12 iy 16:15olke

“Astra”nın problemləri saymaqla qurtarmır

“Astra”nın problemləri saymaqla qurtarmır
Rumıniyada yaşayanlar “Zirə”nin “gözünü açdı”

Avroliqanın 2-ci təsnifat mərhələsində “Zirə” Rumıniya təmsilçisi “Astra” ilə qarşılaşacaq. Hələ “Differdanj”la oyunlardan öncə rəqibin Curcu təmsilçisi olduğunu eşidib-bilənlərin çoxu ağlaşma qurub, başını tuturdu ki, “Astra” keçilməz rəqibdi, vay təmsilçimizin halına. Lakin zaman keçdikcə, daha doğrusu, “Differdanj” səddi aşılandan sonra bir çox suallara aydınlıq gəldi. Məlum oldu ki, Rumıniya klubunun indiki durumu acınacaqlıdı. Baş məşqçi və aparıcı futbolçular komandanı tərk edib, onların əvəzinə yenilər cəlb olunub. Bu isə “Astra”nın yenidən qurulması deməkdi. Yəni bunlar ümumi gördüklərimizdi. Rəqib haqda daha dolğun məlumatları isə Rumıniyada yaşayan şəxslərdən almaq mümkündü. Hansı ki, “Astra”da yaşananlardan xəbərdardılar, baş verən prosesləri bilirlər. Odu ki, bir neçəsi ilə əlaqə saxladıq.
Adrian Pits, “Xəzər Lənkəran”ın sabiq futbolçusu: “Astra”da çıxış etməsəm də, bir neçə dəfə bu komandaya qarşı oynamışam. Etiraf edim ki, zəngin tarixə malik klubdu, neçə-neçə tanınmış futbolçular yetişdirib, ya da heyətində çıxış edib. Demək olar, hər il rəqibləri özləriylə ayaqlaşmaya məcbur ediblər. Bundan öncəki mövsümdə çempion olmuş komandadı, 3-4 il əvvəl ölkə kubokunu qazanmışdılar. Lakin bu gün həmin heyətdən əsər-əlamət yoxdu. Müxtəlif vaxtlarda “Astra”nı çalışdırmış Marius Şumuditsa “Kayserispor”a yollandı. Onun gedişindən sonra bir neçə aparıcı oyunçu da komandanı tərk etdi. Adları sadalamaqla qurtarmaz. Məsələn, maliyyə imkanları yüksək olan “Styaua” Rumıniya yığmasına cəlb olunmuş Konstantin Budesku ilə son mövsümdə “Astra”nın “ürəyi” olmuş Felipe Teyşeyranı heyətinə qatdı. Hazırda yığmaya cəlb olunan Kristian Sapunaru ilə Silviu Lunq isə Şumuditsanın yanına – “Kayserispor”a yollandı. Gedənlərin sayı çoxdu, adını çəkdiklərim ən üzdə olanlardı. Deməyim odu ki, futbolçuların adları baxımından komanda zəiflədi. İndi bir neçəsini gətiriblər, aralarında vaxtilə “Liverpul“da oynamış hücumçu (Antoni Le Tallek – H.) da var. İndiki baş məşqçi İordanesku cavan olsa da, bacarıqlıdı. Qısa müddətdə istədiyi komandanı formalaşdırmalıdı. Amma bu, 15-20 günün işi deyil. Ona görə də “Zirə”ylə oyunlarda xətlərarası əlaqə və anlaşma baxımından çətinlik çəkəcəklərini düşünürəm. Mən sizə gördüklərim və bildiklərim haqda ümumi məlumat verdim. Bu o demək deyil ki, “Astra”nı aşağılayıram, yaxud “Zirə”nin mərhələ adlayacağına əminəm. Necə olacağını sizin kimi, mən də səbirsizliklə gözləyirəm”.
Abbas Zahidi, Rumıniyada yaşayan həmyerlimiz: “Astra”nın bugünkü durumu olduqca acınacaqlıdı. Təsəvvür edin, aşağı dəstədən elitaya iki komanda yüksəlib və hər iki komandanın maliyyə durumu “Astra”dakından qat-qat yaxşıdı. Vaxtilə çempion olan, Avroliqanın qrup mərhələsində çıxış edib, 1/32 finala yüksələn heyətin 70-80 faizi dağıldı. Həmin uğurlara imza atan əsas oyunçulardan 4-5 nəfər qalıb. Teyşeyra “Astra”nın yarısı idi. “Qarabağ”da Riçard Almeyda kimi. Məsələn, Sapunaru onlar üçün həddən artıq vacib fiqur idi. Müdafiənin dirəyi sayılırdı. “Qarabağ”da və millidəki Rəşad Sadıqov kimi. Qapıçıları hazırda Rumıniya yığmasına cəlb olunur və uzun illər idi “Astra”nın formasını geyirdi. O da yaxşı maliyyə təklifinə görə “Kayserispor”a getdi. Gedənlərin əvəzinə 4-5 nəfər cəlb ediblər. Ən çox da Le Tallekin adı qeyd olunur. Nə qədər güclü futbolçular olsalar belə, komandaya uyğunlaşmayıblar. Baş məşqçi də yenidi, futbolçuların əksəri də. Bu dəqiqə “Astra”nın ən böyük problemi komandanın yenidən qurulmasıdı. Yoldaşlıq oyunlarındakı nəticələri də qənaətbəxş deyil. Güclü rəqiblərə “diş göstərə” bilmirlər. Baş məşqçiləri hansısa sınaq matçından sonra açıqlamasında qeyd etmişdi ki, belə getsə, elitada qalmaq uğrunda mübarizə aparacağıq. Ümidsiz olduğu göz qabağındadı. Bu sözləri deməklə sabah üçün özünü “sığortalayır”. İstər-istəməz çətinliklərin fərqindədi. Daxildəki ab-hava da ürəkaçan deyil. Bukmeker kontorları ilə sövdələşmə məsələsi xeyli vaxtdı müzakirə olunur, futbol ictimaiyyəti “Astra”dan şübhələnir. Bu da istər-istəməz kollektivə təsir edir. Borcları çoxdu, yeni futbolçulara da lazım olan pulu verə bilmirlər. “Astra” vaxtilə Araz Abdullayevi heyətinə qatmaq istəyirdi. Lakin borc səbəbindən istəklərinə çata bilmədilər. UEFA icazə verməmişdi... Bunlar “Astra”nın hər kəs tərəfindən görünən tərəfidi. Yəni çətinlikləri həddən artıq çoxdu. “Qarabağ”, yaxud “Qəbələ” kimi təmsilçilərimizlə qarşılaşsaydılar, asanlıqla bizimkilərin mərhələ adlayacağını iddia etmək olardı. Amma “Zirə” məsələsində tərəddüd edirəm. “Astra” güclü deyil, amma “Zirə”ni də lazımi səviyyədə görmürəm. “Differdanj”la matçlarda müdafiə xəttindəki səhvlərin sayı-hesabı yox idi. Sadəcə, rəqib Lüksemburq təmsilçisiydi deyə, qol vəziyyətlərini boşa vermək normal görünürdü. O cür səhvləri “Astra” ilə oyunlarda buraxsalar, rumınlar bağışlamayacaq. Hər nə qədər yenilənmiş heyət olsa da, qol imkanlarını boşa verəcək dərəcədə zəif deyillər. Fərdi ustalıq qabiliyyəti yüksək olan oyunçulara sahibdilər. “Zirə” üstünlüklərindən istifadə etməlidi. Birincisi, Avroliqada oyun təcrübəsinə sahibdilər. Yəni iki çətin matçdan sonra baş məşqçi problemləri görüb, yetirmələrinin diqqətinə çatdırıb. “Astra” isə ancaq yoldaşlıq görüşləri ilə kifayətlənib. Digər məqam rumınların “Zirə”yə yuxarıdan aşağı baxmasıdı. Onlar elə düşünür ki, indiki vəziyyətdə də bizimkiləri asanlıqla məğlub edəcəklər. “Zirə”yə uğurlar arzulamaqdan başqa çarəmiz yoxdu... “Astra” bizim “İnter” kimidi. “Sürünə-sürünə”, “ağlaya-ağlaya” irəli gedirlər. İndiki planları da budu”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar