03 iy 22:41olke

Elnur Cəfərov bir il “Neftçi”də

Elnur Cəfərov bir il “Neftçi”də
İlyarım əvvəl “Futbol+”ə “hansı lənkəranlı “Neftçi”də oynayar” sualını vermişdi

“Neftçi” yay fasiləsində heyətinə qatdığı dördüncü futbolçunun adını da rəsmən açıqladı. Bir müddət öncə Səlahət Ağayev, Rəşad Əzizli və Məhəmməd Mirzəbəyovla anlaşan “ağ-qaralar” Elnur Cəfərovla birillik müqavilə bağlayıb.
Həmin Elnur ki, 2015-ci il noyabrın 29-da bəndənizlə söhbətdə bu sözləri dilinə gətirmişdi: “Müqavilədə belə bir bənd var ki, Avropa klublarından təklif olsa, gedişimə problem yaratmayacaqlar. “Neftçi”nin adını, ümumiyyətlə, çəkməyək. Amma “Qarabağ” və “Qəbələ” kimi iddialılar maraqlansa, rəhbərliklə danışmalıdılar. Sizcə, hansısa lənkəranlı futbolçu “Neftçi”də oynayar? Heç vaxt! “Xəzər Lənkəran”ı yarıyolda qoyub “Neftçi”yə keçmərəm. Deyiblər hər şey düzələcək, mənə ancaq inanmaq, ümid etmək qalır. Ona görə də ən azı yanvarı gözləməliyik”.
Cəfərov bu fikirləri səsləndirəndə “Xəzər Lənkəran”ın premyer-liqada çıxış etdiyi sonuncu mövsümün ortalarıydı. Rasim Ramaldanov komandanı tərk etmişdi, Rahid Əmirquliyev də yolüstəydi. Həmin vaxt üçün Azərbaycan futbolunun gələcəyi sayılan lənkəranlı gənclərin də qış fasiləsində digər komandalara keçəcəyi haqda şayiələr dolaşırdı. Seçilənlər kim idi? Elnur Cəfərov, Kamran Abdullazadə, Elşən Rzazadə, İlyas Səfərzadə və s. Mümkün gedişi nəzərə alıb ilk üç futbolçuyla əlaqə saxlamış, “Neftçi” illik 200 min versə, razılaşarsız” sualına cavab tapmağa çalışmışdıq. Bundan sonra yaxasında “Neftçi”nin gerbini daşıyacaq Elnurun cavabı yuxarıdakı kimi olmuşdu. Yəni “Neftçi”də oynamasının mümkünsüz olduğunu demişdi. Kamran Abdullazadə isə “futbolsuz qalaram, “Neftçi”də oynamaram” sözlərini dilinə gətirmişdi. Yalnız Elşən Rzazadə həyatda hər şeyin mümkünlüyünə işarə vuraraq, böyük söz danışmaqla arasının olmadığını bildirmişdi. Hansı ki, həmin açıqlamadan iki ay sonra Elşən “Neftçi”ylə müqavilə bağladı.
Komanda seçmək hər futbolçunun öz işidi. Ürəyi istəsə, lap gedib Mozambik çempionatında oynayar. Ya da günü sabah karyerasını bitirər. Elnurun da “Xəzər Lənkəran”ın əzəli rəqibi sayılan “Neftçi”ni seçməsi ona məxsus qərardı. Sabah lənkəranlıların təzyiqi ilə üzləşən də özü olacaq, onlara cavab verən də. Biz, sadəcə, ilyarım öncə dilə gətirdiyi sözləri özünün və sizlərin yadına salmaq istədik. Məlum oldu ki, bundan sonra ağ-qara formanı geyəcək futbolçu 2015-in noyabrında “heç bir lənkəranlı futbolçu “Neftçi”də oynamaz” şəklində düşünürdü. O vaxt pis-yaxşı pul var idi, Cəfərovla ölkədən və xaricdən maraqlanırdılar. O da bunu nəzərə alıb ölkənin ən köklü klubuna əzəli rəqib gözüylə baxırdı, orda oynamayacağını deyirdi. “Xəzər Lənkəran” “canını tapşırandan” sonra legioner həyatı yaşamağı qərara aldı. Lakin nə “Tondela”da, nə də “Duqopolye”də bacarığını ortaya qoydu. Vətənə qayıdandan sonra “Qarabağ” və “Qəbələ” kimi iddialılara lazım olmadığını bilərək “Neftçi”nin təklifinə ikiəlli razılıq verdi. Yəni Elnur Cəfərov adlı futbolçu son vaxtlar acınacaqlı durumla üzləşən komandanı çətin vəziyyətdən çıxarmaq üçün gəlməyib. Ürəyi heç vaxt “Neftçi”də oynamaq eşqiylə alışıb-yanmayıb. Sadəcə, işsiz qalmamaq üçün verdiyi məcbur qərardı.
Bu məsələnin bir tərəfi. Maraqlıdı, vaxtilə onunla çiyin-çiyinə oynamış, “Xəzər Lənkəran”da yetişmiş lənkəranlı futbolçular nə düşünür? Onlar da klubsuz qalmamaq üçün Elnurun yoluyla gedərdilər? İllərdi “Neftçi”ylə “Xəzər Lənkəran” arasında olan rəqabət həqiqətənmi bir göz qırpımında unuduldu? Pul prinsipiallıq və rəqabətdən bu qədər üstündü? Əslən lənkəranlı futbolçuları dinləyək.
İlyas Səfərzadə: “Suallarınıza 2 il əvvəlki vəziyyəti düşünərək yox, indiki durumu göz önünə alaraq cavab verəcəm. Bəli, bu gün “Neftçi”dən mənə təklif olsaydı, razılaşardım. Niyə razılaşmayım ki? İndi “Xəzər Lənkəran” yoxdu. Olsaydı, təbii ki, doğma komandamızda oynayardım. Kimsə “Xəzər Lənkəran”ı atıb “Neftçi”yə qaçsaydı, ona haqq qazandırmaq olmazdı. Amma indiki vəziyyətdə irad bildirmək düzgün deyil. Peşəkar futbolçuyam, bu gün özümü hansı komandada rahat hiss edəcəyimi təxmin edirəmsə, ora da getməliyəm. Ona görə də bu məsələyə görə Elnurun təndiq olunmasıyla razılaşmıram. Eyni addımı mən də atardım”.
Tərlan Qasımzadə: “İlk növbədə Elnuru təbrik edirəm, ona “Neftçi”dəki gələcək karyerasında uğurlar arzulayıram. Mən olsaydım, nə edərdim? Başqa variantım olmasaydı, “Neftçi”yə gedərdim. Əzəli rəqabətə gəlincə, məncə, rəqabət hər iki komandanın çempionatda çıxış etdiyi vaxtda olur. Bu gün “Xəzər Lənkəran” yoxdu, bilinmir nə vaxt olacaq. Belə çıxır ki, bundan sonra heç bir futbolçu “Neftçi”nin formasını geyə bilməz? “Xəzər Lənkəran” qala-qala kimsə pula görə “Neftçi”yə qaçsaydı, bu başqa məsələ. Peşəkar futbolçu belə şeylərə fikir verməməlidi. Dünyada o qədər belə hallarla rastlaşmışıq ki. İlyarım əvvəl rəhbərlik Elşən Rzazadəni transferə çıxarmışdı deyə məcbur olub “Neftçi”yə keçmişdi. İndi də Elnur işsiz qalmamaq üçün bu yolu seçib. Evdə otursa, heç kim gətirib ona çörək verən deyil. Kim nə deyir-desin, özü bilər. Şəxsən mən normal yanaşıram”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar