Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
07 iy 01:06olke
“Kəpəz” – “Neftçi” matçının vaxtı dəyişdirildi

Şəhriyar Rəhimov gəncəlilərin yeni kapitanı seçildi
İyulun 3-də bir araya gələn “Kəpəz” hazırlığı ADBTİA-nın meydançasında davam etdirir. Növbəti mövsümdə daha çox gənc futbolçulara şans verməyi qərara alan baş məşqçi Şahin Diniyev əvəzedici heyətin üç üzvünü əsas komandaya dəvət edib. Yarımmüdafiəçilər Yusif Cəfərov, Əli Səmədov və hücumçu Fərid Məmmədov Diniyevin etimadını qazanıb. Adı çəkilənlər daimi qaydada əsas komandanın tərkibində yer alacaqlar. Beləliklə, onlar qarşıdakı mövsüm üçün əsas komandanın tamhüquqlu üzvü olacaqlar. Ötən mövsüm hər üç futbolçu ara-sıra əsas komandaya cəlb olunaraq adları oyunlar üçün iştirak ərizəsinə salınıb. Yay və qış toplanışlarında kollektivin tərkibində olublar.
Tural Axundov “Kəpəz”dən ayrılandan sonra kapitan sarğısı sahibsiz qalmışdı. Komanda hazırlığı bərpa edəndən sonra sarğını qolunda daşıyacaq futbolçunun adına aydınlıq gəlib. Bu, son iki ildə qərblilərin əvəzolunmaz futbolçularından sayılan Şəhriyar Rəhimovdu. Ötən mövsümdə komandanın vitse-kapitanı olan təcrübəli müdafiəçi futbolçuların seçiminə əsasən sarğını daşımağa layiq görülüb. Vitse-kapitanlar isə Şəhriyar Əliyev və Kərim Diniyev olacaq. Kərim ilk dəfə vitse-kapitan vəzifəsini daşıyacaqsa, Şəhriyar ötən mövsümdə də eyni statusda olub.
Dünən klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu məşqçilər korpusu və futbolçular ilə görüşüb. Müşahidə Şurasının sədri Elmir Vəliyevin komanda üzvlərinə salamını çatdıran Mikayıl bəy “Kəpəz”in yenə rəhbərliyin və azarkeşlərin etimadını doğruldacağına əmin olduğunu bildirib. Gəncə şəhər stadionunun əsas meydançasında görülən işlərlə bağlı məlumat verən Nərimanoğlu arenaya tezliklə yeni qazonun salınacağını deyib. Ən müasir ot örtüyü ilə təmin olunacaq stadionda “Kəpəz”in möhtəşəm qələbələrlə azarkeşləri sevindircəyinə inamını ifadə edib. Sonda Mikayıl Nərimanoğlu komandaya uğurlar arzulayıb.
Xəbər verdiyimiz kimi, “Kəpəz” Bakıda keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununa çıxacaq. Öncədən verilən məlumatda “sarı-göylər”in iyulun 8-si, saat 17.00-da “Bakı”, iyulun 12-də isə “Neftçi” ilə qarşılaşacağı bildirilmişdi. Hər iki oyunun vaxtı ilə bağlı dəyişiklik edilib. Belə ki, həvəskarlar liqasının iştirakçısı ilə oyun eyni tarixdə, ancaq saat 18.00-da başlayacaq. “Ağ-qaralar”la matç isə bir gün əvvələ keçirilib. Beləliklə, “Neftçi” – “Kəpəz” görüşü iyulun 11-i saat 18.00-a təyin olunub. Oyun İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
HƏBİB
Şərh yaz