03 iy 21:10olke

“Səbail”in məşqçiləri 100-ə yaxın futbolçu yoxlayıb

“Səbail”in məşqçiləri 100-ə yaxın futbolçu yoxlayıb
Səttar Əliyev: “Komandada olan boşluqları və çatışmazlıqları gördük”
Hazırlıq dönəmində ikinci qarşılaşmasını keçirən “Səbail” “Sumqayıt”la 2:2 hesablı heç-heçəyə razılaşdı. “Kimyaçılar”la oyundan sonra “şirlər”in baş məşqçisi Samir Əliyevlə danışmaq istəsək də, o klub rəhbərliyi ilə görüşdüyündən istəmizi reallaşdıra bilmədik. Onun yoxluğunda suallarımızı elitanın debütantının məşqçisi Səttar Əliyev cavabladı.
- "Sumqayıt"la 2:2 hesabı sizi razı saldı?
- Bu matçda nəticə bizim üçün o qədər də önəmli deyildi. Çünki hazırlıq dövrü gedir. Biz əsas fikrimizi komandanın fiziki hazırlığına yönəltmişik. Əsas odu, bu gün üçün komandada olan boşluqları və çatışmazlıqları gördük. Hansı oyunçularla yolumuza davam edəcəyik, hansılarını yola salacağıq, bunları da gördük.
- Komanda yeni oyunçular dəvət edəcək?
- 4-5 oyunçu var ki, onlarla danışıqlarımız davam edir. Ayın 10-da Türkiyəyə - təlim-məşq toplanışına yollanacağıq. Orda da 6 yoxlama oyunumuz olacaq. Türkiyədəki toplanışa qədər çalışacağıq ölkədaxili transferləri yekunlaşdıraq. Əsas məqsəd komandanı tam komplektləşdirib, premyer-liqaya hazır etməkdi.
- Hansı oyunçularla yolları ayıracaqsız?
- Komandada baxışda olan oyunçular var. Onlara baxdıq və qərarımızı verəcəyik. Bizi qane etməyən oyunçular var ki, onlarla yollarımızı ayıracağıq. 10 gündə bəlkə də 100 futbolçuya baxmışıq. Onların arasından seçdiklərimiz olacaq.
- Yayılan söz-söhbətlərə görə, “Səbail”ə əcnəbi futbolçu transferinə qadağa qoyulub. Yalnız yerli oyunçularla premyer-liqada mübarizə aparmaq sizə çətinlik yaratmayacaq?
- Kim deyir ki, bizə legioner transferi qadağası qoyulub? Bunu hardan eşitdiyinizi bilmirəm. Ancaq onu deyə bilərəm ki, bu səhv informasiyadı. Növbəti mövsümdə “Səbail”in heyətində legioner oyunçular olacaq. Elə hazırda onlarla danışıqlar davam edir. Ən azı 4 legionerimizin olacağını söyləyə bilərəm. Bu gün meydana çıxan gürcüstanlı futbolçunun oyunu bizi qane etdi. Ən azı ehtiyat oyunçu kimi də olsa, onu saxlamaq fikrimiz var. Ondan başqa, Portuqaliyadan və İtaliya B seriyasından maraqlandığımız oyunçular var. Həmin futbolçular böyük ehtimalla Türkiyə toplanışında komandaya qoşulacaq. Məşqçilər korpusu ilə oturub, seçdiyimiz futbolçularla boşluqları dolduracağıq. Elitada çıxış edəcəyimiz ilk mövsümdə əsas məqsədimiz premyer-liqada yerimizi qorumaq olacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar