28 in 17:01olke

Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək

Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək
Elnur Quliyev: “Azarkeş olaraq tribunada oturub onları dəstəkləmərik”

Cari avrokubok mövsümünün startına sayılı günlər qalıb. Üç gündən sonra, dəqiq desək, cümə axşamı Avroliqanın birinci mərhələsində iştirak edəcək “İnter”lə “Zirə” çığıraçan rolunu oynayacaq. Həmin komandalar ki, ötən yay da avrokubok həyəcanını hiss etməliydi. Sadəcə, müxtəlif səbəblərdən haqq etdikləri mübarizəyə özləri yox, “Neftçi”ylə “Kəpəz” qoşulmuşdu.
Bu iki təmsilçimizin çıxışından çox şey asılı olacaq. İstər azarkeşləri sevindirmək, həm də “qatarın digər iki sərnişini“ – “Qarabağ”la “Qəbələ”ni ruhlandırmaq baxımından. İyunun 29-da “Zirə” “Dalğa Arena”da “Differdanj”ı qonaq edəcəyi halda, “İnter” Serbiyada “Mladost”un qonağı olacaq. İyulun 6-da isə məkanların adı dəyişəcək. Yəni bu dəfə “ağ-göylər” “Dalğa”da “Mladost”a yerini göstərməyə çalışacaq. Bu isə o deməkdi ki, hər iki komandanın azarkeş dəstəyinə ehtiyacı var. Oyunlar “İnter Arena”da, “Bakcell Arena”da, yaxud “Tofiq Bəhramov”da keçirilsəydi, tərəfdar sayı baxımından ciddi narahatlıq olmazdı. Adı çəkilən stadionların azı 50 faizinin dolacağına ümid edərdik. Amma söhbət paytaxtın mərkəzindən uzaq Mərdəkanda yerləşən “Dalğa”dan gedirsə, bu baxımından vəziyyətin ürəkaçan olmayacağını güman etmək olar. Necə ki, ötən yay “Kəpəz”in “Daçiya” və “Admira Vakker”lə matçlarında stadionun yarısı belə dolmamışdı.
Premyer-liqada bir-birinə rəqib olmalarına baxmayaraq, avrokubok matçları zamanı yerli komandaların azarkeşlərinin qarşılıqlı dəstək verdiyinə az şahidlik etməmişik. Düzdü, kimsə buna borclu deyil. Sadəcə, ölkənin və klubların adı naminə bəzən belə addım atanlar olub. Maraqlıdı, bu dəfə necə olacaq? “Neftçi”nin, “Kəpəz”in, yaxud “Qarabağ”ın fanatları Mərdəkana yollanıb “İnter”lə “Zirə”yə xüsusi dəstək verəcək? Bu sualla bir neçə fanklub üzvü ilə əlaqə saxlasaq da, fərqli cavablar aldıq.
Adil Məmmədov, “Xəmsə”nin rəhbəri: “Kəpəz”in “Daçiya” ilə Bakıdakı oyunu yadınıza gəlir? “Xəmsə”nin rəhbəri olaraq premyer-liqadakı rəqiblərimizin fanklublarına stadionda “Kəpəz” dəstək verməklə bağlı müraciət etmişdim. Çağırışıma qarşılıq verən olmadı. Düzdü, bəziləri fərdi şəkildə gəlmişdi, kütləvilik görmədim. Klublarımız və millimiz beynəlxalq arenalara ayaq açan gündən hər zaman təmsilçilərimizin yanında olmağa, dəstək verməyə çalışmışam. Bunun üçün əlimdə şəkilli sübutlarım da var. Bunu nəzərə alıb ötən yay çağırışıma səs verməyənlərdən çox incidim. Ona görə də fanklub olaraq heç bir təmsilçimizi stadionda dəstəkləməyəcəyik. Kimsə fərd olaraq getmək istəsə, öz işidi, qarışa bilmərəm. İstəyər “Qarabağ”ı dəstəkləyər, “Qəbələ”ni, yaxud “İnter”lə “Zirə”ni, özü bilər. Ancaq “Xəmsə” fanklubu olaraq getməyəcəyik. Yalnız yığmanın oyunları zamanı stadionda fəallıq göstərəcəyik. Avrokuboklarda isə “Kəpəz”dən başqa heç bir komandanı dəstəkləməyəcəyik. Fürsətdən istifadə edib hər birinə uğurlar arzulayıram”.
Elnur Quliyev, “İmarət”in İdarə Heyətinin üzvü: “Dünyada belə bir təcrübə var ki, eyni ölkənin bir yana, hətta eyni şəhərin təmsilçiləri olsa belə, rəqiblər bir-birinə dəstək nümayiş etdirmir. Belə deyim, daxili arenadakı rəqabət və mübarizə istənilən turnirdə özünü göstərməlidi. Biz də bunu nəzərə alıb prinsiplərimizə sadiq qalmağa çalışırıq. “İmarət”in elə üzvləri vardı ki, xarici klubları dəstəklədiyini hansısa mənada biruzə verirdi. Stadionda olmasa da, sosial şəbəkədə bunu görürdük. Artıq belə halların qarşısını almağa çalışırıq. Hər bir azarkeşin bir komandası olmalıdı. “İmarət”in üzvüsənsə, ürəyin “Qarabağ”la döyünməlidi. Başa düşürük, “Qəbələ”, “İnter”, “Zirə” də ölkəmizi təmsil edir, futbolumuzun inkişafı üçün çalışırlar. Bu başdan hər birinə uğurlar arzulayırıq. Amma azarkeş olaraq tribunada oturub onları dəstəkləmərik. Bu dəqiqə “İmarət”in diqqəti “Samtredia” ilə oyunlara yönəlib. Xüsusilə də səfər qarşılaşmasına. İdarə Heyətinin son iclasından sonra belə qərar qəbul olundu ki, bütün əməyimizi Tiflisdəki görüşə sərf edək. İki il əvvəl “Qəbələ” ilə “Dinamo” arasında baş tutan oyun ərəfəsində nələrin yaşandığını unutmamışıq. Qarabağ adının necə ağır olduğunu bilirsiz. Gürcüstanda da kifayət qədər erməni yaşayır. Qarabağın adı onlarda qıcıq doğurur. Ona görə də Tiflisə tam tərkibdə yollanmağı düşünürük”
Sübhan Əliyev, “Forza Neftçi”nin rəhbəri: “Əvvəla, ölkəmizi avrokuboklarda təmsil edən hər bir təmsilçimizə fanklub adından uğurlar arzulayıram. İnşallah, hər biri uğuru ilə ölkə futbolsevərlərini sevindirər. Amma bizim sevdiyimiz, könül verdiyimiz, dəstəklədiyimiz komandanın adı “Neftçi”di. Tribunada dəstək verəcəyimiz tək komanda məhz “Neftçi” ola bilər, başqa heç biri. Ona görə də qrup şəklində Mərdəkana gedib “İnter”i, yaxud “Zirə”ni dəstəkləməyi düşünmürük. Fərd olaraq kimsə gedib futbola baxmaq istəyər, öz işidi, heç kim söz deyə bilməz. Amma söhbət “Forza Neftçi”nin kütlə şəklində tribunada yer almasından gedirsə, bu baş verməyəcək”.
Sənan Mirzəyev, “Sumqayıt” fanklubunun rəhbəri: “Komandanın adından asılı olmayaraq, hamısı Azərbaycan təmsilçiləridi. Azərbaycanın və ölkə futbolunun naminə biz onların yanındayıq. “Sumqayıt” fanklubunun adı varsa, biz orda qrup şəklində iştirak edirik, pərakəndəlik ola bilməz. Bu məsələylə bağlı klub rəhbərliyi ilə məsləhətləşməyimiz vacibdi. Rəhbərlik icazə versə, mütləq gedəcəyik”.
Elvin Qurbanov, “Red Black Army”nin üzvü: “Düzünü desəm, mən işlə bağlı Mingəçevirdəyəm. Burda işləyirəm. Ona görə də bu aralar Bakıya gedə bilmirəm. Bakıda üzvlərimiz var. Onlardan 5-6 nəfər “İnter”in oyununda stadionda olacaq. Ancaq fanklub şəklində yox, adi azarkeş, azərbaycanlı kimi dəstək verəcəklər. “İnter”in azarkeşləri arasında Elnur, Əhməd var, münasibətimiz yaxşıdı. Bizim uşaqlar “İnter”lilərin yanında olacaqlar. Dediyim kimi, fanklub olaraq dəstək verə bilməyəcəyik”.
HƏBİB
Oxşar xəbərlər:
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar