07 iy 05:15olke

İbokoyi Lüksemburqa gedə bilmədi

İbokoyi Lüksemburqa gedə bilmədi
"Zirə" Lüksemburqa çərşənbə axşamı yollansa da, bəzi oyunçular kollektivdən kənar düşmüşdü. Bunlar Jozef Bum, Kervens Belfort və Viktor İbokoyi idi. Adı çəkilənlər viza məsələsinə görə Bakıda ləngimişdi. Dünən qəsəbə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu ilə əlaqə saxlayıb, futbolçuların durumuna aydınlıq gətirməsini istədik: "Bildiyiniz kimi, Jozeflə Belfort bizə gec qoşulmuşdu. Onlar Şengen vizası almaq üçün Azərbaycanda "oturum" almalıdı. Yalnız bundan sonra onlara Şengen vizası ala bilərdik. Bizə gec qoşulduqlarından, həm də bir neçə gün bayrama düşdüyündən viza bir qədər ləngidi. Ancaq bu gün (dünən) Bumla Kervens Lüksemburqa gəldi və komandayla birgə oyunöncəsi məşqdə iştirak etdilər. Təkcə Viktor gələ bilmədi. İbokoyidə prosedur uzanıb. Çünki o Nigeriya vətəndaşıdı. Fransa səfirliyindən bildiriblər ki, bu ölkənin vətəndaşları üçün prosedur uzundu. Fransadan gec cavab gəlir, araşdırma vaxt aparır. Bu nə Viktordan, nə də bizdən asılıdı. Sadəcə, prosedur belədi".
Bu arada daha bir məqam azarkeşləri narahat edir. Məlum olduğu kimi, "Differdanj" - "Zirə" matçı televiziya vasitəsilə canlı yayınlanmayacaq. Himayətoğlu yayınla bağlı yeniliyi də diqqətimizə çatdırdı: "Məlum olduğu kimi, Lüksemburqda yayın yoxdu. Amma biz bu oyunun azərbaycanlı futbolsevərlərin də izləməsinə çalışdıq. Komandamızın sponsorlarından və tərəfdaşlarından olan KATV də bu işdə bizə kömək etdi. Nəticədə oyunun internet üzərindən myvideo.az saytı və KATV-nin öz kanalı vasitəsilə yayınlanması üçün razılıq əldə olundu".
Yeri gəlmişkən, dünən komandaların açıq məşqi və mətbuat konfransı keçirilib. "Zirə"nin baş məşqçisi Ayxan Abbasov matçla bağlı bunları deyib: "İlk oyundakı 2:0 hesablı qələbə bizi arxayınlaşdırmır. Göründü ki, rəqib yaxşı komandadı. Bizə ağır və çətin olacaq. Məncə, mərhələnin taleyi ikinci oyunda həll olunacaq. Lüksemburq komandaları bizə tanışdı. Ötən mövsüm "Qarabağ" ÇL-də "F91 Düdelanj"la qarşılaşmışdı. Elə "Proqress"in səfərdə 0:1 uduzduğu "Qlazqo Reyncers"i evdə məğlub edib (2:0) mərhələ adlaması hər şeydən xəbər verir. Lüksemburq klubları evdə yaxşı oynayır. Rəqib haqda geniş məlumatımız var. Daha öncə avrokubokda keçirdiyi oyunların videoyazısını da izləmişəm. Bilirik ki, beynəlxalq təcrübələri kifayət qədərdi. Ancaq evdə əldə etdiyimiz üstünlüyü qorumağa çalışacağıq. Futbolda 3:0 hesabıyla qalib gələn də bəzən üstünlüyü əldən verə bilir. Cüt oyunlarda belə nəticələr olur. Sevindirici haldı ki, zədəlimiz yoxdu. Yalnız bir futbolçumuz viza probleminə görə gələ bilməyib".
“Differdanj”ın hücumameyilli yarımmüdafiəçi Cordan Yeye isə bunları deyib: "Azərbaycanda uduzsaq da, oyunumuz yaxşı alındı. Hər iki komanda top uğrunda mübarizə aparır, sayıq davranırdı. Amma zərbələrimizdə dəqiqlik çatmırdı. Qolu da erkən buraxdığımızı düşünürəm. İlk qol olmasaydı, nəticə də fərqli ola bilərdi. Rəqib nə qədər yaxşı komanda olsa da, 2:0 hesabı oyuna görə deyildi. Biz səfərdən daha yaxşı nəticə ilə dönməliydik. Bunun üçün rəqibə oynamağa, yaxşı keyfiyyətlərini göstərməyə imkan verməməliydik. “Zirə”nin xoş oyun üslubu var. Sürətli hücumları ilə diqqəti çəkir. Amma belə komanda bizim üçün keçilməz rəqib deyil. Təbii, biz öz oyun səviyyəmizi nümayiş etdirə bilsəydik... “Zirə” Lüksemburq çempionatında oynasa, istənilən halda, turnir cədvəlinin yüksək pillələrində qərarlaşar. Bakıdakı görüşün ilk hissəsinin ortalarında, kifayət qədər erkən qol buraxdıq. Belə vəziyyətlərdə ya hesabı qorumağa, ya da səfər qolu vurmağa çalışırsan. Birinci halda hücum edib daha böyük risk edirsən. Amma mən də bunun tərəfdarıyam. Bir qol vurub daha rahat olursan. Onlar daha çox topa nəzarət edib, qol imkanları yaratdılar. Biz rəqib qapısına 20-25 metr qalmışa qədər irəliləyir, sonra xətalar edirdik. Düşünürəm ki, istədiyimiz kimi hücumlar qura bilmədik. Hər hissədə bir dəfə qola çox yaxın idik. 89-cu dəqiqədəki imkandan yararlansaydım, çox şeyi dəyişmiş olardım. İlk oyun göstərdi ki, “Zirə” gücümüzə görə komandadı. Bu da müsbət məqamdı. İtiriləcək bir şeyimiz də yoxdu. Ev oyununda səfərdəkindən daha çox hücum edəcəyik. Üzücüdü ki, risk etmək məcburiyyətindəyik. Amma məhsuldarlıq göstərməyə məcburuq. Hər imkanı qola çevirməliyik. Oyunun əvvəlində hesabı açmağımız isə ideal olardı".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:28 Klublar Obradoviçin anormal qərarını anlayışla qarşılayırlar Bu gün, 12:26 AFFA “Keşlə”nin paraqvaylı legionerini “milliləşdirir” Bu gün, 12:21 Ramilin dönüşünə təəssüflənirlər... Bu gün, 12:13 Elxan Məmmədov xidmətlərin ucuz olduğu yerlərə gedir Bu gün, 11:56 Turun ən məhsuldar görüşü Şamaxıda baş tutdu Bu gün, 11:54 “Neftçi”yə bütün veteranları əzizdi Bu gün, 11:51 Cavid Hüseynova sərt cəza: 4 oyun + 3200 manat! Bu gün, 11:49 Dosyeyə bax, AFFA! 19-02-2020, 11:50 “Sabah”ın avrokuboklara qatılmaması Adıgözəlov üçün fiasko olmayacaq 19-02-2020, 11:49 Ramil Şeydayev “Sabah”ı seçdi 19-02-2020, 11:48 Obradoviçin toplanışı nəyə xidmət edir? 19-02-2020, 11:45 “Köhlən atlar” “qartallar”ın “yuvasını dağıtdı” 19-02-2020, 11:42 “Sabah” “Sumqayıt”ı evində döydü 19-02-2020, 11:40 “Səbail”dən ardıcıl ikinci qələbə 19-02-2020, 11:34 Mövsümün ən məhsuldar həftəsi 19-02-2020, 11:29 “Neftçi” ikinci pillədəki yerini möhkəmləndirdi 14-02-2020, 12:31 “İsgəndər Cavadovun akademiyasına ayrılan vəsaiti görəndə şoka düşdük” 14-02-2020, 12:20 Elxan Məmmədovun veteranlarla görüşü təxirə salındı 14-02-2020, 12:15 AFFA “Marafon”u da Nazim Süleymanovun üzünə bağladı 14-02-2020, 12:10 Ağabalanın cəriməsini kim ödəyəcək? 14-02-2020, 11:10 AFFA telekanallara və onlayn mediaya dəvət göndərib 14-02-2020, 11:05 “Qəbələ” çilili forvardla anlaşdı 14-02-2020, 11:03 “Xəzər Lənkəran”a texniki məğlubiyyət verilib 14-02-2020, 11:01 Ruslan “Neftçi” ilə görüşü də buraxacaq 14-02-2020, 11:00 “Birinci işimiz sonuncu pillədən qurtulmaqdı” 14-02-2020, 10:56 Rauf yenə Prezidentə müraciət etdi, anası 1333 səs topladı 14-02-2020, 10:55 Cəmşid Məhərrəmov azadlıqda 12-02-2020, 11:55 Elvin Yunuszadə “Çelik”i Ümit Özata görə seçib 12-02-2020, 11:53 Samir Abasovun seçkidən xəbəri olmayıb 12-02-2020, 11:51 “Sumqayıt” itirdiyi mövqeyi qaytardı 12-02-2020, 11:31 “Qarabağ” “Neftçi”nin yaxınlaşmasına imkan vermədi 12-02-2020, 11:28 İsgəndər Cavadov AFFA-ya əl açıb 12-02-2020, 11:26 “Forza Neftçi” 11 yaşını Mərdəkanda qeyd etdi 12-02-2020, 11:24 Səmra Əliyeva şərhinin birmənalı qarşılanmayacağını bilirmiş 7-02-2020, 22:09 Məşqçilər Komitəsi namizədləri iki saat müzakirə edib 7-02-2020, 22:07 “Qəbələ” pasportun məsuliyyətini AFFA-nın üzərinə atdı 7-02-2020, 22:06 Ağatahir Əzimov futzal hakimlərini “topa tutdu” 7-02-2020, 22:03 Riçard, belə getmək lazım idi 7-02-2020, 22:02 "Qəbələ”nin gözlədiyi hücumçu gəldi 7-02-2020, 22:00 Vüqar Aftandil Hacıyevin “gəl” mesajını gözləyir 7-02-2020, 21:49 Start ərəfəsində yüngül gəzişmə 7-02-2020, 21:47 Siz gizlənin, Rövşən danışsın... 7-02-2020, 21:44 Kamal Bayramov üçün mövsüm bitdi 5-02-2020, 11:42 Elman Ələkbərov yığmanın yaradılan şəraitin əvəzini vermədiyini düşünür 5-02-2020, 11:42 Futbolumuzun yetirməsi 50 yaşında dünyasını dəyişdi 5-02-2020, 11:40 AFFA-da Stuxlikin Bəhramovu ziyarət etməməsinin səbəbini bilmirlər 5-02-2020, 11:38 Almeydalı “Baniyas”dan növbəti qələbə 5-02-2020, 11:37 “Qarabağ” Kintananı Çin klubuna yola saldı 5-02-2020, 11:35 “Zirə”ni Qadze ilə Ramazanov sevindirdi 5-02-2020, 11:32 Rauf Məmmədov deputat olmaq istəyən anasının müdafiəsinə qalxdı 5-02-2020, 11:28 Heç kimə sərf etməyən “sülh” 5-02-2020, 11:26 İstək çox şeydi, amma hər şey deyil 5-02-2020, 11:23 Lider mövqeyini bərkitdi, ən yaxın təqibçisi dəyişdi 5-02-2020, 11:22 Əliyar Ağayev Afinada VAR-ın köməyinə ehtiyac duydu 5-02-2020, 11:17 Elvin Məmmədov “Zirə”dən ayrıldı 5-02-2020, 11:07 Mahir gözəl qolla “Qarabağ”ı sevindirdi 5-02-2020, 10:58 Yığmanın mundial arzusu “suya düşdü” Bütün xəbərlər
Ən çox oxunanlar