12 iy 15:51olke

Aqil Məmmədov aydınlıq gətirdi

Aqil Məmmədov aydınlıq gətirdi
“Bəlkə də baş məşqçi postuna namizədlər arasında mənim də adım var”

Son günlər mətbuatda “Mil-Muğan”ın baş məşqçisi Aqil Məmmədovun yeni klubun “sükanı arxasına” keçəcəyi ilə bağlı xəbərlər yayılıb. Yazılanlara inansaq, vaxtilə elitada “Sumqayıt”ı çalışdıran Aqil bəy bu yay İmişli təmsilçisini birinci divizionda çıxış edəcəyi söylənilən Göyçay klubuna dəyişəcək. Qeyd edək ki, kuluarlarda gəzən söz-söhbətə görə, birinci dəstədə debüt edəcək komandanı “Azqranat” şirkəti maliyyələşdirəcək.
Məsələyə aydınlıq gətirmək üçün Məmmədovla əlaqə saxladıq. 45 yaşlı mütəxəssis məsələyə belə reaksiya verdi: “Açığı, bu xəbərin hardan ortaya çıxdığı mənim üçün də maraqlıdı. Mən də sizin kimi yeni yaranacaq komandanın baş məşqçisi olacağımı mətbuatdan oxumuşam. Mövsümlərarası fasilədə bu məsələ ilə bağlı heç kimlə nə görüşüm olub, nə də mənə belə təklif gəlib. Ola bilsin, növbəti mövsümdən birinci dəstədə mübarizəyə qoşulacağı söylənilən komandanın rəhbərliyi bu yöndə hansısa işlər görür, futbolçu və məşqçi axtarışındadı. Bəlkə də baş məşqçi postuna namizədlər arasında mənim də adım var. Bunu normal qarşılamaq lazımdı. Ancaq bu o demək deyil ki, artıq mən “Mil-Muğan”dan ayrılmışam. Məncə, ortada konkret heç nə olmadığından yayılan xəbərlərə münasibət bildirməyim də düzgün deyil”.
Aqil bəylə söhbətdə hazırda “sükanı arxasında” olduğu İmişli təmsilçisinin durumuna da toxunduq: “Ötən mövsüm komanda gec toplandığından çempionatın əvvəlində xeyli xal itkisinə yol verdik. İlk dövrənin əvvəlini boşa verməsəydik, bəlkə də mövsümü ilk “üçlük”də başa vura bilərdik. Birinci dövrənin ortalarından artıq komanda oyununu tapdı və xal ehtiyatımızı artırmağa başladıq. Çalışacağıq bu il eyni səhvi təkrarlamayaq. Məndə olan məlumata görə, birinci dəstədə çempionat sentyabrın ortalarında başlayacaq. Bu üzdən hazırlığa bir qədər gec start verəcəyik. Böyük ehtimalla, avqustun ilk ongünlüyündə komanda bir araya gələcək. Ötən mövsümlə müqayisədə heyətdə müəyyən itkilərimiz var. Raul Yaqubzadə ilə Elxan Əhmədli elitanın debütantı “Səbail”lə anlaşıb. Bəziləri ilə isə özümüz yolları ayırmağa qərar verdik. Hazırda yaranan boşluqları aradan qaldırmaq, heyəti gücləndirmək üçün işlər görürük. Danışıq apardığımız oyunçular var. Təklif etdiyimiz şərtlərlə razılaşsalar, onlarla müqavilə bağlayacağıq. Büdcə məsələsinə gəlincə, hələ bununla bağlı klub rəhbərliyi ilə söhbətimiz olmayıb. Ümid edirəm ki, maliyyə problemiylə üzləşməyəcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar