10 iy 22:48olke

“Qəbələ” “Utrext”ə qalib gəldi

“Qəbələ” “Utrext”ə qalib gəldi
UEFA-ya 22 futbolçunun adı göndərildi

Beləliklə, dünən “Qəbələ” də ölkə xaricində təlim-məşq toplanışını başa vuraraq vətənə qayıtdı. Avstriyanın Zaltsburq şəhərindəki hazırlıq prosesini yekunlaşdıran “qırmızı-qaralar” axşam saatlarında Bakıya çatıb. Bölgə təmsilçisi ölkəyə yüksək əhval-ruhiyyədə qayıdıb. Buna səbəb komandanın son yoxlama oyununda qalib gəlməsidi.

Qələbə ilə yekun
Şənbə günü “Qəbələ” Hollandiya çempionatını 4-cü pillədə başa vurmuş “Utrext”lə münasibətləri aydınlaşdırıb. Roman Qriqorçuk bu futbolçulara şans verib: Dmitri Bezotosnı (Aqil Məmmədov, 68), Voislav Stankoviç (Vitali Vernidub, 46), Rasim Ramaldanov, Ürfan Abbasov, Elvin Məmmədov, Qismət Əliyev (İlqar Qurbanov, 58), Cavid Hüseynov (Araz Abdullayev, 46), Filip Ozobiç (Asif Məmmədov, 46), Xavi Ernandes (Farid Nəbiyev, 68), Endi Hallidey (Elvin Camalov, 46), Famussa Kone.
“Utrext”in baş məşqçisi Erik Ten Haq isə aşağıdakı oyunçuları meydana buraxıb: David Yensen, Sin Klayber (Nik Lim, 83), Mark van der Maarel, Edson Braafhayd (Odi Velanas, 72), Robin van der Meer (Ceff Hardeveld, 39), Uilyem Yanssen (Martin Peynenburq, 87), Sander van de Streek (Rik van der Meer, 76), Yasin Əyyub (Silla Sou, 79), Zəkəriyə Labyad (Urbi Emanuelson, 61), Simon Makienok (Nik Venema, 79), Girano Kerk (Mitçel van Rooyen, 61).
100-ə yaxın tamaşaçının izlədiyi görüş “Qəbələ”nin üstünlüyü şəraitində keçib. İlk hissədə qarşılıqlı hücumlar olsa da, hesab açılmayıb. Qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Kone vurub. Maraqlıdı ki, “Utrext”in rəsmi saytında “Qəbələ”nin 66-cı dəqiqədə Ernandesin qoluyla hesabı açdığı qeyd olunub. Əslində isə malili hücumçu “qırmızı-qaralar”a qələbə gətirən qolun müəllifi olub. Ancaq Xavinin bu matçda ən yaxşılar sırasında olduğunu qeyd etməliyik. “Utrext”in heyətində Makienokun, “Qəbələ”də isə Ozobiç və Ramaldanovun sarı vərəqə ilə cəzalandırıldığını da nəzərinizə çatdıraq.
Bu, Qriqorçukun komandasının Avstriyada keçdiyi 2 təlim-məşq toplanışında (Tirol və Zaltsburq) əldə etdiyi 3-cü qələbə olub. “Qəbələ” daha öncə yerli “Fulpmes” (8:0) və “Qrödiq”i (7:0) darmadağın etmişdi. Ancaq “qırmızı-qaralar” Rusiya “Axmat”ına (0:1), Avstriya “Admira Vakker”inə (0:1), Ukrayna “Dinamo”suna (1:2), Bolqarıstan ÇSKA-sına (0:2) və “Ludoqorets”inə (0:2) uduzub.
“Utrext”in baş məşqçisi matçdan sonra bunları deyib: “Oyundan əvvəl cütün favoriti biz sayılırdıq. Ancaq inanılmaz bir qol buraxdıq və məğlub olduq. Bizim kimi Avroliqanın 2-ci təsnifat mərhələsində oynayacaq komanda ilə qarşılaşdıq. Rəqib hazırlığa bizdən daha əvvəl başlamışdı. Havanın temperaturunun 28 dərəcə və olduqca nəmli olmasına baxmayaraq, matçın çox hissəsində biz daha yaxşı təsir bağışladıq”.

İştirak ərizəsi UEFA-ya təqdim olundu
Gözlənildiyi kimi, şənbə günü “Qəbələ”nin Avroliqada hansı futbolçulardan yararlanacağı məlum olub. UEFA-ya göndərilən A vərəqində 22 futbolçunun adı yer alıb: qapıçılar - 22. Dmitri Bezotosnı, 23. Aqil Məmmədov; müdafiəçilər - 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 21. Deyv Bultuis, 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov; yarımmüdafiəçilər - 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 7. Araz Abdullayev, 11. Asif Məmmədov, 12. Endi Hallidey, 14. Cavid Hüseynov, 16. Dion Malone, 19. Filip Ozobiç, 20. Xavi Ernandes, 88. Tellur Mütəllimov; hücumçular - 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 28. Stefan Jozef-Monroz, 45. Famussa Kone.

Bultuis “Qəbələ”ni pula görə seçib
Bu arada “Qəbələ”nin yeni transferi Deyv Bultuis ölkəsinin mətbuatına açıqlama verib. Hollandiyalı müdafiəçi “qırmızı-qaralar”ı maddiyata görə seçdiyini etiraf edib: “Qəbələ”ni seçməyimin əsas səbəbi yeni macəralar axtarmaq istəyidi. Almaniyada çox yaxşı vaxt keçirdim. 3 il ərzində coşğulu azarkeşlər qarşısında oynamaq əla duyğudu. Fiziki və zehni baxımından çox şey qazandığımı deyə bilərəm. Ancaq karyeramın elə bir nöqtəsindəyəm ki, maddi olaraq gələcəyimi düşünməyə məcburam. Bu məqamın da “Qəbələ”ni seçməyimdə rolu böyükdü. Həm vətənimdən, həm də başqa ölkələrdən təkliflər almışdım. Çox düşündükdən sonra “Qəbələ”ni seçdim. Açığını deyim ki, bu seçimdə maddi şərtlərin cazibədar olması da əsas səbəblərdən biridi”.

İkinci oyunun vaxtı bəllidi
Bildiyiniz kimi, “Qəbələ” Avroliqanın 2-ci təsnifat mərhələsində Batumi “Dinamo”sunu mübarizədən kənarlaşdıran “Yagelloniya” ilə münasibətləri aydınlaşdıracaq. Polşa klubuyla “Bakcell Arena”da keçiriləcək ilk oyunun başlama vaxtını diqqətinizə çatdırmışdıq. Xatırladaq ki, iyulun 13-də keçiriləcək görüş 21.00-da başlayacaq. Artıq cavab qarşılaşmasının da nə vaxt start götürəcəyi bəllidi. İyulun 20-də Belostok şəhərində oynanılacaq görüş Bakı vaxtı ilə saat 22.30-da başlayacaq.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar