23 in 20:12olke

Əliyar FİFA karyerasına sıfırdan başlayır...

Əliyar FİFA karyerasına sıfırdan başlayır...
Xaqani Məmmədov isə susur

Xəbər verdiyimiz kimi, beynəlxalq dərəcəli hakimlərimiz qitəmiqyaslı klub turnirlərində 2017/18 mövsümünün ilk təyinatını alıblar. Belə ki, Rəhim Həsənov iyunun 29-da Avroliqanın birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Ventspils” (Latviya) – “Valur” (İslandiya) görüşündə ədaləti qoruyacaq. Bu qarşılaşmanın laysmanları Yaşar Abbasovla Vaqif Musayev, dördüncü hakimi Rauf Cabarov olacaq. İyunun 7-də 21 yaşlılar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belarus – San Marino (1:0) oyununa təyinat alan Ömər Paşayev isə ayın 29-da “Kayrat” (Qazaxıstan) – “Atlantas” (Litva) qarşılaşmasını idarə edəcək. Ona Namiq Hüseynovla Mübariz Haşımov kömək edəcək. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Əliyarı ehtiyat hakim kimi görmək üzücüdü. Biz əslində ən istedadlı hakimimizin 1-ci kateqoriyaya yüksəlməsini, sorağının ÇL-in və Avroliqanın qrup mərhələsinin oyunlarından gəlməsini gözləyirik. Ancaq nə baş verirsə, Ağayevə baş hakim kimi nəinki sanballı oyunlara, seçmə mərhələ görüşlərinə belə təyinat gəlmir. Sanki qarşısından “qara pişik” keçib və ya nəzərə gəlib. Ötən il o, çox irəli getmişdi.
Ağayevin təyinat aldığı beynəlxalq oyunların xronologiyasına baxsaq, geriləmə gözlənilməz oldu. FİFA referisi kimi ilk ilində - 2013-də müxtəlif turnirlər çərçivəsində 8 oyuna təyinat almışdı. U-17 və U-21-lərin, eləcə də Avroliqada 1-ci mərhələ görüşünə, milli komanda səviyyəsində isə yoldaşlıq oyununa dəvət almasında qeyri-adi heç nə yox idi. Bu, ilk il üçün normal hal sayılır.
2014 və 2015-ci illərdə təyinat sayının 7-yə enməsinə baxmayaraq, referimizin prinsipcə yeni mərhələyə yüksəldiyini hiss etmək çətin deyildi. U-17-lərin Avropa çempionatında qrup mərhələsinin görüşlərini idarə etməsi, ÇL-in 2-ci təsnifat mərhələsinin oyununa göndərilməsi ona etimadın artmasına dəlalət edirdi.
Əliyar Ağayevin 5 illik beynəlxalq karyerasında 2016 hələ ki ən parlaq, sıçrayış müşahidə olunan il oldu. FİFA referisi ötən il 12 təyinat aldı. Həm də onu 6 müxtəlif turnirdə iş başında izlədik. Gənclər Liqasından tutmuş U-19-un, U-21-in, Avroliqanın, DÇ-nin oyunlarında, həmçinin iki güclü yığmanın üz-üzə gəldiyi yoldaşlıq görüşündə fit çalan Əliyarın xüsusilə Almaniyada təşkil olunan 19 yaşlılar arasında Avropa çempionatında iştirakı xüsusi qeyd olunmalıdı. İstedadlı referinin yeniyetmələrin yarışında finalda fit çalması artıq kateqoriyada irəliləməyi labüd edirdi.
Ancaq 2017-ci ildə UEFA cəmi bir oyunda baş hakim kimi onun xidmətinə ehtiyac duyub. O da martın 7-də Gənclər Liqası çərçivəsində baş tutan 1/4 finalın ÇSKA – Benfika görüşüdü. Əvvəlki illərə nəzər yetirsək, Əliyar ilin müvafiq dövründə artıq 2-3 matça təyinat almış olurdu.
Bu yaxınlarda isə UEFA 2017/18 mövsümünün ilk yarısı üçün futbol hakimlərinin kateqoriyalarını açıqladı və FİFA referimizin adını birinci kateqoriyaya salmadı. Halbuki Xaqani Məmmədov Əliyarın birinci kateqoriyaya keçəcəyini hələ 2016-cı ilin dekabrında demişdi. Məmmədov qəzetimizə verdiyi açıqlamada bunu guya UEFA Hakimlər Komitəsinin Azərbaycan üzrə kuratoru Nikolay Levnikova istinadən bildirmişdi. Ancaq qışda siyahıda dəyişiklik baş vermədi və komitə sədri iyunda irəliləyişin mütləq gerçəkləşəcəyini açıqladı. Əliyar Ağayev özü isə FİFA-nın onu ikinci kateqoriyada saxlamasından baş açmadığını dilə gətirmişdi: "Birinci kateqoriyalı hakimlərin siyahısına keçə bilməməyimin səbəbi özümə də maraqlıdı. Fevralda İspaniyanın Malaqa şəhərində UEFA-nın təşkil etdiyi təlim-məşq toplanışında yüksək səviyyədə iştirak etmiş və normativlərdən də uğurla keçmişdim. Həm də təyinat aldığım oyunlardan yüksək qiymətlər almışdım. Gözləyirdim ki, yeni mövsümdən birinci kateqoriyalı referilər siyahısında olacam. Amma siyahı ilə tanış olduqda 4 nəfərin birinci kateqoriyaya keçdiyini, 2 nəfərin isə elitdən birinci kateqoriyaya endiyini gördüm. Adımın yenə ikinci kateqoriyalı hakimlərin siyahısında qalmasına səbəb tapa bilmirəm".
Xaqani Məmmədov isə susur. Deyirlər Bakıda yoxdu, yəqin istirahətdədi. Bəlkə də bu dəqiqə Əliyar onu maraqlandıran sonuncu adamdı. O da mümkündü ki, komitə sədrinin onun adından açıqlama verməsi Levnikovun qulağına çatıb və buna görə Əliyarın “ipini eşib”. “Ya zəlzələdən, ya vəlvələdən”, 2013-də özünü Avropada ən gənc FİFA referilərindən biri kimi tanıdan Ağayev sanki hər şeyə sıfırdan başlayıb, Avroliqanın seçmə oyununa 4-cü hakim kimi gedir...

Əliyar Ağayevin beynəlxalq oyunları
2013 (8 oyun)

26 mart. U-17 (AÇ, elit mərhələ) Ukrayna – Estoniya 5:1
28 mart. U-17 (AÇ, elit mərhələ) Almaniya – Estoniya 6:0
4 iyun. Yoldaşlıq oyunu Qazaxıstan – Bolqarıstan 1:2
11 iyul. Avroliqa (1-ci mərhələ) Dinamo (Belarus) – Kruoja (Litva) 5:0
23 sentyabr. U-17 (seçmə mərhələ) Macarıstan – Uels 5:5
28 sentyabr. U-17 (seçmə mərhələ) Uels – Sloveniya 3:0
10 oktyabr. U-21 (seçmə mərhələ) Xorvatiya – Lixtenşteyn 4:0
27 noyabr. Gənclər Liqası (qrup mərhələsi) ÇSKA (Rusiya) – Bavariya (Almaniya) 1:2
2014 (7 oyun)
12 may. U-17 (qrup mərhələsi) Malta – Hollandiya 2:5
15 may. U-17 (qrup mərhələsi) İsveçrə - Şotlandiya 1:3
23 iyul. ÇL (2-ci mərhələ) Aktobe (Qazaxıstan) – Dinamo (Gürcüstan) 3:0
31 iyul. Avroliqa (3-cü mərhələ) Şaxtyor (Qazaxıstan) – Hayduk (Xorvatiya) 4:2
8 sentyabr. U-21 (seçmə mərhələ) İsveçrə - Latviya 7:1
22 oktyabr.
18 noyabr. Yoldaşlıq oyunu. Ukrayna – Litva 0:0
2015 (7 oyun)
26 mart. U-19 (elit mərhələ) Slovakiya – Almaniya 1:1
31 mart. U-19 (elit mərhələ) İrlandiya – Slovakiya 2:2
14 iyul. ÇL (2-ci mərhələ) APOEL (Cənubi Kipr) – Vardar (Makedoniya) 0:0
6 avqust. Avroliqa (3-cü mərhələ) Vorskla (Ukrayna) – Jilina (Slovakiya) 3:1
13 oktyabr. U-21 (seçmə mərhələ) İtaliya – İrlandiya 1:0
20 oktyabr. Gənclər Liqası (qrup mərhələsi) Zenit (Rusiya) – Lion (Fransa) 3:1
10 dekabr. Avroliqa (qrup mərhələsi) Rapid (Avstriya) – Dinamo (Belarus) 2:1
2016 (12 oyun)
8 mart. Gənclər Liqası (1/4 final) Anderlext (Belçika) – Barselona (İspaniya) 2:0
30 iyun. Avroliqa (1-ci mərhələ) Slaviya (Bolqarıstan) – Zaqlebye (Polşa) 1:0
14 iyul. U-19 (qrup mərhələsi) İtaliya – Avstriya 1:1
18 iyul. U-19 (qrup mərhələsi) İngiltərə - Xorvatiya 2:1
24 iyul. U-19 (final) Fransa – İtaliya 4:0
4 avqust. Avroliqa (3-cü mərhələ) Kuban (Rusiya) – Birkirkara (Malta) 3:1
2 sentyabr. U-21 (seçmə mərhələ) Belarus – Hollandiya 2:2
6 sentyabr. Yoldaşlıq oyunu. Rusiya – Qana 1:0
29 sentyabr. Avroliqa (qrup mərhələsi) Roma (İtaliya) – Astra (Rumıniya) 4:0
20 oktyabr. Avroliqa (qrup mərhələsi) Konyaspor (Türkiyə) – Braqa (Portuqaliya) 1:1
13 noyabr. DÇ (seçmə mərhələ) Cənubi Kipr – Cəbəllüttariq 3:1
24 noyabr. Avroliqa (qrup mərhələsi) Şalke-04 (Almaniya) – Nitsa (Fransa) 2:0
2017 (1 oyun)
7 mart. Gənclər Liqası (1/4 final) ÇSKA (Rusiya) – Benfika (Portuqaliya) 0:2
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar