16 iy 19:38olke

Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib

Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib
“Mərhələnı adlaya bilməsək, çempionata hazırlaşacağıq”

Matç başa çatandan sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov klub prezidenti Tale Heydərovu yola saldı. Ardınca jurnalistlərin suallarını cavabladı.
- İlk oyunda qeydə alınan nəticəni necə dəyərləndirirsiz?
- Sözsüz, rəqibə sərf edən nəticədi. İlk növbədə səfərdə qol vurduqlarını unutmayaq. Əvvəldən də demişdik, bilirdik ki, komandamız hələ tam hazır deyil. Bu gün bir daha şahidi olduq. Yeni futbolçuların komandaya tam uyğunlaşmadığı hiss olunurdu. Ümidimizi itirmirik, cavab oyununu gözləməliyik.
- Yeni transferlərin çıxışından razı qaldız?
- Tam olmasa da, müəyyən mənada bəli. Onları da başa düşmək lazımdı. “Qəbələ”yə qoşulduqları bir-iki həftədi. Uyğunlaşma dövrünü başa vurub, ideal forma yığandan sonra bacarıqları haqda nəsə demək olar.
- Gedənlərin boşluğunun dolmadığı hiss olunurdu...
- Normal haldı.
- Hər yay heyətdə köklü dəyişikliklərə əl atılır. Müqavilələri uzunmüddətli bağlayıb, daha oturuşmuş heyət qurmaq olmaz? Məsələn, “Qarabağ” kimi.
- “Qarabağ” Bakıda məskunlaşıb, bunu unutmayaq. Futbolçular uyğunlaşma dövrünü rahat keçir. Bəzi səbəblər var ki, bizdən asılı deyil. Futbolçular var ki, 1 il oynadıqdan sonra getmək istədiyini deyir. Ya da baxımlı oyun sərgilədikdən sonra bizdən 2-3 dəfə artıq maaş istəyir. Bunu həyata keçirmək üçün büdcəmiz geniş deyil. Məsələn, Nika Kvekveskirini saxlaya bilmədik. Çünki “Tobol” ona “Qəbələ”də qazandığından 3 dəfə artıq maaş təklif etdi. Göndərilən futbolçuların heç biri səbəbsiz getməyib.
- Cavab oyununda qələbəyə ümid etmək olar?
- Əlbəttə. “Qəbələ”dən hər şey gözləmək olar. Öncəki illərdə qeydə alınan nəticələri yada salaq.
- Rəqib səfərdə qol vurub, üstəlik, güclü azarkeş dəstəyi altında çıxış edəcək. Belədə “Qəbələ”yə nə, yaxud kim kömək edə bilər?
- Tam əminliklə deyirəm ki, “Yagelloniya” səddini keçməyə gücümüz var. İstəyimizə çatmaq üçün maksimumu edəcəyik.
- Deyəsən, səfərə 4 gün öncədən getməyi planlaşdırırsız.
- Elədi. Orda məsafə söhbəti var. Çarter reysi üçün büdcəmiz yetərli deyil. Ona görə də tranzit reyslərdən yararlanmalıylq. Belə olan halda futbolçular yorğun olur.
- Sizcə, “Qəbələ” mərhələni keçməsə, komandanızı bağışlamaq olar?
- Niyə?
- Ən azı “Qəbələ”nin son iki ildəki Avropa təcrübəsini nəzərə alaq.
- Yanaşmalar müxtəlif ola bilər, normaldı. Razıyam, biz də daha artığına ümid edirik. Amma futbolda mümkünsüz heç nə yoxdu.
- Bu qədər legionerlə mərhələ adlanılmasa, əcnəbilərin aqibəti necə olacaq?
- Komandanı təkcə Avroliqa üçün qurmamışıq ki. Bildiyiniz kimi, futbolçular əksəri ilə 2-3 illik müqavilələr bağlamışıq. Bunda məqsəd az öncə qeyd etdiyiniz daimi heyəti qorumaqdı. İnşallah, keçərik. Mərhələnı adlaya bilməsək, çempionata hazırlaşacağıq.
- Klub rəhbərləri burdaydı. Onların fikri necəydi?
- Nəticəylə bağlı söhbətimiz olmadı. Gördüyünüz kimi, oyun başa çata kimi stadionu tərk etdilər. Onlar da bizim kimi qələbəyə şahidlik etməyə gəlmişdilər. Alınmadı...
- “Qəbələ” nə vaxta qədər avrokubok matçlarını Bakıda keçirəcək?
- Klubun büdcəsi stadionu tikib başa çatdırmağa imkan verəcəyi günə qədər. Mən də sizin kimi ümid edirəm.
- “Yagelloniya” səddi keçilməsə, bu məqam klubun büdcəsinə təsir göstərə bilər?
- Düşünmürəm. Komandanı Avroliqa üçün yox, ümumi mövsüm üçün qurmuşuq. Bəlli strategiyamız var, həmin xətt üzrə gedəcəyik.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar