16 iy 19:28olke

Reaksiyalar

Reaksiyalar
Endi Hallidey: “Dünən də demişdim ki, “Qəbələ” 100 faiz hazır deyil. İçi mən qarışıq yeni futbolçuların sayı çoxdu. Bir-birimizə uyğunlaşmaq, oyunumuzu tapmaq müəyyən vaxt tələb edir. Cəmi 10 gün birlikdə olmuşuq, 3 yoxlama görüşündə meydana çıxmışıq. Ona görə də “Yagelloniya” ilə görüşdə çətin olacağını gözləyirdik. Oyunun ilk 20-30 dəqiqəsində üstünlük rəqibin tərəfindəydi. Bundan istifadə edib qol vurdular. Lakin sonradan nəzarəti bütünlüklə əlimizə aldıq. Xüsusilə ikinci hissədə topa və oyuna nəzarət edirdik. Rəqib isə yalnız əks-hücumlar sayəsində nəsə etməyə çalışırdı. Polşalıların fiziki cəhətdən bizdən üstün təsir bağışlaması normaldı. Onlar toplanışın ilk günündən birlikdə olublar, anlaşma yüksək səviyyədədi. Ona görə də bir-birilərini gözüyumulu başa düşürdülər. 1:1 faciəvi nəticə deyil. Əlbəttə, cavab matçında işimiz çətin olacaq. Mütləq qol vurmalıyıq. İkinci hissədəki kimi oynasaq, qələbə bizim olacaq. Sadiondakı atmosferə gəlincə, ab-hava, sadəcə, möhtəşəm idi. Açığı, gördüklərim məni yaxşı mənada təəccübləndirdi”.
Cavid Hüseynov: “Yeni gələnlərin sayı çoxdu. Gördüyünüz kimi, əsas heyətin yarısı yayda komandaya qoşulanlar idi. Ona görə də ilk oyunda anlaşma baxımından çətinliyin olması normaldı. Xətlərarası anlaşma istənilən səviyyədə deyil. Bunun nəticəsi kimi ikinci hissədə xeyli top itkilərinə yol verdik. “Yagelloniya” əks-hücumlardan maksimum yararlanmağı bacaran rəqibdi. Gördüyünüz kimi, bütün qol imkanlarını əks-hücumlardan yaradırdılar. Başımız ikinci qolu vurmağa qarışmışdı deyə, müdafiədə boşluqlara yol verirdik. “Yagelloniya“ layiqli rəqibdi. İnşallah, bir həftədən sonra qələbə qazanarıq. Taktiki baxımdan düzgün oyun seçmişdik. Sadəcə, böyük qüvvə ilə irəli atılırdıq və geri qayıtmaqda çətinlik çəkirdik. Belədə rəqib qol fürsəti yaxalayırdı. Açığı, ilk hissədəkı çıxışımızdan razı qalmadıq. Qapımızda gözlənilməz qol görəndən sonra sanki toparlana bilmədik. Yaxşı ki, fasilədə özümüzə gəlib ikinci yarıda rəqibi “sıxdıq”. Şanslar bərabərdi. Birillik fasilədən sonra yenidən avrokubok matçına çıxdım. Əvvəlki hisslər, həyəcan qayıtmışdı. İki il əvvəlki oyunları xatırlayırdım. Öz çıxışımı normal qiymətləndirərdim. Hakim ikinci hissədə bizi çox “sıxdı”. Sanki “Yagelloniya” meydan sahibi, biz isə qonaq idik. Bir az da narazılıq edəndə, əlini vərəqəyə atırdı. Mən də kapitan kimi narazılığımı bildirirdim. Fikrimcə, rəqibin qapısına penalti təyin edilməliydi”.
Filip Ozobiç: “Gördüyunüz kimi, maraqlı oyun alındı. Hər iki komandanın bir neçə dəfə fərqlənmək imkanları oldu. 1:1-ə baxmayaraq, hər şey cavab matçında həll olunacaq. Keçilməz rəqib deyil. Sadəcə, az səhvə yol verməliyik. Yeni futbolçulara bir az vaxt lazımdı. Oyundan-oyuna daha da “artıracaqlar”. Şanslar bərabərdi, Polşada keçiriləcək qarşılaşmada daha az səhv edən qalib gələcək. İndidən nəsə demək çətindi. Həm bizə, həm də onlara çətin olacaq. Hakimlik haqda danışmaq istəmirəm. Oyun başa çatdı, növbəti qarşılaşmaya hazırlaşmalıyıq”.
Taras Romançuk: “Oyundan əvvəl bizə 1:1 hesabını təklif etsəydilər, ikiəlli razılaşardıq. Səfər görüşü üçün əla nəticədi. Fikrimcə, qarşılaşmanın ədalətli nəticəsi elə heç-heçə idi. Hər iki komandanın qol vurmaq üçün əla imkanları oldu. Bizim şanslarımız daha yaxşı idi. İki dəfə 100 faizlik imkanları boşa verdik. Qələbə olmasa da, qollu heç-heçə də pis deyil. “Qəbələ”ni təhlil etmişdik və nə dərəcdə layiqli rəqib olduğunu bilirdik. Taktiki-texniki cəhətdən hazır komandadı, futbolçuları təkbətək mübarizələrdə xoş təsir bağışlayır. Kapitanı (Cavid Hüseynov), Ozobiçi, Bezotosnını qeyd edərdim. Bezotosnı bu gün möhtəşəm idi. İki qurtarışla komandasına heç-heçəni hədiyyə etdi. Bəzi futbolçularımız havanın ağır olmasından gileylənirdi. Bürkü hiss olunurdu. Amma oyun başlayan kimi bunu unutduq. Hər kəs meydanda can qoydu. Əsas odu, rəqibin adından, təcrübəsindən çəkinmədik. Üstəlik, bizdə oturuşmuş heyət var. Məncə, həlledici amil də bu idi. Şanslar 50-nin 50-yədi. Eyni səviyyəli iki komandadı. Polşada hər iki tərəf qələbəyə sevinə bilər”.
Killian Şeridan: “Hansı rəqibə qarşı oynayacağımızı bilirdik. “Qəbələ“ səviyyəli futbolçulardan qurulmuş güclü komandadı. Nəyə qadir olduqlarını ikinci hissədə bizi topsuz qoymaqla göstərdilər. Erkən qol olmasaydı, hər şey başqa cür də ola bilərdi. Sadəcə, həmin qol bizə ruh yüksəkliyi verdi, rəqibi isə tələsməyə məcbur etdi. 1:1 səfərdə yaxşı nəticədi. Amma qələbə qazanmağa çox yaxın idik. Qol fürsətlərini inanılmaz şəkildə boşa verdik. Qarşılaşma azarkeşlər üçün olduqca maraqlı alındı. Bir dəqiqə ərzində iki qol vəziyyəti yaranırdısa, deməli, tamaşaçılar bundan zövq ala bilib. Stadiondakı ab-havanı bəyəndim. “Qəbələ”nin iki ucaboy mərkəz müdafiəçisi ilə aramızda amansız mübarizə gedirdi (gülür). Onlar məni gözdən kənarda qoymaq istəmir, mən isə hər imkanda diqqətlərindən yayınmağa çalışırdım. Belə oyunları sevirəm. Cavab matçından öncə şanslar 50-nin 50-yədi. Bizi favorit görənlərlə razılaşa bilmərəm. Bu rəqibdən hər şey gözləmək olar. Mərhələ adlamaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ayaq üstdə durmağa çətinlik çəkirəm. Çox yorğunam”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 11:28 “Bülənt Korkmaz elə bilirdi ki, Azərbaycanda heç kimin futboldan anlayışı yoxdu” Dünən, 11:23 Nurlan Novruzov Moldovanı Estoniyaya dəyişdi Dünən, 11:22 AFFA oyunlarda çəkiliş aparanlara “barmaq silkələdi” Dünən, 11:20 “Doğma Bakıda futbolun incəliklərini öyrəndim” Dünən, 11:12 Aqil Nəbiyev beş aydı məşğul olduğu işi davam etdirəcək Dünən, 11:09 Tovuzlular sevindi, gəncəlilər üzüldü Dünən, 11:07 İsmayıllı futbolçuları Qəbələdən kubok apardı 21-02-2020, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar 21-02-2020, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” 21-02-2020, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... 21-02-2020, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir 21-02-2020, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu 21-02-2020, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi 21-02-2020, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! 21-02-2020, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı Bütün xəbərlər
Ən çox oxunanlar