02 iy 19:07olke

Mövqeyimiz dəyişməsə də...

Mövqeyimiz dəyişməsə də...
Avrokubokların birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA tsiklin yeni reytinq siyahısını açıqlayıb. Avropanın 55 ölkəsinin yer aldığı cədvəldə müəyyən dəyişikliklər qeydə alınıb. Təmsilçilərimiz “İnter” və “Zirə”nin iyunun 29-da qazandığı qələbələr mövqeyimizi möhkəmləndirib. Düzdü, hesabımıza 0,500 əmsal gətirən iki qələbə sayəsində irəliləyə bilməmişik. Ancaq qazancımızda artım var. Qeyd edək ki, təsnifat mərhələsində qələbəyə 0,250, heç-heçəyə isə 0,125 əmsal verilir. “Zirə”nin evdə Lüksemburq “Differdanj”ını 2:0, “İnter”in səfərdə Serbiya “Mladost”unu 3:0 hesabı ilə yenməsi, başqa sözlə, mövsümün ilk qazancı sayəsində Azərbaycanın ümumi əmsalı 15,250-yə çatıb. Son 5 ilin nəticələrinə görə hesablanan bu rəqəmlə Avropada 23-cü yerdəyik. Hazırda ölkəmiz 22-ci olan Bolqarıstandan cəmi 0,375 əmsal geri qalır. Başqa sözlə, 2 qələbə bu fərqi aradan qaldırmağa yetərli olmayıb. Çünki balkanlıların son oyun günündəki qazancı da 0,500-ə bərabər olub. Bununla belə, müvafiq olaraq, siyahıda 21-ci və 22-ci pillələrdə yer alan Belarusla Bolqarıstan elə də əlçatmaz deyil. Hazırda belarusluların 15.700, bolqarların isə 15.625 əmsalı var. Elə bizim kimi günü 2 qələbə ilə başa vuran Cənubi Kiprin də nəfəsini hiss etməkdəyik. 24-cü pillədə olan adalıların 15.050 əmsalı var. Ölkəmizin reytinq cədvəlində bu qədər irəliləməsində “Qarabağ” və “Qəbələ”nin rolu böyükdü. Məhz onların son illərdəki uğurları sayəsində klublarımız püşkdə daha münasib rəqiblərlə düşür. “Qəbələ”nin mübarizəyə ikinci mərhələdən başlaması da uğurlu nəticələrin mükafatıdı. İndi növbə məhz onlarındı. Cavab görüşlərində də ən azı uduzmayacaqlarına inandığımız “İnter”lə “Zirə”nin ardından “Qarabağ” və “Qəbələ”nin də ikinci mərhələyə uğurlu start verəcəyini gözləyirik.

sıra ölkə 2013/14 2014/15 2015/16 2016/17 2017/18 cəmi təmsilçi sayı
1. İspaniya 23.000 20.214 23.928 20.142 1.714 88.998 7/ 7
2. Almaniya 14.714 15.857 16.428 14.571 1.714 63.284 7/ 7
3. İngiltərə 16.785 13.571 14.250 14.928 2.285 61.819 7/ 7
4. İtaliya 14.166 19.000 11.500 14.250 1.333 60.249 6/ 6
5. Fransa 8.500 10.916 11.083 14.416 1.333 46.248 6/ 6
6. Rusiya 10.416 9.666 11.500 9.200 0.800 41.582 5/ 5
7. Portuqaliya 9.916 9.083 10.500 8.083 1.333 38.915 6/ 6
8. Belçika 6.400 9.600 7.400 12.500 0.800 36.700 5/ 5
9. Ukrayna 7.833 10.000 9.800 5.500 0.800 33.933 5/ 5
10. Türkiyə 6.700 6.000 6.600 9.700 0.800 29.800 5/ 5
11. Hollandiya 5.916 6.083 5.750 9.100 0.800 27.649 5/ 5
12. Çexiya 8.000 3.875 7.300 5.500 0.000 24.675 5/ 5
13. İsveçrə 7.200 6.900 5.300 4.300 0.800 24.500 5/ 5
14. Yunanıstan 6.100 6.200 5.400 5.800 0.000 23.500 5/ 5
15. Avstriya 7.800 4.125 3.800 7.375 0.250 23.350 4/ 4
16. Danimarka 3.800 2.900 5.500 8.500 0.500 21.200 4/ 4
17. Xorvatiya 4.375 6.875 4.500 5.125 0.250 21.125 4/ 4
18. Polşa 3.125 4.750 5.500 3.875 0.500 17.750 4/ 4
19. Rumıniya 6.875 5.125 2.250 3.300 0.000 17.550 5/ 5
20. İsrail 5.750 1.375 2.250 6.750 0.500 16.625 4/ 4
21. Belarus 1.750 5.500 5.125 3.000 0.375 15.750 4/ 4
22. Bolqarıstan 5.625 4.250 1.000 4.250 0.500 15.625 4/ 4
23. AZƏRBAYCAN 2.500 3.625 4.375 4.250 0.500 15.250 4/ 4
24. Cənubi Kipr 2.750 3.300 3.000 5.500 0.500 15.050 4/ 4
25. İsveç 3.200 3.900 4.750 2.750 0.375 14.975 4/ 4
26. Şotlandiya 3.250 4.000 3.000 4.375 0.250 14.875 4/ 4
27. Qazaxıstan 3.125 3.375 4.625 2.750 0.500 14.375 4/ 4
28. Norveç 2.600 2.200 7.250 1.375 0.500 13.925 4/ 4
29. Serbiya 2.500 2.750 4.250 2.875 0.500 12.875 4/ 4
30. Lixtenşteyn 1.000 2.500 5.000 2.500 1.000 12.000 1/ 1
31. Slovakiya 1.625 2.750 3.750 2.125 0.500 10.750 4/ 4
32. Sloveniya 2.625 4.000 1.000 2.250 0.500 10.375 4/ 4
33. Moldova 3.375 1.750 1.250 0.875 0.250 7.500 4/ 4
34. İslandiya 2.500 2.500 1.125 1.000 0.250 7.375 4/ 4
35. Macarıstan 0.875 2.125 1.625 1.875 0.500 7.000 4/ 4
36. Albaniya 2.000 0.875 2.125 0.875 0.250 6.125 4/ 4
37. İrlandiya 0.250 2.000 0.700 2.625 0.500 6.075 4/ 4
38. Finlandiya 0.500 2.400 1.000 1.750 0.375 6.025 4/ 4
39. Bosniya və Hers. 1.500 1.750 1.500 0.500 0.500 5.750 4/ 4
40. Estoniya 1.000 1.500 1.000 1.375 0.250 5.125 4/ 4
41. Latviya 1.625 0.250 1.625 1.375 0.125 5.000 4/ 4
42. Makedoniya 0.500 1.125 1.500 1.250 0.500 4.875 4/ 4
43. Gürcüstan 1.875 1.250 0.625 1.125 0.000 4.875 4/ 4
44. Ermənistan 1.125 0.375 1.625 1.125 0.250 4.500 4/ 4
45. Monteneqro 1.250 0.750 1.000 0.875 0.250 4.125 4/ 4
46. Şim.İrlandiya 0.875 1.375 0.750 0.500 0.500 4.000 4/ 4
47. Lüksemburq 1.500 0.500 0.750 0.750 0.250 3.750 4/ 4
48. Malta 0.875 0.125 0.875 1.250 0.500 3.625 4/ 4
49. Uels 0.750 0.125 1.500 1.000 0.250 3.625 4/ 4
50. Litva 1.250 0.500 0.750 0.500 0.375 3.375 4/ 4
51. Farer adaları 0.875 1.375 0.375 0.375 0.375 3.375 4/ 4
52. Cəbəllütariq 0.000 0.250 0.750 1.500 0.333 2.833 3/ 3
53. Andorra 0.333 0.500 0.166 0.166 0.000 1.165 3/ 3
54. San Marino 0.333 0.000 0.000 0.000 0.000 0.333 3/ 3
55. Kosovo 0.000 0.000 0.000 0.000 0.000 0.000 2/ 2
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar