03 iy 21:06olke

Samirlərin Sumqayıt duelində qalib müəyyənləşmədi

Samirlərin Sumqayıt duelində qalib müəyyənləşmədi
İyunun 22-də hazırlığa start verən “Sumqayıt” dünən mövsümlərarası fasilədə ilk yoldaşlıq oyununu keçirdi. “Kimyaçılar”ın rəqibi elitanın debütantı “Səbail” idi. Saat 18.00-a nəzərdə tutulan oyun havanın isti olması səbəbindən yarım saat gec, daha dəqiq desək, 18.30-da başladı. Mövsümlərarası fasilədə transfer bazarında fəal olan “ağ-göylər”oyuna bu heyətlə çıxmışdı: Fərhad Vəliyev, Azər Salahlı, Bəxtiyar Həsənalıyev, Rail Məlikov, Tural Axundov, Xəyal Zeynalov, Vüqar Bəybalayev, Rəşad Eyubov, Cavid Tağıyev, Cavid İmanverdiyev, Amil Yunanov. Rəqibin baş məqşçisi Samir Əliyev isə daha çox baxışda olan oyunçulara üstünlük verməyi lazım bilmişdi. Yeri gəlimişkən, onu da xatırladaq ki, meydan sahiblərindən fərqli, “şirlər” fasilə dönəmində artıq ikinci sınaq matçına çıxırdı. Debütant ilk qarşılaşmada yeni “futbol ili”ndə birinci divizionda çıxış edəcəyi söylənilən “Binə” ilə qarşılaşmış və 2:0 hesabıyla qalib gəlmişdi.
“Kapital Bank Arena”da baş tutan qarşılaşmanın ilk dəqiqələri qarşılıqlı hücumlar şəraitində keçdi. Sabiq referi Azad Mütəllimovun idarə etdiyi görüşdə hər iki komanda fərqlənmək üçün irəli atılır, çoxgedişli kombinasiyaları məhsuldar başa çatdırmağa çalışırdı. Ancaq bütün cəhdlərə baxmayaraq, böyük futbol üçün darıxan, sevimli komandasına dəstək üçün tribunalarda yer alan təxminən 300-ə yaxın sumqayıtlı azarkeş ilk yarıda qol görmədi. Hər iki komandanın birinci hissədə fərqlənmək üçün imkanları olsa da, gah müdafiəçilər və qapıçılar inamlı oynayaraq topun qapı xəttini keçməsinə imkan vermir, gah da hücumçular yaxaladıqları qol imkanlarını boşa verməklə yadda qalırdılar. Bu mənada “gənclik şəhəri”nin təmsilçisinin daha çox əlverişli vəziyyəti boşa verdiyini xüsusi qeyd etməyə dəyər. İki epizodda Amil Yunanovun və Cavid Tağıyevin yaxın məsafədən zərbəsindən sonra “Səbail”in müdafiəçiləri “mərmi”ni boş qapıdan çıxarmaqla hesabın dəyişməsinə imkan vermədilər. Ötən mövsüm birinci divizion təmsilçisi “Mil-Muğan”ın şərəfini qoruyan, bu yay paytaxt təmsilçisi ilə anlaşan qolkiper Elxan Əhmədovun inamlı oyununu qeyd etmək yerinə düşər.
Fasilədə hər iki komandanın baş məşqçisi əvəzetmələrə əl ataraq, sərəncamında olan bütün futbolçulara meydana çıxmaq şansı yaratdılar. Çox keçmədən dəyişikliklər bəhrəsini verdi. Matçda hesabı Samir Abasovun yetirmələri açdı. Cinahdan qurulan hücumdan sonra qapı önünə edilən asmanı “kimyaçılar”ın bu yay “Qəbələ”dən icarəyə götürdüyü Ramil Həsənov başla dəqiq qapadı. Ancaq meydan sahiblərinin qol sevinci çox çəkmədi. 7 dəqiqə sonra Şirməmməd Hüseynov “status-kvo”nu bərpa etdi. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun 73-cü dəqiqəsində sumqayıtlılar növbəti dəfə hesabda önə çıxmağı bacardı. Bu dəfə də Həsənov fərqləndi. Taran tipli gənc forvard fiziki üstünlüyündən yararlanaraq müdafiəçiləri qabaqlayıb topu tora qovuşdurdu. Sona 5 dəqiqə qalmış isə Samir Əliyevin komandası bərabərlik topunu vurmağı bacardı. Başa çatan mövsümü birinci divizion təmsilçisi “Zaqatala”da keçirən Emin Mehdiyev cərimə meydançasının daxilində rəqib müdafiəçilərin mövqe səhvindən yararlanaraq komandasına bərabərlik gətirən qolu vurmağa bacardı. Qalan dəqiqələrdə hər iki tərəf irəli atlıb fərqlənmək istəsə də, tablodakı hesab dəyişmədi.
Qarşılaşma heç-heçə başa çatsa da, meydan sahiblərinin daha baxımlı oyun nümayiş etdirdiyini vurğulamaq lazımdı. Yeni mövsümdə premyer-liqada debüt edəcək “Səbail” haqda isə yalnız onu demək olar ki, məşqçilər korpusu axtarışdadı və maksimum dərəcədə çalışır ki, avqustun ortasında start götürəcək çempionat üçün mübarizəyədavamlı kollektiv formalaşdırsın. Sonda onu da bildirək ki, 2016/17 “futbol ili”ndə aşağı dəstənin bombardiri olmuş Oruc Balaşlı da “şirlər”in düşərgəsindədi. Görünür, Ukraynada PRO kateqoriyası almış Əliyev onun elitada da özünü doğruldacağına inanır.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar