30 in 20:01olke, reportaj

“Zirə”dən gözəl debüt və tarixi qələbə

“Zirə”dən gözəl debüt və tarixi qələbə
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyun
Zirə - Differdanj (Lüksemburq) 2:0 (1:0)

1. Anar Nəzirov (k)
28. Təmkin Xəlilzadə
3. Jozef Bum
23. Yovan Krneta
14. Qabriel Matey
(5. Adil Nağıyev, 81)
8. Milan Duriç
11. Viktor İbokoyi
(4. Vüqar Mustafayev, 61)
9. David Manqa
7. Orxan Əliyev
(6. Rəşad Sadiqov, 46)
10. Kervens Belfort
43. Riçard Qadze
Ehtiyat oyunçular
85. Kamal Bayramov
13. Aleksandr Şemonayev
39. Sadiq Quliyev
99. Nicat Qurbanov
Baş məşqçi: Ayxan Abbasov

30. Jülyan Veber
4. Andre Rodriges
12. David Flerival
19. David Vandenbruk
21. Matias Yeniş (k)
25. Cofri Franzioni
27. Duayn Holter
28. Munir Hamzaui
(6. Farid İkene, 79)
7. Yannik Bastos
(34. Şadli Amri, 61)
11. Kotye Karon
(9. Nikolas Peres, 70)
17. Jordan Yeye
Ehtiyat oyunçular
1. Patik Vorre
15. Culiano Cekson
20. Jill Betmer
23. Canliuka Bey
Baş məşqçi: Paskal Karzaniya
Qollar: R.Qadze, 22 (1:0). K.Belfort, 80 (2:0).
Vərəqələr: M.Duriç, 29. A.Rodrigez, 40.
Hakimlər: DANİYAR SAXİ, Yuri Tixonyuk, Alibek Aubakirov, Marat İskakov (hamısı Qazaxıstan).
Hakim-inspektor: İqor Satki (Moldova).
UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə).
29 iyun. Mərdəkan. Dalğa Arena. 4650 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.

23 (11) qapıya (“çərçivə”yə) zərbə 8 (2)
5 korner 4
6 ofsayd 1
12 qayda pozuntusu 14
1 vərəqə (qırmızı) 1

“Zirə” Avroliqada ilk oyununu keçirirdi. “Qartallar” beynəlxalq arenadakı debüt matçında uğurlu nəticəyə köklənmişdi. Abbasovun komandası elə də güclü rəqib sayılmayan “Differdanj”la görüşdə qələbə qazanmaq niyyətində idi. Düzdü, qəsəbə təmsilçisindən fərqli olaraq Lüksmeburq klubunun avrokubok təcrübəsi yetərincə idi. Bu komanda 2007-ci ildən beynəlxalq oyunlar keçirir. Həmçinin “Differdanj” daha öncə təsnifat mərhələlərində bir sıra tanınmış klubları yolundan kənarlaşdıra bilib. Elə bu üzdən Abbasov bir gün öncə təşkil olunan mətbuat konfransında rəqibə yuxarıdan aşağı baxmağın doğru olmadığını söyləmişdi. Lakin o bunu qorxaqlıq kimi yox, bəzi reallıqları nəzərə alaraq dilə gətirdiyini demişdi. Bir sözlə, təmsilçilərimizin avrokubok mübarizəsi məhz “Zirə”nin oyunu ilə start götürürdü. “Qartallar”ın heyətinə gəlincə, Abbasov start “11-lik”də bu yay transfer edilən 4 legionerin hamısına şans vermişdi. Bu bir qədər riskli görünsə də, necə olacağını 90 dəqiqə göstərəcəkdi. Qeyd edək ki, son olaraq heyətə cəlb olunan Mateyin adı bir gün öncə sifariş ərizəsinə əlavə edilmişdi.
Oyunun startında hər iki komandanın üzvləri müəyyən mənada həyəcanlı görünürdü. Bu isə ötürmələrdə tez-tez səhvlərə yol verilməsi ilə müşayiət olunurdu. Get-gedə təzyiqi artıran “Zirə” 4-cü dəqiqədə “Differdanj”ın qapısı qarşısında təhlükə yarada bildi. Orxan cərimə zərbəsindən topu qapı önünə ötürdü, Kervensin başla vuruşu o qədər də effektli alınmadı. 8-ci dəqiqədə isə hakim əllə oyuna görə təhlükəli nöqtədən qonaqların qapısı istiqamətində cərimə zərbəsi təyin etdi. Manqa birbaşa “çərçivə”ni nişan alsa da, vuruşu qeyri-dəqiq alındı. 14-cü dəqiqədə isə İbokoyi diqqət mərkəzinə düşdü. Onun uzaqdan zərbəsindən sonra qapıçı topu tutmaqda çətinlik çəkmədi. “Differdanj” bunun cavabını dərhal verdi. Keronun vuruşundan sonra “mərmi” hədəfdən yan keçdi. Cəmi 1 dəqiqə sonra “Zirə”nin qapısı önündə daha bir təhlükəli epizod yaşandı. Müdafiəçilər inamsız oynasa da, Nəzirov etibarlı çıxışla komandasının xilaskarı oldu. Maraqlıdı ki, bu dəqiqələrdə lüksemburqlular təzyiqi artırmışdı. 17-ci dəqiqədə Yeyenin zərbəsindən sonra top cüzi fərqlə qapının yanından keçdi. Nəhayət, 22-ci dəqiqədə “qartallar” arzuladığı qolu vurdu. Cərimə meydançası daxilində Belfortun ötürməsindən sonra Qadze topu tora qovuşdurdu. Təbii, belə anda Abbasovun komandasının hesabı öz xeyrinə dəyişməsi vacib amil idi. 27-ci dəqiqədə Orxanın vuruşu yaddaqalan alınsa da, “Differdanj”ın qolkiperi səhvsiz oynadı. 31-ci dəqiqədə isə meydan sahibləri növbəti qola çox yaxın idi. Orxanın qapıya paralel ötürməsindən sonra Manqa əla zərbə ilə topu “çərçivə”yə ünvanlasa da, qapıçı əla reaksiya nümayiş etdirdi. Bundan sonra bir müddət qonaqlar üstün oyun sərgilədi. Lakin Karzaniyanın yetirmələri son anda dəqiqlik və soyuqqanlılıq göstərə bilmirdi. 41-ci dəqiqədə isə əvvəlcə Qadze diqqət mərkəzinə düşsə də, effektli zərbə endirə bilmədi. Hücumun davamında Belfort aşırma vuruşla bəxtini sınasa da, qapıçı topu tora daxil olmasına imkan vermədi. Bu ilk yarıdakı sonuncu yaddaqalan epizod idi.
Fasilədən dərhal sonra Orxanı Rəşad əvəzlədi. İkinci hissənin əvvəlləri bir qədər sakit məcrəda keçdi. Mübarizə daha çox meydanın mərkəzində gedirdi. 51-ci dəqiqədə Qadze rəqibin cərimə meydançasında yerdə qalsa da, həmin vəziyyətdə penaltidən öshbət gedə bilməzdi. Çox keçmədən “Zirə” rəqib qapısı qarşısında ardıcıl iki təhlükəli an yaratdı. İbokoyinin sevinməsinə Veber mane oldusa, Duriçin uzaqdan zərbəsi dəqiq alınmadı. Görünür, Viktorun o qədər də yaxşı təsir bağışlamaması baş məşqçinin gözündən də yayaınmamışdı. Abbasov onu meydandan alıb, Vüqarı döyüşə atdı. 64-cü dəqiqədə isə “Zirə” daha bir real qol vəziyyəti yaratdı. Duriç cərimə zərbəsindən birbaşa qapını nişan alsa da, “çərçivə qoruyucusu” topu qaytardı. Özünü yetirən Qadze qapıçını aldatsa da, boş qapıya “düşə” bilmədi. Halbuki Riçard son zərbə anına qədər hər şeyi yaxşı etmişdi... Bundan sonra “Differdanj” təzyiqi bir qədər artırdı. Ancaq qonaqların həmlələri məntiqi sonluqla tamamlanmırdı. 75-ci dəqiqədə Manqa topu uzaq küncə ünvanlasa da, zərbəsində dəqiqlik çatmadı. 80-ci dəqiqədə isə yerli azarkeşlər yenidən ayağa qalxdı. Qadzenin asamasından sonra Belfort əla baş zərbəsi ilə rəqib qapısına yol tapdı. Kervens cəmi 3 dəqiqə sonra iti bucaq altında topu “çərçivə”yə yönəltdi, lakin qapıçı qola imkan vermədi. Ardınca Adilin başla vuruşu yaddaqalan, ancaq qeyri-dəqiq idi. 89-cu dəqiqədə Təmkin də bəxtini sınamaq qərarına gəldi. Lakin “Differdanj”ın qolkiperi onun sevinməsinə imkan vermədi. Qonaqlar bu həmlənin cavabını dərhal verdi. Peresin vuruşundan sonra top dirəyə tuş gəldi. Son saniyələrdə isə oyunun ən yaxşılarından olan Qadze dublunu rəsmiləşdirməyə yaxın idi. O, üç müdafiəçinin əhatəsindən məharətlə çıxsa da, qapıçını keçə bilmədi. Vüqarın təkrar vuruşu isə effektli alınmadı. Beləliklə, “Zirə” Avroliqadakı debüt oyununda inamlı qələbə qazandı. Lüksemburq təmsilçisinə iki cavabsız qolla qalib gələn “qartallar” “növbəti mərhələnin qapısını araladı” desək, yanılmarıq. Abbasovun komandası qapısını toxunulmaz saxlamaqla, səfər qarşılaşmasına böyük üstünlüklə yollanacaq. Bu, klub tarixinə avrokuboklarda ilk qələbə kimi yazıldı. Qadze isə komandanın beynəlxalq arenadakı ilk qolunun müəllifi oldu.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar