda bir-biri ilə iki dəfə olmaqla (ev/səfər) ümumilikdə 38 oyun keçirir. Mövsüm sentyabr-iyun aylarını əhatə edir.
// Komandaların loqosu və vahid formasının olması mütləqdi. Kapitanlar komanda üzvlərinin lazımi sənədlərini bizə təqdim etməlidi. Növbəti mərhələdə isə ödəniş olunur.
// Həvəskar komandalar üçün nəzərdə tutulan bir layihə olduğundan, təbii ki, müqaviləsi davam edən və fəal peşəkar futbol fəaliyyəti olan şəxslər qeydiyyata alınmayacaq. Bununla belə, məhdudiyyətlər iştirakçıların ürəyincədi. BFL-dən qeydiyyatdan keçənə qədər peşəkar futbolla vidalaşmış şəxslər bizə qoşula bilər.
// Heç kimə sirr deyil ki, daha üstün xidmət daha çox maddiyyat tələb edir. Bizdə isə daha çox üstünlük komandaların ödənişi üzərinə qurulmayıb. Bəli, ilk görünüşdən 3000 manat insanları yanılda bilər. Lakin iştirakçılarımız hesablama apardıqda gerçəyi görməyə başlayırlar. Bildiyimiz kimi, hər bir futbol həvəskarı yoldaşları ilə normal futbol meydanında, sadəcə, bir oyuna 5 manatdan çox sərf edir. Bundan fərqli, BFL-də inanılmaz mükafatlar və peşəkar xidmətlərlə birlikdə bir oyuna 5,26 manat düşür.
// Mükəmməl mükafatlandırma mərasimi və mükafatlar! BFL peşəkar ab-havanı ölkə daxilində hüdudlandırmır. BFL çempion komandanı bütün maddi xərclər (uçuş, rezerv, hoteldə yerləşmə, qidalanma, turnirdə iştirak, şəhər gəzintisi və s.) ödənilməklə xaricə - Kontinental Futbol Liqasına Azərbaycanı təmsil etməyə göndərəcək. Orda komanda bir sıra Avropa, Asiya və Afrika ölkələrinin çempionları ilə mübarizə aparacaq. Ümumi mükafatlar isə belədi: 1-ci yer - Kontinental Futbol Liqasına vəsiqə/10000 manat, diplom, medal; 2-ci yer - diplom, medal, pul mükafatı (sponsordan dəst forma); 3-cü yer - diplom, medal, pul mükafatı (sponsordan dəst forma).
// BFL-də oyunlar peşəkar hakimlər tərəfindən idarə olunur. Peşəkar video və foto çəkiliş isə ictimaiyyətin oyunları asanlıqla izləməsinə şərait yaradır. Oyunları “İdman TV” şərhçiləri xüsusi olaraq şərh edəcək. Oyun icmallarının “İdman TV”də yayımlanması nəzərdə tutulur. Oyunlar zamanı zərurət yaranarsa, futbolçulara tibbi xidmət göstəriləcək. Bunun üçün həkimlər ayrılacaq. Komanda nümayəndələri və onların texniki işçiləri yalnız BFL-in təqdim etdiyi akkreditasiyalar vasitəsilə əraziyə giriş əldə edə bilər. Tərəfdarlar isə onlar üçün təşkil etdiyimiz tribunalardan oyunları izləyə bilər. Futbol aləminin dərinliklərindəki həyəcanı yaşamaq istəyən komandalara qapımız həmişə açıqdı. Daha cəld hərəkət edib qeydiyyatdan keçən ilk 20 komanda bu əsrarəngizliyin içində olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:13 Dabo “Panatinaikos”a qarşı oynaya biləcək Dünən, 18:10 Amit Quluzadə “Panatinaikos”u dəyərləndirdi Dünən, 18:08 Ozobiç “Panatinaikos”u “Yagelloniya”dan güclü sayır Dünən, 18:07 Mütəxəssislər Sadiqovun “Zirə”dən qovulduğuna inana bilmir Dünən, 15:46 Eddi yenə diqqət mərkəzinə düşdü Dünən, 15:42 Bəhmən Həsənov “Sepidrud”un idman direktoru olmaqdan imtina etdi Dünən, 15:41 Masallıda yeni futbol klubu yaradıldı Dünən, 15:40 “Azenco” “Şahdağ”a vəd verib Dünən, 15:30 “Səbail” qələbəyə həsrətdi Dünən, 15:29 Elxan Məmmədov “Qarabağ”ın fanşopuna baş çəkdi Dünən, 15:26 “Kəpəz” yığma ilə qarşılaşacaq Dünən, 15:24 Tahir Gözəl “Qarabağ”dan iki qol gözləyirmiş Dünən, 15:22 Tahir Süleymanov Tsinkeviçin səhvlərini sadaladı Dünən, 15:21 Qurbanovun qarşısına daha aqressiv “Şerif” çıxıb Dünən, 15:18 Bordin müdafiəyə oturmağa məcbur olduqlarını boynuna aldı Dünən, 15:15 Meydana yad əşya yağdı Dünən, 15:11 “Şerif” Bakıdan istədiyi nəticə ilə getdi Dünən, 15:06 Xaqani Məmmədov toplanış məkanını və hakimlərin qiymətini açıqladı Dünən, 15:03 “Kəpəz” rəhbərliyi püşkatmanı gözləyir Dünən, 15:02 “Neftçi” inzibati işçilərini Avstriyaya aparmayıb Dünən, 14:58 AÇ-nin qrup oyunları nə vaxt başlayacaq? Dünən, 14:56 Vüqar Həşimovun xatirəsinə turnir keçirilir Dünən, 14:54 Ədalətin Gürcüstan zəfəri Dünən, 14:51 Parisdə beşinci oldu 19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı Bütün xəbərlər
Ən çox oxunanlar