26 dek 16:50olke, manset

“Qəbələ” Avroliqadan qazandığının müəyyən hissəsini transferə ayıracaq

“Qəbələ” Avroliqadan qazandığının müəyyən hissəsini transferə ayıracaq
Fariz Nəcəfov: “Ölkədə baş verən son proseslər işimizi tam sürətlə görməyə imkan vermir”

Klublar Komitəsinin iclasından sonra “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərin əhatəsinə düşdü. “Qırmızı-qaralar”ın vitse-prezidenti 2016-ci ili dəyərləndirməklə yanaşı, komandanın qış planlarına da toxundu.
- Klublar Komitəsinin bugünkü iclasında yeni sədr seçildi. Necə oldu ki, hamı yekdilliklə Kamran Quliyevə səs verdi?
- Bəzi klubların, o cümlədən də mənim namizədliyimi irəli sürməmək hüququm var idi. Nəticədə 3 klub rəsmisi qaldı və “Sumqayıt” rəhbəri qalib gəldi.
- 2016-cı ilə artıq yekun vurulur. “Qəbələ” üçün ili necə dəyərləndirirsiz?
- “Qəbələ” ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atdı. Həmçinin ötən ildən fərqli, bu mövsüm çempionatda daha uğurlu çıxış edirik. Sözsüz ki, Avroliqada qrupa düşdükdən sonra daha yaxşı nəticələr gözləyirdik. Amma bəzi səbəblər buna mane oldu. Ehtiyat oyunçular skamyasının qısa olması və başqa səbəblərdən istədiyimiz qədər xal toplaya bilmədik. Ümumilikdə “Qəbələ”nin il ərzindəki çıxışını uğurlu sayıram. Ümid edirəm ki, bunu növbəti ildə də davam etdirə biləcəyik.
- Bildiyimiz qədər hücumçu axtarışındasız. Transfer danışıqlarınız nə yerdədi?
- Bəli, iki futbolçu ilə güclənmək fikrimiz var. Axtarışlar davam edir, hələlik konkret bir ad yoxdu. Avroliqadan qazandığımız pulun müəyyən hissəsini transferlərə xərcləmək istəyirik.
- Qış fasiləsində düşərgəni tərk edən olacaq?
- Ola bilər. Əslində bizdə futbolçu çatışmazlığı var. Ola bilsin, heç kimlə yolları ayırmadıq. Amma bu məsələdə son sözü baş məşqçi deyəcək. Bu barədə onunla hələ danışığımız olmayıb.
- İcarə əsasında başqa klublara verdiyiniz futbolçuların komandaya qaytarılması gündəmdədi?
- Həmin futbolçuları birillik icarəyə vermişik. Qaytarmaq ehtimalımız yoxdu. Amma çox istərdik ki, “Sumqayıt”dan Yusif Nəbiyevi qaytaraq. Ola bilər ki, heyətdəki bir neçə gənc oyunçunu da icarəyə verək. Çünki futbolçu az oynadıqda onda geriləmə müşahidə olunur. Adları baş məşqçiylə də razılaşdırmışıq. Amma tam dəqiq deyə bilmərəm.
- Sadiq Quliyev “Zirə”də əsas heyət üzvü olsa da, “Qəbələ”yə qayıtdıqdan sonra nadir hallarda meydana çıxır. Düşünmürsüz ki, onun “Zirə”də qalması daha yaxşı olardı?
- Sadiqi yenə hansısa komandaya icarəyə vermək istəyirdik. Çox təəssüf ki, “Zirə”də bir qədər uğursuz çıxışı onun başqa komandaya getməsinə imkan vermədi.
- “Qəbələ” iki ildi Avroliqada ev oyunlarını Bakıda keçirir. Qəbələdəki yeni stadionun inşası ilə bağlı son durum nə yerdədi?
- Çox gözəl sualdı. Kaş bu suala müsbət cavab verə biləydim. Təəssüf ki, ölkədə baş verən son proseslər işimizi tam sürətlə görməyə imkan vermir. Cari mövsümdə də qitəmiqyaslı turnirlərə vəsiqə qazansaq, ev oyunlarımızı Bakıda keçirmək məcburiyyətindəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar