07 iy 01:40olke

Milovanoviç rus dili müəllimini “axmaq” adlandırdı

Milovanoviç rus dili müəllimini “axmaq” adlandırdı
“İnter”in yaxşı müdafiəçiləri var”

Təxminən bir saat sonra isə qonaqların çalışdırıcısı Nenad Milovanoviç və futbolçular Nenad Marinkoviçlə Yanko Tumbaseviç konfrans otağına gəldi. Öncə çalışdırıcı oyun haqda danışdı: “Mən rus dilini zəif bilirəm. Çünki məktəbimizdəki müəllim axmaq idi (gülür). Burda olduğumuz iki günə görə “İnter” rəhbərliyinə minnətdarlığımı bildirirəm. İnanıram ki, onlar da Serbiyada olduqları müddətdə razı qalıblar. İlk dəfə avrokuboklarda iştirak edirik. Serbiya miqyasında orta səviyyəli komandayıq. Burda iştirak etməklə yeni komandalar, insanlar ilə tanış olmaq imkanı qazanırıq. Bilirdik ki, “İnter” təcrübəli komandadı. Onların yüksək səviyyəli üç hücumçusu var: Nizami Hacıyev, Rauf Hacıyev və Pərdis Fərcad-Azad. Onların sürətli hücum quracaqlarını gözləyirdik. Serbiyadakı qarşılaşmada bizim də təhlükəli hücumlarımız oldu. Ancaq “İnter” əlinə düşən imkanlardan səmərəli istifadə etdi və qələbə qazandı. İlk matçdakı nəticədən sonra, təbii ki, cütün favoriti “İnter”di. Ancaq biz də yaxşı oyun sərgiləməyə, Serbiyada güclü futbol məktəbinin olduğunu göstərməyə çalışacağıq. “İnter” doğma arenada oynadığına görə şansı daha çoxdu”.
Ardınca isə Milovanoviç sualları cavabladı.
- Qələbəyə neçə faiz inanırsız?
- Faizlə deyə bilməyəcəm. Ancaq bura meydanda ora-bura qaçmaq üçün gəlməmişik. Futbolda hər şey olur, bilmək olmaz. Çalışacağıq ki, uğurlu nəticə əldə edək.
- İlk görüşdən sonra Serbiyadakı rəqiblərinizdən biri “Napredak” “feysbuk” səhifəsi vasitəsilə sizi ələ salmışdı. Bu, sizə necə təsir göstərdi?
- Həmin komandada 3 il baş məşqçi işləmişəm. Avroliqaya vəsiqə uğrunda görüşdə qələbə qazanmağımız onlara pis təsir göstərmişdi. Ancaq həmin komandanın böyük azarkeş kütləsi bizi təbrik etmişdi. Düşünmürəm ki, o, “Napredak”ın rəsmi səhifəsidi. Onlar azarkeşdilər. Buna normal yanaşıram.
- Azərbaycanda çıxış edən serbiyalı futbolçulardan “İnter”lə bağlı məlumat almısız?
- Bəzilərindən olub. Ancaq əsasən “İnStat”dan istifadə etmişik. Daha çox material orda olur.
- İki erkən qol vursaz, bu, növbəti mərhələ üçün sizə üstünlük qazandırarmı?
- Əlbəttə, yaxşı olardı. Ancaq “İnter”in yaxşı müdafiəçiləri var. 3 mərkəz müdafiəçisi ilə çıxış edirlər. Uzun müddətdi eyni sistemlə oynayırlar. Bunu nəzərə alsaq, bizə çətin olacaq. Amma sona qədər mübarizə aparacağıq.
- Sabahkı oyun ərəfəsində standart vəziyyətlər üzərində çalışmısız?
- İstənilən halda, qol vurmaq yaxşıdı - istər oyun epizodundan, istərsə də standart vəziyyətdən. Manuel Skarlatakenin cərimə zərbəsindən vurduğu qollar çox gözəl idi. Qapıçının topu qaytarmaq şansı, demək olar ki, yox idi. Rauf Əliyevin qoluna gəlincə, bu, “Mladost”un son 15 ildə buraxdığı ən gözəl qol idi.
Ardınca Yanko Tumbaşeviç qısaca fikirlərini bildirdi: “Oyun ərəfəsində, təbii ki, “İnter”in üstünlüyü var. Rəqib ilk qarşılaşmada böyük hesabla qalib gəlib. Ancaq bizim də “ağ bayraq qaldırmaq” fikrimiz yoxdu. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Mətbuat konfransından sonra komanda məşqə yollandı. 15 dəqiqəsi azarkeşlər üçün açıq olan məşqdə diqqətçəkən hansısa hadisə baş vermədi. Bircə onu deyə bilərik ki, “Mladost” oyunun keçiriləcəyi meydanda məşq etdi və ot örtüyü ideal vəziyyətdədi.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar