03 iy 22:35olke

Ömər Paşayev Tsxadadze ilə görüşündən danışdı

Ömər Paşayev Tsxadadze ilə görüşündən danışdı
“Meydana daxil olub bizə yaxınlaşdı və hal-əhval tutdu”

FİFA referilərimiz Ömər Paşayevlə Rəhim Həsənovun Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində oyun idarə etdiklərini xəbər vermişdik. Qeyd edək ki, bu ildən FİFA referisi statusunu daşıyan Ömərin rəhbərlik etdiyi hakimlər briqadası "Kayrat" (Qazaxıstan) - "Atlantas" (Litva) matçında ədaləti qoruyub. Qarşılaşma qazaxların 6:0 hesablı qələbəsi ilə başa çatıb ki, Paşayev qonaqların qapısına iki penalti təyin edib. FİFA referisi həmçinin hər komandadan bir futbolçuya sarı vərəqə də göstərib. Bu görüşdə Paşayevə yan xətt hakimləri Mübariz Haşımovla Namiq Hüseynov kömək edib. Dördüncü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirib.
Digər FİFA referisi Rəhim Həsənovun rəhbərlik etdiyi hakimlər briqadası “Ventspils” (Latviya) – “Valyur” (İslandiya) matçında əsas söz sahibi olub. Ömərin oyunundan fərqli, Latviyadakı qarşılaşma qolsuz başa çatıb. Həsənovun bu görüşdə işi o qədər də çətin olmayıb. O yalnız bir dəfə əlini cibinə atıb ki, onda da qonaqların futbolçusuna sarı vərəqə göstərib. Qeyd edək ki, “Ventspils” – “Valyur” görüşündə Həsənova yan xətt hakimləri Yaşar Abbasovla Vaqif Musayev kömək edib. Rauf Cabarov isə oyunun ehtiyat hakimi funksiyasını icra edib.
Həm Ömərin, həm də Rəhimin Avroliqa oyunu ilə bağlı təəssüratlarını öyrəndik. Paşayev Kaxaber Tsxadadze ilə görüşündən də danışdı: “Bu, mənim bir ay ərzində ikinci beynəlxalq oyunum idi. İyunun əvvəlində U-21-lərin yarışına dəvət almışdım. Psixoloji cəhətdən hazır idim? Təbii ki. Son bir ayda şəxsi həyatımda baş verən hadisəyə baxmayaraq, hazır idim. Oyun yaxşı keçdi. Şükür, matçda problem olmadı. Təyin etdiyim penaltilərə görə irad bildirən olmadı. İnspektorumla da danışdıq, idarəçiliyin normal olduğunu dedi. İnşallah, yaxşı qiymət gələr. Ümumiyyətlə, köməkçilərimlə birgə yaxşı işlədik. Əslində çatışmazlıq olsaydı belə, bunu normal qəbul edəcəkdim. Niyə? Çətinlik odu ki, fasilədi, oyun yoxdu. İki aydan çoxdu çempionat başa çatıb. Təlim-məşq toplanışı başlamayıb ki, yoxlama oyunları idarə edib formada qalaq. Düzdü, öz üzərimizdə işləyirik. Ancaq bu, fiziki hazırlığa kömək edir. Futbolçu məşq edir, ayağı topla olduğu üçün “yadırğamır”. Amma biz uzağı qaçırıq, fiziki hərəkətlər edirik. Oyun olmasa, hakim təcrübə baxımından axsayır. Qarşılaşma başa çatandan sonra Kaxaber Tsxadadze ilə ayaqüstü görüşdük. Meydana daxil olub bizə yaxınlaşdı və hal-əhval tutdu. Təbii ki, məni tanıdı, uğurlar arzuladı. Onun vaxtında “İnter”in bir neçə oyununu idarə etmişdim, problem yaşanmamışdı. Biz də ona uğur arzuladıq”.
Rəhim Həsənovun oyunu isə daha asan keçib: “Şükür, hər şey yaxşı oldu. Orta səviyyəli qarşılaşma idi. Yəni idarəçilik çətin olmadı. Belə baxanda komandalara səviyyəsiz demək olmaz. Biri vaxtilə Avroliqanın qrupunda oynayıb, o biri də İslandiya kubokunun qalibidi. Qolsuz, “təmiz”, yəni kobudluqların az müşahidə olunduğu bir görüş alındı. Çalışdıq ki, nəzərimizdən yayınan nəsə olmasın. İnspektor briqadamızdan razı qaldığını bildirdi. O ki qaldı qiymətə və birinci mərhələnin cavab görüşləri üçün təyinat gəlib-gəlməyəcəyinə, heç biri bizdən asılı deyil. Yaxın günlərdə bilinəcək”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:05 Kaprara özünü də batırdı, yığmamızı da... Dünən, 15:03 Mirabdulla Abbasovun məsələsi məhkəməyə qədər gedə bilər Dünən, 15:00 Stiven Jozef-Monroz da “Neftçi”li oldu Dünən, 14:57 Samir Əliyev 0:4-ə görə özünü suçladı Dünən, 14:56 Əliyarı finala layiq görmədilər Dünən, 14:20 Qurban Qurbanov Yurçeviçə cavab vermək istəmədi Dünən, 14:16 “Qarabağ” “Səbail”i məğlub etdi Dünən, 14:12 Mahirdən şübhəli mesaj Dünən, 14:07 U-21-lə bağlı süjet “tufan qopardı” Dünən, 14:05 “Qəbələ” Ukrayna təmsilçisi ilə qarşılaşacaq Dünən, 14:04 “Zirə”dən ayrılanlar “Qəbələ” ilə anlaşdı Dünən, 14:00 Emildən növbəti “quru” oyun Dünən, 13:58 Veteranlar arasında çempionat bərpa olunacaq Dünən, 13:57 Baş katib Nazim Süleymanova qərargah və pul söz verdi Dünən, 13:55 Fərid Nəbiyev vətənə qayıtmaq istəmir Dünən, 13:52 “Səbail” bu gün Bolqarıstana köçür Dünən, 13:51 “Keşlə” sabah toplanışa başlayır Dünən, 13:44 “Qara bazar” sakitləşib, amma Azərbaycanın pulu yenə xaricə axır Dünən, 13:39 Həftənin idman proqramı 18-06-2019, 16:04 11 ildə xərclənən milyonların siyahısı... 17-06-2019, 21:43 “Sabah”ın Türkiyə planında dəyişiklik oldu 17-06-2019, 21:42 Xətai Bağırov Taylanddan qayıdır 17-06-2019, 21:42 Əliyar Fransada daha bir oyun idarə etdi 17-06-2019, 21:32 Bölməyə aparılam azarkeşlər məhkəməyə müraciət edə bilərlər 17-06-2019, 21:31 Ruslan Abışov “Neftçi”dən ayrılmasının səbəbini gizlətmədi 17-06-2019, 21:29 Rauf Əliyev “Neftçi”dəki rəqabətdən çəkinmir 17-06-2019, 21:27 "Səbail" makedoniyalı qapıçı ilə anlaşdı 17-06-2019, 21:26 "Neftçi" gözlənilən transferi gerçəkləşdirdi 17-06-2019, 21:24 “Qarabağ”ın veteranı klub rəhbərliyindən gileyləndi 17-06-2019, 21:23 “Əvəzimə əcnəbi müdafiəçi alınmayacaq, çünki komandada üç yerli müdafiəçi var” 17-06-2019, 20:06 Süni gündəm: “Qarabağ”ın futbolçuları hədəf göstərilir 17-06-2019, 20:04 Əfran İsmayılov yığmada lider çatışmazlığını qabartdı 17-06-2019, 20:03 U-21-in üzvü “Zirə”də 17-06-2019, 20:02 “Real”ın yeni transferinin zirvəyə yolu “Qəbələ Cup”dan keçib 17-06-2019, 20:01 Transfer dosyesi 17-06-2019, 20:00 Futbolçular xaricə gedə bilməməyin günahını agentlərdə görürülər 17-06-2019, 19:58 Gerye “köhlən atlar”la razılığa gəldi 17-06-2019, 19:57 Arif Əsədov üzr istədi və vaxt azlığını əsas gətirdi 17-06-2019, 19:55 Aleksey İsayev Avropaya yollanır 17-06-2019, 19:20 “Xəzər qasırğası” 75 yaşında! 17-06-2019, 18:53 Azad Cabbarov yenə sədr seçildi 17-06-2019, 18:49 Rıbka da azarkeşsizlikdən gileylənir 17-06-2019, 18:47 “Bu təcrübə Bakıya AÇ-2020-də зox kцmək edəcək” 17-06-2019, 18:36 “Energetik” can üstədi... 14-06-2019, 22:42 Nazim Süleymanov bu dəfə Masallıya üz tutdu 14-06-2019, 22:32 AFFA ilə sövdələşənlər “Futbol+”i hədəf seçdilər 14-06-2019, 22:31 "Ronaldinyo akademiyası"nın layihəsi qüvvədədi 14-06-2019, 22:30 “Neftçi" Sansone ilə vidalaşdı 14-06-2019, 22:28 Skarlatake daha bir il "Zirə"də 14-06-2019, 22:27 Bu dəfə 5 qapaz... 14-06-2019, 22:17 Yurçeviç xəcalət çəkdiyini bildirib, üzr istədi 14-06-2019, 22:15 Yığma üzvlərinin qiymətləndirməsi 14-06-2019, 22:13 “Bakcell Arena”da azarkeşlər “istefa” tələb etdilər 14-06-2019, 22:11 Yığmanın və AFFA-nın “altını üstünə çevirdilər” 14-06-2019, 22:09 “Qəbələ” birinci divizionun bombardiri ilə anlaşdı 14-06-2019, 22:07 Futbol ictimaiyyəti çıxış yolu göstərdi 14-06-2019, 22:05 Məşqçilər Komitəsinin üzvləri dilə gəldilər Bütün xəbərlər
Ən çox oxunanlar