30 in 22:42olke

Tofiq Rzayevin xatirə turniri başa çatdı

Tofiq Rzayevin xatirə turniri başa çatdı
Abdulla Məmmədov: “Biz də sizin kimi təmir işlərinin başlayacağı günü gözləyirik”
Srağagün Sumqayıtda əməkdar məşqçi Tofiq Rzayevin xatirəsinə həsr olunan futbol turnirinə start verilib. Gənclər və İdman Nazirliyi, Sumqayıt Cənclər və İdman Baş İdarəsi və Şimal Regional Futbol Federasiyasının birgə təşkil etdiyi yarışa Sumqayıt, Bakı, Xızı, Şamaxı və Şabranı təmsil edən 14 komanda qatılmışdı. İki gün davam edən turnir dünən başa çatdı. 3-cü yer uğrunda keçirilən matçda paytaxtı təmsil edən “Leon” “Uğur”u penalti seriyasında üstələyərək bürünc medallara sahib çıxdı. Turnirin həlledici qarşılaşmasında isə Bakının iki klubu - “Vətən” və “İnter” üz-üzə gəldi. Yetərincə maraqlı idman mübarizəsində keçən qarşılaşmanın əsas vaxtında hesab 1:1 oldu. Yarışın Əsasnaməsinə uyğun olaraq, qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyuldu. “Lotereya”da isə “Vətən”in U-10 komandası daha dəqiq oldu və ikinci dəfə keçirilən tunirin qalibi adına sahib çıxdı. Yarışın mükafatlandırma mərasimində fərqlənən komandalara Sumqayıt Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok və medallar, qiymətli hədiyyələr təqdim olundu. Bağlanış mərasimindən sonra Şimal Regional Futbol Federasiyasının (ŞRFF) prezidenti Abdulla Məmmədovla söhbətləşmək imkanını boşa vermədik.
- Ötən il bu turnirin təşkilatçısı Şimal Regional Futbol Federasiyası olsa da, bu dəfə bu missiyanı Gənclər və İdman Nazirliyi öz üzərinə götürüb. Rəhbəri olduğunuz qurumun yarışı təşkil etməyə gücü çatmadı, yoxsa başqa səbəblər var?
- Şimal Regional Futbol Federasiyası il ərzində neçə-neçə bu cür turnir təşkil edir. Bu işdə bizə həm AFFA, həm də Sumqayıt Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Baş İdarəsi dəstək verir. Qeyd etdiyiniz kimi, ötən il rəhmətlik Tofiq Rzayevin xatirə turnirini ŞRFF keçirmişdi. Çox sevindirici haldı ki, bu il sözügedən yarış Gənclər və İdman Nazirliyinin təqvim planına salınıb və turniri birgə təşkil etdik. Açılış mərasiminə Rzayevin ailə üzvləri ilə yanaşı, şəhərin bir çox tanınmış şəxsləri, rəhmətliyin yetirmələri qatılmışdı. Onlardan Mehman Yunusovu, Aqil Məmmədovu, İsmayıl Məmmədovu, Elşən Poladovu qeyd edə bilərəm. Ümumiyyətlə, Sumqayıt futbol məktəbinin formalaşmasında Tofiq müəllimin böyük zəhməti olub. Onun bir çox yetirmələri ölkənin aparıcı klublarının, yığmanın şərəfini qoruyublar. Fikrimcə, onun kimi insanlar daim xatırlanmalıdı. Bu turnirin keçirilməsində əsas məqsəd Rzayevin xatirəsini daim yaşatmaqdı.
- Ötən il təşkil olunan ilk turnirdə iştirakçıların sayı budəfəkindən az idi. İldən-ilə, deyəsən, turnirin miqyası daha da genişlənir. Bundan başqa, demişdiz ki, çalışacağıq bu turnirə beynəlxalq status qazandıraq. Bu yöndə hansısa işlər görülür?
- Açılış mərasimindən sonra bu məsələ ilə bağlı Sumqayıt Cənclər və İdman Baş İdarəsinin rəisi Mübariz Bəşirov və başqa rəsmi şəxslərlə söhbətimiz oldu. Onlar da gələcəkdə turnirə qonşu ölkələrdən komandalar dəvət olunmasının vacibliyini qeyd etdilər. Cəmi ikinci dəfə keçirilən turnirə marağın böyük olduğuna, Bakı və bölgə təmsilçilərinin yarışa necə həvəslə qatıldığına siz də şahidlik etdiz. Oyunların şəhərin əsas arenası sayılan Mehdi Hüseynzadə adına stadionun təbii örtüklü meydanında keçirlməsi də xüsusi qeyd olunmalıdı. Buna görə şəhər rəhbərliyinə xüsusi təşəkkür etmək istəyirəm. Hər halda, isti havalarda yaşıl otda top qovmaq süni meydançada futbol oynamaqdan daha yaxşıdı. Ola bilər ki, növbəti ildən turnirə Dağıstan və Gürcüstandan da komandalar qatılsın.
- Mehdi Hüseynzadə adına stadiondan söz düşmüşkən, bir məsələyə də toxunmaq istərdik. Bu ilin martından arenada təmir işlərinə start veriləcəyi gözlənilsə də, bu yöndə irəliləyiş yoxdu. Baxmayaraq ki, artıq stadionun ətrafında təhlükəsizlik hasarları da çəkilib.
- Əslində “Mehdi Hüseynzadə”də təmir işlərinə martın ortalarında başlanılmalıydı. Hətta işləri görəcək şirkətin nümayəndələri dəfələrlə arenaya baş çəkib, layihə-smeta işləri görüblər. Sonradan bildirildi ki, İslam Həmrəyliyi Oyunları ilə bağlı işlər bir qədər yubanacaq, daha dəqiq desək, iyunda başlayacaq. Lakin yenə səs-soraq çıxmadı. Biz də sizin kimi təmir işlərinin başlayacağı günü gözləyirik. Sonuncu dəfə bizə bildirilib ki, iyulda bu məsələyə nöqtə qoyulacaq. Ümid edirəm ki, gələn ay artıq arzumuza çatacaq, usta və işçiləri iş başında görəcəyik.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar