11 iy 00:15olke

Futzalçılar püşkü dəyərləndirdi

Futzalçılar püşkü dəyərləndirdi
Xətai Bağırov: “İnanıram ki, “Araz” sensasiyaya imkan vermədən elit mərhələyə, ordan da “dördlər finalı”na adlayacaq”

Futzal üzrə UEFA kubokunun əsas mərhələsindəki rəqiblərini ötən həftə tanıyan “Araz” qitə turnirinin hazırlığına gələn həftədən başlayacaq. Joze Alesio da Silva bu həftəsonu, konkret iyulun 16-da Bakıya gələcək. 2014-cü ildə ölkəmizdən ayrılaraq Qazaxıstana üz tutan, ancaq Futzal Federasiyasının israrıyla geri qayıtmağa razılıq verən braziliyalı mütəxəssisin ilk sınağı məhz ÇL statuslu turnirdə olacaq.
Əslində “Araz” hələlik əsas mərhələdəki rəqiblərindən birini tanıyır. Bu, Rumıniya “Deva”sıdı. B yolunda və 8-ci qrupda mübarizə aparacaq Naxçıvan təmsilçisinin digər iki rəqibi birinci təsnifat mərhələsindən sonra bəlli olacaq. E və F qruplarının qalibləri təmsilçimizin rəqibi olacaq. Qeyd edək ki, E qrupunda “Flamurtari” (Albaniya), “Mostar” (Bosniya və Hersoqovina), “Arnavutköy Bələdiyyəspor” (Türkiyə) və “Narva Yunayted” (Estoniya), F qrupunda isə “Anortosis” (Cənubi Kipr), “Klassik” (Moldova), “Leo” (Ermənistan), “Reksem” (Uels) komandaları qüvvəsini sınayacaq. Ermənistan klubu F qrupunu qalib kimi başa vursa, o zaman B yolunda 5-ci qrupda mübarizə aparacaq, həmin qrupa yüksələcək komandalardan biri də "Araz"a rəqib olacaq. Təsnifat mərhələsinin oyunları avqustun 22-27-si aralığında, əsas raundun görüşləri isə oktyabrın 10-15-də keçiriləcək. “Araz”ın yer aldığı qrupun oyunları Rumıniyada keçiriləcək. Bu, “Deva” üçün üstünlükdü. Rumıniya təmsilçisi UEFA reytinqində 22-ci yerdədi və reytinqi 4,834-ə bərabərdi. Halbuki təmsilçimiz 56 komandanın yer aldığı sıralamada 14-cüdü. “Araz”ın reytinq xalı isə 13.001-di. Bu da əsas rəqibinin meydanında oynamasına baxmayaraq, naxçıvanlıların şəxsiz favorit statusuna xələl gətirmir.
“Araz”ın üzvləri də bu fikirdədi. Xətai Bağırov elit mərhələyə yüksələcəklərinə əmindi: “Püşkün nəticəsindən xəbərim var. Bilirəm ki, rəqibin biri Rumınya klubudu. Bu ölkənin futzalı inkişaf edib. Yəni onlara zəif rəqib gözüylə baxa bilmərik. Buna baxmayaraq, biz ötənilki kimi qrupu 1-ci yerdə başa vuracağıq. Rəqibin kim olmasından asılı olmayaraq, biz öz işimizi necə lazımdı görəcəyik. Reqlamentdəki dəyişikliklər haqda isə geniş məlumatım yoxdu. Yeni qaydalar, “A yolu, B yolu” söhbəti var. Bəzi qruplardan 3, bizimkindən 1 komanda çıxacaq elit mərhələyə. Halbuki keçən il 2 komanda çıxırdı. Biri birbaşa, digəri pley-off oynadıqdan sonra. İnanıram ki, “Araz” sensasiyaya imkan vermədən elit mərhələyə, ordan da “dördlər finalı”na adlayacaq”.
“Araz”ın daha bir gənc üzvü İsa Atayev isə Alesionun təcrübəsinə arxayındı: “Püşk haqda indidən fikir bildirmək tezdi. Çünki cəmi 1 komandanın adı bəllidi. Qalan ikisi təsnifat mərhələsindən gələcək. Amma doğrudu, birinci mərhələdən gələnlər zəif olur. Əsas rəqib, çox güman, elə Rumıniya təmsilçisi olacaq. Əslində son illər Avropa arenasında bu ölkənin digər təmsilçisi “Tırqu Mureş” olub və bu komanda daha çox tanınır. Fərq etməz, onları və və o biriləri yenib qrupu qalib kimi başa vurmalıyıq. Alesionun “Araz”a və yığmamıza dönüşü işimizə yarayacaq. Çünki o, ÇL-də qələbə qazanmağın yolunu mükəmməl bilir. Miltinyo və Biro Jadenin Avropanın klub turnirində təcrübəsi yox idi. Alesio isə final görmüş, “Araz”la bürünc mükafat qazanmış mütəxəssisdi. Hazırlığa tam heyətlə hardasa ayın 20-dən başlayacağıq. Alesio 16-da gələcək, o biri braziliyalılar isə 17-si və 18-də dönməlidi. Çox güman, ilk mərhələdə fiziki hazırlığımızı qaydaya salacağıq. Istənilən halda, qarşıda 3 ay vaxtımız var və yaxşı hazırlaşa bilərik”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu Dünən, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi Dünən, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu Dünən, 17:32 “Futbol+”in işi klubların gözündə Dünən, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir Dünən, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı Dünən, 17:27 Cərimələr 20 mini ötdü Dünən, 17:26 Tərlan Əhmədovdan örnək addım Dünən, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu Dünən, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi Dünən, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi Dünən, 17:16 İlk qol, ilk xal, bəs sonra… Dünən, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! Dünən, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir Dünən, 17:09 Prosineçki yenə ləngidi Dünən, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq Dünən, 17:05 Futzalçılar Alesioda günah görmür Dünən, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur Dünən, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama Dünən, 16:58 Reaksiyalar Dünən, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı Bütün xəbərlər
Ən çox oxunanlar