11 iy 01:38olke

“Sumqayıt” mövsümlərarası fasilədə ilk qələbəsini qazandı

“Sumqayıt” mövsümlərarası fasilədə ilk qələbəsini qazandı
Samir Əliyev: “Səbail” hələ komanda kimi formalaşmayıb”

Təlim-məşq toplanışının ikinci mərhələsini Türkiyədə davam etdirəcək “Səbail” bu gün səhər saatlarında Bakını tərk edərək qardaş ölkəyə yollanıb. Səfər ərəfəsində isə Samir Əliyevin rəhbərlik etdiyi komanda şənbə günü daha bir yoxlama oyununa çıxdı. “Şirlər”in rəqibi bir həftə öncə olduğu kimi, yenə “Sumqayıt” idi. İyulun 2-də Sumqayıtdakı “Kapital Bank Arena”da üz-üzə gələn rəqiblər şənbə günü Bakı Olimpiya Stadionunun stadionunun yardımçı meydanında qarşılaşdılar. Yeri gəlmişkəın onu da qeyd edək ki, “gənclər şəhəri”nin təmsilçisinin baş məşqçisi Samir Abasov PRO kateqoriyası kursları çərçivəsində Gürcüstanda olduğundan “ağ-göylər”i oyuna köməkçisi Seymur Rəhimov çıxarmışdı. Qarşılaşmanı izləyənlər arasında U-21-in baş məşqçisi Yaşar Vahabzadə, əsas millinin qapıçılarla işləyən məşqçisi Faiq Əzizov da var idi. Onlardan başqa hər iki klubun rəhbərliyi də 90 dəqiqəni izləyənlər arasında idi.
Qarşılaşmaya gəlincə, ilk hissə sumqayıtlıların üstünlüyü şəraitində keçdi. “Ağ-göylər” bütün göstəricilərdə elitanın debütantını üstələyirdi. Bu da başadüşüləndi. Nominal qonaqlardan fərqli, Samir bəy hələ ki heyəti formalaşdırmaqda çətinlik çəkir. Baxışdan keçmək, baş məşqçinin etimadını qazanmaq üçün “şirlər”in düşərgəsinə qoşulan oyunçular bir-birini anlamaqda çətinlik çəkir, topla necə davranacaqlarını, hücumu necə quracaqlarını bilmirdilər. Sumqayıtlılar isə əksinə, çox asanlıqla müdafiədən hücuma çıxır, rəqibi daim təzyiq altında saxlayırdılar. “Kimyaçılar”ın yarımmüdafiə xətti xüsusilə seçilirdi. Cinahlarda Cavid İmamverdiyevlə Cavid Tağıyev, mərkəzdə isə Rəşad Eyubov – Vüqar Bəybalayev tandemi meydanın mərkəzini ələ keçirərək rəqib komandanı irəli atılmasına imkan vermirdi. Oyunda vurulan yeganə qol da məhz orta xətdə yer alan futbolçuların adına yazıldı. 26-cı dəqiqədə mərkəzdə toru ələ keçirən Eyubov bir ötürmə ilə İmamverdiyevi Emil Balayevlə duellə yolladı. Çıxışda bir qədər ləngiyən qolkiper Cavidin fərqlənməsinə mane ola bilmədi. “Neftçi”nin sabiq oyunçusu “paraşüt” zərbə ilə “mərmi”ni tora qovuşdurdu. 6 dəqiqə sonra, demək olar ki, oxşar hücumdan sonra “Sumqayıt” ikinci dəfə “şirlər”i meydanın mərkəzinə dəvət etməyə yaxın oldu. Lakin Kamal Mirzəyev qapıçını da keçib “çərçivə”ni nişan alsa da, zərbəsi qeyri-dəqiq oldu. Daha dəqiq desək, top dirəyə dəyərək meydanı tərk etdi.
Fasilədən sonra isə hər iki məşqçi çoxsaylı əvəzetmələrə əl atdı ki, bu da oyunda tempin aşağı düşməsinə səbəb oldu. Çox darıxdırıcı məcrada keçən ikinci yarıda sumqayıtlıların oyundankənar vəziyyətdən vurduğu qolu nəzərə almasaq, mübarizə əsasən meydanın mərkəzində yaşandı.
Bu hər iki komandanın Türkiyə toplanışı ərəfəsində vətəndə keçirdiyi sonuncu sınaq matçı idi. Rəqiblər arasında baş tutan iki qarşılaşmada gördüklərimizə əsasən onu deyə bilərik ki, avqustda start götürəcək çempionatda “Səbail” il üçün çətin olacaq. Heyətə yeni, daha səviyyəli oyunçular dəvət olunmalıdı. Əks halda Samir bəyin komandası bütün oyunlarda meydanı başıaşağı tərk etməyə məhkumdu. “Sumqayıt” isə 2017/18 mövsümündə sürpriz etmək iqtidarındadı. Hər hansı “fors-major” hal yaşanmasa – baş məşqçi ilə futbolçuların münasibətləri korlanmasa, aparıcı futbolçular ağır zədələrlə üzləşməsə - “ağ-göylər” istənilən rəqibə başağrı olmağı bacaracaq.
Bakı Olimpiya Stadionun ehtiyat meydançasında baş tutan matçdan sonra hər iki komandanın məşqçilərinə yaxınlaşıb oyunla bağlı fikirlərini öyrəndik. Samir Əliyev bunları söylədi: “Komandamın oyununu necə dəyərləndirirəm? “Səbail” hələ komanda kimi formalaşmayıb. Bu yöndə çalışırıq. Odu ki, oyun planında rəqibdən geri qaldığımızı sizin kimi mən də gördüm. Uduzmağımız mənim üçüb sürpriz olmadı. Bu gün də bəzi futbolçulara özünü göstərmək üçün imkan yaratdıq. Artıq düşərgədə kimlərin qalacağı, kimlərin gedəcəyi məlumdu. Türkiyə toplanışında kollektivə legionerlər qoşulacaq. Axsayan mövqeləri onların sayəsində gücləndirmək istəyirik. Kartəpədə keçirəcəyimiz hazırlıq dönəmində çatışmazlıqlarımız üzərində işləyib, boşluqları aradan qaldırmağa çalışacağıq. Artıq yoldaşlıq oyunlarında qarşılaşacağımız rəqiblər də məlumdu. Onlarla keçirəcəyimiz sınaq matçları da bizə bu məsələdə faydalı olacaq”.
Samir Abasovun yoxluğunda komandanı meydana çıxaran Seymur Rəhimov isə həm nəticədən, həm də futbolçuların çıxışından razı qaldığını bildirdi: “ Bu gün səhər məşqimiz dəniz kənarında, qumda oldu. Qumda məşq etmək isə, bildiyiniz kimi, ağırdı. Ayaqlar dolur, futbolçu fiziki yüklənir. Buna baxmayaraq, komanda belə yükləmənin fonunda meydanda heç də pis təsir bağışlamadı. İlk yarıda meydana buraxdığımız “11-lik”, demək olar ki, əsas heyətdən formalaşmışdı. Onlar isə rəqibdən üstün oyun sərgilədilər. Fasilədən sonra ehtiyat qüvvəni də sımağı lazım bildik. Bilirik ki, qarşıdakı mövsümdə “Sumqayıt”dan gözləntilər böyükdü. Çalışacağıq əvvəlki illərdəki nəıticələrimizi yaxşılaşdıraq, azarkeşlərə zövq verəcək oyun sərgiləyək”.
Fasilədən sonra meydana çıxan Vüqar Nadirov çox çalışsa da, fərqlənə bilmədi. Təcrübəli forvard bizimlə söhbətdə yeni komandası ilə bağlı düşüncələrini bölüşdü: “Məncə, yoldaşlıq görüşlərində əsas nəticə yox, çatışmazlıqları üzə çıxarmaqdı. Bir həftə öncə “Sumqayıt”la heç-heçə etsək də, bu gün minimal hesabla məğlub olduq. “Səbail”, demək olar ki, sıfırdan qurulan komandadı. Belə deyək, Samir Əliyev hələ yeni tikiləcək binanın bünövrəsini qoyur. Türkiyə toplanışında düşərgəyə legionerlər də qoşulacaq. Onların gəlişi yəqin ki, təsirini göstərəcək. Onu da nəzərə alın ki, bu gün meydana çıxan futbolçuların, demək olar ki, 90 faizi heç vaxt bir yerdə oynamayıb. Bu üzdən meydanda bir-birimizi o qədər də yaxşı başa düşmürük. Xəttlərarası anlaşma çox zəifdi. İnşallah, hazırlığın ikinci mərhələsində bu problemləri aradan qaldracağıq. Kollektivdə yer alanların əksəriyyəti gənclərdi. Təcrübəli futbolçu kimi çalışacam həm oyunum, həm də davranışımla onlara örnək olum. Bununla yanaşı, özümü də düşünürəm. İstəyirəm ki, “Səbail”də sərgiləyəcəyim oyunla yığma məşqçilərinin də diqqətini cəlb edim. Yenidən milliyə qayıtmaq niyyətindəyəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq Bu gün, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi Bu gün, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? Bu gün, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” Bu gün, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü Bu gün, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə Bu gün, 11:34 Mövsümün ən məhsuldar həftəsi Bu gün, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” 4-02-2020, 12:25 “Ən azı həmin epizodda Beyli qabaqlamaqda çətinlik çəkmədim” 31-01-2020, 12:22 “Ağsu” divizionda çıxışını dayandırdı 31-01-2020, 12:20 Ölkə basketbolunda yeni səhifə - MBA Azərbaycana gəlir! 31-01-2020, 12:08 Şok: basketbol yığmamızın üzvü də danışılmış oyunlara görə tutulub! 31-01-2020, 10:56 “Sabah” Koçukla Rodrigesi transfer etdi 31-01-2020, 10:54 Bunun harası vacib oyundu ki? 31-01-2020, 10:51 Azad Rəhimov yeni federasiyaya xeyir-dua verdi 29-01-2020, 19:03 Tofiq Mikayılov Alesionun təklifini qəbul etməyib Bütün xəbərlər
Ən çox oxunanlar