05 iy 18:04olke

Belfort üç komanda yoldaşı ilə dostlaşıb

Belfort üç komanda yoldaşı ilə dostlaşıb
“Zirə”nin təklifinə “yox” deyə bilməzdim”

Bu yay ilk dəfə Avroliqada çıxış edən “Zirə” hazırlıq dönəmində bir neçə legioneri heyətinə qatdı. Bunlardan biri də Haiti yığmasının üzvü Kervens Belfort idi. 25 yaşlı hücumçu son olaraq İsveç çempionatında top qovmuşdu. O həmin ölkədə “Sirianska”nın şərəfini qorumuşdu. Haitidə “Tempete”də karyerasına başlayan Belfort Fransa, İsveçrə, Cənubi Kipr, Türkiyə və Hindistanda da çıxış edib. “Zirə” ilə forvard arasında “1+1 il” şərti ilə müqavilə imzalanıb. Təbii, onun “qartallar”ın heyətində özünü necə göstərəcəyi maraq doğururdu. Ancaq Belfort qəsəbə təmsilçisinin formasında ilk rəsmi matçında – “Differdanj”la görüşdə yaxşı mənada fərqlənməyi bacardı. Öncə qol ötürməsi verən Haiti yığmasının üzvü daha sonra fərqlənməklə komandasının qələbəsində önəmli rol oynadı. Görünən odu ki, Belfort Riçard Qadze ilə əla tandem təşkil edəcək. “Zirə”nin dünənki məşqindən öncə Kervenslə qısaca söhbətləşdik.
- “Differdanj”la ilk oyunda “quru” qələbə qazandız. Artıq “Zirə”nin növbəti mərhələdə olduğunu demək olar?
- Hələ bu haqda danışmaq tezdi. Komandamız gecə Lüksemburqa yola düşəcək. Çalışacağıq ki, “Differdanj”la səfər matçında da qələbə qazanaq. Ancaq heç-heçə də bizə kifayət edir. Səfərdən sərfəli nəticə ilə dönmək üçün əlimizdən gələni edəcəyik.
- İlk oyunun qəhrəmanlarından oldun. Riçard Qadzeyə qol ötürməsi verdin, daha sonra başla fərqləndin. “Zirə”dəki ilk rəsmi matçında belə çıxış gözləyirdin?
- (gülümsəyir) Düzdü, başqalarının fikri belə ola bilər ki, mən ən yaxşısını etdim. Lakin həmin oyundakı çıxışım yüzfaizlik performansım deyildi. Bu mənim fikrimdi. Məşqlərdə də çalışıram ki, nəyi bacarıramsa, ortaya qoyum, əlimdən gələnin ən yaxşısını edim. Komanda yoldaşlarımla birgə maksimum nəticəni əldə etmək üçün çalışıram.
- Cavab görüşü haqda nə düşünürsən? “Differdanj” sürpriz edə bilər? “Dalğa Arena”dakı qarşılaşmada bu komanda xüsusi nəsə ortaya qoya bilmədi. Rəqibin diqqəti çəkən hansı cəhətini fərqləndirərdin?
- İlk oyuna kimi rəqibi elə də yaxşı tanımırdıq. Ancaq artıq bu komanda ilə bir duelimiz olub. Normal səviyyədə çıxış edən kollektivdi. Lakin biz bütün fikrimizi, diqqətimizi öz komandamıza yönəltmişik. Çünki öz işimizə, hazırlığımıza daha çox əhəmiyyət veririk.
- “Differdanj” haqda bu qədər. Təxminən 12-13 gündü Bakıdasan. Paytaxtımız haqda nə deyə bilərsən? “Zirə”də özünü necə hiss edirsən?
- Burda özümü çox yaxşı hiss edirəm. Yeri gəlmişkən, ölkəniz çox gözəldi. Bakı haqda yalnız xoş sözlər deyə bilərəm. Komanda yoldaşlarım da mənimlə çox gözəl rəftar edir. Sanki özümü evdəki kimi hiss edirəm.
- Komandada artıq dostlaşdığın futbolçular var?
- Düzdü, burda futbolçuların hamısı ilə münasibətim yaxşıdı. Lakin üç futbolçunun adını çəkə bilərəm ki, onlarla daha yaxınam. Bunlar Jozef Bum, David Manqa və Riçard Qadzedi. Jozeflə David fransızdilli olduğuna görə onlarla daha yaxşı anlaşırıq. Riçardla isə Hindistanda eyni çempionatda oynamışıq. Bir-birimizi mən bura gəlməmiş də tanıyırdıq. Bu üzdən adını çəkdiyim “üçlüy”ü fərqləndirdim. Ancaq yenə deyirəm, bütün komanda yoldaşlarımla yaxşı münasibətim var.
- “Zirə”də oynamağa razılıq verməmiş ölkəmizin futbolu, səni dəvət edən klub haqda lazımi informasiyalar toplaya bilmişdin?
- Menecerimlə danışandan sonra internetə daxil olub, axtarışa başladım. Azərbaycan haqda müəyyən məlumatları topladım. Xoşuma gəldi. Bu üzdən də “Zirə”nin təklifinə “yox” deyə bilməzdim.
- Azarkeşlər həmişə futbolçunun şəxsi həyatı ilə də yaxından maraqlanır. Odu ki, bu suala da aydınlıq gətirməyini istərdik: evlisən, yoxsa subay? Bakıda tək yaşayacaqsan, yoxsa ailə üzvlərindən kimsə səni burda tək qoymayacaq?
- Evlənməmişəm. Ancaq ola bilər ki, nişanlım qarşıdakı günlərdə Bakıya təşrif buyursun. Həmçinin qardaşım da gələ bilər. Buna qərar verəcəyik.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür 13-03-2020, 12:13 “Bizim dostlarımız qapı dirəkləridi” 13-03-2020, 12:11 Riçard Almeyda “Qarabağ”la Bakı üçün darıxır 13-03-2020, 12:07 Region Liqası nəzərdə tutulan vaxtda bitəcək 13-03-2020, 12:02 “Premier Quba”nın məsələsinə gələn həftə baxılacaq 13-03-2020, 11:59 Riad Rəfiyev Ayxan Abbasova dəstək oldu 13-03-2020, 11:56 Teymurun əziz canı = Azərbaycanın itirilən şansı 13-03-2020, 11:53 4-cü oyun, 4-cü məğlubiyyət! 12-03-2020, 10:45 Məğlubedilməzlər də məğlub olurlar… 12-03-2020, 10:43 “Bu gün əsas rəqibimiz arxayınlıq və özümüzük” 12-03-2020, 10:40 AFFA-dan “Xəzər Lənkəran”a cavab gəldi 11-03-2020, 11:44 Samir Abasov gənc mütəxəssislərin müdafiəsinə qalxdı 11-03-2020, 11:37 Emil Babayandan isti münasibət görüb 11-03-2020, 11:34 “Xəzər Lənkəran”ın U-17 komandası fəaliyyətini dayandıracaq 11-03-2020, 11:31 Rus agenti və "Bude-Qlimt” rəhbərliyini qınadılar 11-03-2020, 11:29 “Vaxtında düzgün addımlar atsaydım, maddi xərclərimizi azalda bilərdim” 11-03-2020, 11:24 “Premier Quba”nın taleyi necə olacaq? 11-03-2020, 11:19 Rüstəm Rəhimov hakimliyin səviyyəsindən narazıdı 6-03-2020, 12:05 Emil Balayev: Kostanaydan Zirəyə... 6-03-2020, 12:04 Sabiq qapıçılar Emilə haqq qazandırdılar 6-03-2020, 12:01 Bakıya gələnlərin hər biri yoxlanılacaq 6-03-2020, 11:59 Millətlər Liqasında rəqiblərimiz müəyyənləşdi 6-03-2020, 11:55 AFFA oyunları təxirə saldı, klublar məşqləri ləğv etdi 6-03-2020, 11:53 Stuxlikin yersiz inadı klubların “başında çatlayır” 6-03-2020, 11:51 Bir oyun təxirə salındı, sensasiya qeydə alınmadı 6-03-2020, 11:18 Skarlatake “Zirə”nin uğursuzluğunun səbəbini dedi 6-03-2020, 11:11 İdman jurnalistləri arasında ilk çempionat keçirilib 4-03-2020, 11:09 “Bu gün Səmədağa Şıxlarova qarşı edilən haqsızlıq sabah başqalarına olacaq” 4-03-2020, 11:08 “Bude-Qlimt”in maliyyə şərtləri Emil Balayevi razı salmadı 4-03-2020, 11:02 Hələ belə olmamışdı 4-03-2020, 11:01 “Qarabağ”ı Stamenkoviç və hakimlər dayandırdı 4-03-2020, 10:54 Baxımlı oyun və …heç-heçə 4-03-2020, 10:52 “Qəbələ” üçün əsən Zirə küləyi 4-03-2020, 10:49 Həftənin idman proqramı 4-03-2020, 10:47 “Araz” fərqi daha da artırdı Bütün xəbərlər
Ən çox oxunanlar