07 iy 02:52olke

“Məzara qədər bu sevgi məndə yaşayacaq”

“Məzara qədər bu sevgi məndə yaşayacaq”
Tikintidə çalışan Kulikov “Şəmkir”li günlərini xatırladı

Yaşlı və orta nəslin nümayəndələri onu yaxşı xatırlayır. Badri Kvaratsxeliya ilə birgə “Şəmkir”in hücum xəttində yer alan bu forvard rəqiblər üçün qorxulu röyaya çevrilmişdi. 2000-ci il iyulun 19-da Ağasəlim Mircavadovun rəhbərlik etdiyi “qırmızı-ağlar” Badri ilə onun vurduğu qollar sayəsində Azərbaycan klubları arasında ilk dəfə Çempionlar Liqasında mərhələ adlamaqla tarix yazmağı bacarmışdı. Yəqin ki, söhbətin Viktor Kulikovdan getdiyini anladız. Karyerasını bitirəndən sonra gözdən itən, Bakıda yaşadığı söylənilsə də, heç vaxt stadionlarda görmədiyimiz veteran futbolçunu, nəhayət, bugünlərdə tapa bildim. Bu məsələdə mənə Mehman Yunusov yardımçı oldu. Sən demə, “Şəmkir”in sabiq kapitanı Ukraynada doğulub uzun illər Azərbaycanda yaşayan forvardla bu günə kimi əlaqəni üzməyib. Mehman bəydən əlaqə nömrəsini əldə edib birvaxtlar vurduğu qollarla futbolsevərləri sevincə qərq edən hücumçu ilə söhbətləşdim.
- Viktor, salam. Səni “Futbol+” qəzetindən narahat edirəm.
- Salam. Mən hardan yadınıza düşdüm? Artıq neçə illərdi top məndən, mən isə ondan uzaq düşmüşəm. Bəlkə də birvaxtlar Viktor Kulikov soyadlı futbolçunun olduğunu çoxları indi unudub.
- Məhz bu səbəbdən də səni aradıq. Haralardasan, nə işlə məşğulsan?
- Sağ və salamatam. İşləyirəm, çalışıram. Bir sözlə, hələ nəfəs alıram.
- Hansı sahədə çalışırsan?
- Nəsə tikirik, yaradırıq. Xeyirxah işlərlə məşğuluq (gülür). Qısası, tikinti sahəsindəyəm.
- Səninlə bir yerdə top qovan futbolçuların əksəriyyəti bu gün də futboldadı...
- İstəyirsiz, sualın davamını mən gətirim. Niyə Kulikov futbolda yox, başqa sahədədi? Düz tapdım?
- Elədi ki, var.
- Bilirsiz, futbol çox amansız bir idman növüdü. Bu gün səni güldürüb, həyatın ləzzətini dadmağa imkan yarada bilər, sabah isə vəzyyət 180 dəqəcə dəyişər. Mən bunun ağrı-acısını dadmışam. Həyatını tam bu sahəyə bağlamaq bir qədər risklidi. Bir ay işləyib, 11 ay işsiz qalmaq təhlükəsi daim səni narhat edir. Bu səbəbdən sabitlik olan sahəyə üz tutmağı lazım bildim. Hər halda, yeni işimdə təzyiq altında deyiləm və bu da mənim ürəyimcədi. Bildiyim qədər vaxtilə mənimlə bir yerdə oynamış futbolçuların bəziləri hazırda işsizdi.
- Ancaq müxtəlif klublarda çalışanlar da var.
- Onların sayı o qədər də çox deyil. Sizə başıma gələn bir hadisəni danışmaq istəyirəm. Belarusda oynadığım illərdə ayağımdam əməliyyat olunmuşdum. Həmin tibb mərkəzində müalicə alanların çoxu idmançılar idi. Əməliyyatdan sonra məni palataya köçürdülər. Orda isə əksriyyəti SSRİ idman ustası olan güləşçilər və samboçular idi. Aralarında dəfələrlə SSRİ çempionu olmuş yaşlısı ayağımdan əməliyyat olunduğumu görüncə belə dedi: “Ayaqların sənə indi çörək qazandırır. Vaxt keçəcək, artıq heç kimə lazım olmayanda əllərin sənin yardımına gələcək. Əsas əllərindən və başından muğayat ol”. Onun söylədiklərini indi də xatırlayıram və görürəm ki, kişi “qızıl xırdalayıb”. Futbol olmadan da yaşamağı bacarmaq lazımdı. Təki ruhdan düşməyib gələcəyə ümidlə baxasan.
- Sabiq komanda yoldaşlarından kimlərlə əlaqə saxlayırsan?
- Mehman Yunusov, Vladimir Kopeykin ilə ara-sıra görüşürük. Badri Kvaratsxeliya Azərbaycana gələndə məni axtarıb tapır. Bəlkə də çoxları bilmir ki, mən bu gün də Bakıda yaşayıram.
- Karyerana son qoyandan sonra Ukraynaya qayıtmadın. Vətənə dönməməyin nə ilə bağlıdı?
- Ukraynada doğulsam da, Azərbaycanı özümə vətən sayıram. Görün neçə ildi burdayam? Artıq bu ölkəyə, buranın insanlarına öyrəşmişəm. Birvaxtlar geri dönmək istəyirdim, ancaq sonradan fikrimdən daşındım. Bakıda hər şey ürəyimcədi.
- Azərbaycan çempionatını izləyirsən?
- Açığı, ölkə futbolu ilə heç maraqlanmıram. Arada avrokuboklarda çıxış edən komandaların oyunlarını televiziyada izləyirəm. Bir də vaxt tapanda yığma səviyyəsində baş tutan oyunlara baxıram.
- Premyer-liqa matçlarını izləməsən də, yəqin ki, nəticələrdən ən azı xəbərin olur.
- Səmimi deyirəm, futbola həvəsim qalmayıb. İldə-ayda bir dəfə İspaniya, Rusiya, İngiltərə çempionatlarından hansısa oyuna baxa bilərəm. Ancaq onu da sona qədər izləməyə səbrim çatmır. Yerli klublardan ancaq “Qarabağ” haqda müəyyən məlumatlar əldə etməyə çalışıram.
- Heç olmasa, bu gün “Qarabağ”ın baş məşqçinin kim olduğunu bilirsən?
- Dedim axı, arada “Qarabağ”la maraqlanıram. Qurbana əhsən. Yaxşı komanda yarada bilib. O futbolçu kimi də güclü idi. Onun gəlişi ilə ağdamlılar yeni tarix yazmağa başlayıblar. Uğurlu transferlər, məqsədyönlü iş gec-tez özünü göstərməliydi və göstərdi də. Məncə, “Qarabağ”da olan sabitlik başqa klublarda da olsa, Azərbaycan futbolu daha uğurlu nəticələrə imza ata bilər. İnanıram ki, Qurbanın rəhbəliyi altında komanda bu il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qzana biləcək.
- Bəs “Neftçi”nin çalışdırıcısı kimdi?
- Son vaxtlar “Neftçi”də baş məşqçilər o qədər tez-tez dəyişir ki, adam belə tempə tab gətirmir (gülür). Son ilyarımda o qədər məşqçi gəlib-gedib ki. Arif Əsədov... Bağışla, o biriləri unutmuşam. Baş məşqçi tez-tez dəyişəndə adlar yadda qalmır.
- “Şəmkir” haqda nə deyərdin?
- O cür komandanın bu günə düşməsi həqiqətən də mənim ürəyimi ağrıdır. Kim “Şəmkir”i dağıtdı, niyə o rayon futbolsuz qaldı? Yəqin ki, vaxt gələcək, bu suallara cavab tapılacaq. Badri “Şəmkir”in “sükanı arxasına” keçəndən sonra arada telefonla danışıb komandanın durumu ilə maraqlanırdım. Birinci dəstə “Şəmkir”in yeri deyil. Saşa (Şahbaz Süleymanov) kimi prezidenti olmuş klub onun ölümündən sonra da etibarlı əllərə keçməliydi.
- “Şəmkir”i və şəmkirlirləri necə xatırlayırsan?
- Komandasını canından çox istəyən Saşa, komandanın arxasınca istənilən şəhərə, rayona yollanan, bəzən heç nədən çəkinməyib yerli fanatlarla dava edən, komandanın avtobusunu trassboyu müşayiət edən azarkeşlər və Azərbaycan futbolunun qaymaqları toplaşan mükəmməl kollektiv. Bəsdi, yoxsa yenə deyim?
- Azərbaycanda sənin çıxış etdiyin ilk klub “Bakılı” olub. Necə oldu ki, Ukraynada, Rusiyada, Belarusda çıxış edən futbolçu Bakıya üz tutdu?
- Məni “Bakılı”ya “Mariupol”da bir yerdə oynadığım Puçkov soyadlı komanda yoldaşım məsləhət görmüşdü. Əvvəlcə özü bura gəldi, ardınca isə mən. Dəvət etdilər, gəldim və anlaşdıq. Sonradan isə Afonya (Əfqan Talıbovu nəzərdə tutur) məni “Şəmkir”ə dəvət etdi. Əslində “Bakılı”dan sonra Ukraynaya qayıtmaq istəyirdim. Elita təmsilçilərindən təklif almışdım. Geri qayıtmağıma bir gün qalmış Talıbov mənimlə görüşdü və maliyyə cəhətdən sərfəli təklif irəli sürdü. Çox düşünmədən razılıq verib əl sıxdıq. Çox maraqlıdı ki, “Şəmkir”lə anlaşandan bir gün sonra Əhməd Ələsgərov məni Bakıda tapdı və “Neftçi”də görmək istədiyini bildirdi. Artıq “Şəmkir”lə ortaq məxrəcə gəldiyimi bildirsəm də, daha çox pul təklif etdi. Bəlkə düşünüb ki, pula görə fikrimi dəyişərəm. Ancaq mən artıq qərarımı vermişdim. “Neftçi”ni yox, “Şəmkir”i seçdiyimə görə də heç vaxt təəssüf hissi keçirmədim.
- Əksər futbolçular oynadıqları dönəmdə əldə etdikləri gəlirin müəyyən hissəni gələcək üçün yatırım edirlər. Həmin illərdə “Şəmkir” ölkənin ən imkanlı klublarından biri sayılırdı və o dövr üçün yaxşı pul qazanırdız. Həmin vəsaitdən gələcəyin üçün nəsə etdin?
- Ağıllılar nəsə etdi, ağılsızlar isə heç nə.
- Sən özünü hansı qrupa aid edirsən?
- Gənc olanda əksər insanlar bu günlə yaşayır. Burnundan uzağı görmür. Mən də onlardan olmuşam. Ancaq aramızda sabahı fikirləşənlər də var idi. Həmin vaxt öz aləmimdə onları qınasam da, indi fikirləşirəm ki, düz addım atıblar. Gərək mən də onlar kimi olaydım.
- 2000-ci il iyulun 19-u, “Tofiq Bəhramov”. Bu tarix və məkan sənə nəsə deyir?
- Ölən günə kimi həmin tarixi unutmayacam. “Skonto” ilə matçı nəinki mən, bütün komanda yoldaşlarım, azarkeşlər xatırlayır. Azərbaycan klubu tarixdə ilk dəfə Çempionlar Liqasında mərhələ adlamışdı. Həmin illərdə “Skonto” MDB məkanının ən güclü komandalarından sayılırdı. Fantastik qarşılaşma oldu. İlk görüşdə 1:2 hesabıyla məğlub olsaq da, Bakıda qalib gəlməyi bacardıq. Onu da bildirim ki, Latviyadakı görüşdə qolu mən vurmuşdum. Cavab görüşü indiki kimi yadımdadı. Matçın son dəqiqləri gedirdi. Artıq azarkeşlər də tribunaları tərk edirdilər. Və bu an Badri rəqibi meydanın mərkəzinə dəvət etdi. Sonra deyirdilər ki, metroya daxil olan azarkeşlər də yenidən stadiona qayıdıblar. Odu ki, 17 il əvvəl yaşananları unutmamışam. İndi də o günləri yada salanda həyəcanlanıram.
- Həmin qələbəni necə qeyd etdiz?
- Oyundan sonra hamı sanki dəli olmuşdu. Hamımız qışqırır, bir-birimizi təbrik edir, uşaq kimi harda görürdük öpüb qucaqlayırdıq. Azarkeşlər içi mən qarışıq bir çox futbolçuları paltardəyişmə otağından avtobusa qədər çiyinlərində apardılar. Sonra hamı evinə yollandı. Yəni xüsusi bir tədbir olmadı. Ancaq rəhbərlik yaxşı mükafat payladı.
- Hazırda futbolla maraqlanmadığını söylədin. Sabah sənə hansısa klubda işləmək təklif olunsa, qəbul edərsən?
- Çox çətin sualdı. Papağı qabağıma qoyub yaxşı-yaxşı düşünməliyəm. “Yox” demək istəyirəm. Ancaq qulağım futbol, top sözü eşidəndə ürəyim tez-tez döyünür, qəribə hisslər keçirirəm. Sanki uşaq vaxt futbol bölməsinə yazılmağa gələn, ilk məşqdən sonra məşqçinin haqqında nə söyləyəcəyini gözləyən 10 yaşlı Viktor oluram. Böyük ehtimalla, təklifi dəyərləndirərəm. Ancaq həmin klub da gərək birgünlük firmalardan olmasın. Hər halda, illərboyu topladığım təcrübə yenidən futbola dönməyimə imkan verir.
- Sonda demək istədiyin nəsə var?
- Bayaq futbol, top adı eşidəndə həyəcanlandığımı bildirdim. Açığı, uzun illərdən sonra mətbuatın yadına düşməyim məni biranlıq keçmiş illərə qaytardı. Məni yada saldığınız, axtarıb-aradığınız üçün təşəkkür edirəm. Futbol bir dünyadı, nə vaxtsa bu dünyada yaşayanlar istəsələr də, istəməsələr də, keçmişindən qaça bilməz. İndi bu sahədən uzaq olsam da, bir qədər topdan incisəm də, futbola olan sevgim ölməyib. Yəqin ki, məzara qədər bu sevgi məndə yaşayacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar