25 in 22:43olke

“Dalğa Arena” avrokubok oyunlarına hazırdı

“Dalğa Arena” avrokubok oyunlarına hazırdı
Vüqar Haşımov: “Otun durumunu gəlib özünüz görəcəksiz”

Yay aylarında ölkəmizdə kəskin istilərin olması heç kimə sirr deyil. Düzdü, hazırda havanın hərarəti o qədər də yüksək deyil. Gah gün çıxır, gah yağış yağır, gah da hava, sadəcə, buludlu keçir. Lakin qarşıdakı günlərdə, həftələrdə havanın getdikcə istiləşəcəyi gözlənilir. Havanın istiləşməsi yalnız adamların narahatlığına səbəb olmur. Bu həm də ölkə ərazisindəki təbii örtüklü stadionlara ziyandı. Adətən, yay aylarında yandırıcı Günəş şüası stadionların otunu saraldır, onu yararsız hala salır. Bu üzdən bəzi arenalarda matçların keçirilməsi mümkün olmur.
Qarşıdan Avroliqanın birinci təsnifat mərhələsinin oyunları gəlir. Ölkəmizi birinci mərhələdə “İnter” və “Zirə” təmsil edəcək. Hər iki komandanın ev oyunlarını keçirdiyi stadionlar süni örtükdən ibarət olduğuna görə komandalar avrokubok matçlarını məcburiyyət üzündən fərqli məkana salmalı olublar. Maraqlıdı ki, həm “İnter”, həm də “Zirə” ev oyunlarını eyni stadionda - Mərdəkanda yerləşən “Dalğa Arena”da keçirəcək. Adı çəkilən arenada sabiq “bankirlər” iyunun 29-da Serbiya “Mladost”unu, düz bir həftə sonra isə “qartallar” Lüksemburq “Differdanj”ını qəbul edəcək. Görəsən, təxminən bir ay əvvəl İslam Həmrəyiliyi Oyunlarınında bir neçə futbol matçını qəbul edən “Dalğa Arena” Avroliqa matçlarına hazırdımı?
Dünən bu suala cavab tapmaq üçün stadionun direktoru Vüqar Haşımovla danışmağı lazım bildik. Onun sözlərinə görə, İslamiadadan sonra stadionun ot örtüyündə renovasiya işləri aparılıb: “İslam Həmrəyliyi Oyunlarından sonra stadionun ot örtüyündə bəzi işlər görüldü. Yəni renovasiya işləri. Hər gün ota yüksək səviyyədə qulluq olunur. Bəli, bəzən olur ki, gün otu yandırır. Lakin hazırda havalar o qədər də isti deyil. Bu üzdən ot tam yaşıldı. Qarşıdakı günlərdə havalar istiləşsə belə, biz otu yüksək səviyyədə saxlamağa çalışacağıq. Odu ki, “Dalğa Arena” Avroliqa oyunlarını qəbul etməyə tam hazırdı. Heç bir narahatlığa əsas yoxdu. Qarşıda “Zirə” və “İnter”in oyunları var. Otun durumunu gəlib özünüz görəcəksiz”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı Dünən, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” Dünən, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı Dünən, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır Dünən, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? Dünən, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb Dünən, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir Dünən, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır Dünən, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? Dünən, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq Dünən, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi Dünən, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır Dünən, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? Dünən, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi Dünən, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb Dünən, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar