21 in 20:39olke

Avrokuboklardakı duellər

Avrokuboklardakı duellər
Gürcüstan
Avrokuboklar tarixində 7-ci dəfə Azərbaycan və Gürcüstan klubları üz-üzə gələcək. Buna qədər iki ölkə təmsilçilərinin 6 dueli baş tutub. Təmsilçilərimizin üstünlüyü ilə keçən görüşlərdə 4 dəfə komandalarımız mərhələ keçib. Gürcüstanlılar isə yalnız iki dəfə bunu bacarıb. Qonşularımızın qənimləri “Neftçi” və “Qəbələ”di. Bu klublar hərəyə 2 dəfə rəqibi mübarizədən kənarlaşdırıb. Bakılılar “Zestafoni” və “Çixura”nı, “Qəbələ” isə Tiflis “Dinamo”su ilə “Samtredia”nı keçib.
Gürcüstanlılar yalnız “Sioni”nin “Bakı”, “Tbilisi”nin “Şəmkir”i dayandırmasına sevinib. Göründüyü kimi, “Qarabağ” ilk dəfə qonşularımızla görüşəcək. 6 duel çərçivəsindəki 12 oyunun nəticələrinə gəlincə, bərabərlik hökm sürür. Belə ki, hər iki ölkə təmsilçiləri 5 qələbə qazanıb. 2 dəfə isə bərabərlik olub. Top fərqində komandalarımız üstündü. Futbolçularımız 19 qol vurub, 15-ni buraxıb.
2003/04
UEFA kuboku
1-ci təsnifat mərhələsi
15 iyul. Tbilisi (Gürcüstan) – Şəmkir 1:0
29 iyul. Şəmkir - Tbilisi (Gürcüstan) 1:4
Paşa Əliyev

2006/07
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
11 iyul. Sioni (Gürcüstan) – Bakı 2:0
18 iyul. Bakı – Sioni (Gürcüstan) 1:0
Fərid Quliyev

2012/13
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
17 iyul. Neftçi – Zestafoni (Gürcüstan) 3:0
Cavid İmamverdiyev, Culius Vobay, Nikolas Kanales
24 iyul. Zestafoni (Gürcüstan) – Neftçi 2:2
Culius Vobay, Rəşad Sadiqov

2014/15
Avropa Liqası
3-cü təsnifat mərhələsi
31 iyul. Neftçi – Çixura (Gürcüstan) 0:0
7 avqust. Çixura (Gürcüstan) – Neftçi 2:3
Ernest Nfor (3)

2015/16
1-ci təsnifat mərhələsi
2 iyul. Dinamo (Tiflis, Gürcüstan) – Qəbələ 2:1
Cavid Hüseynov
9 iyul. Qəbələ - “Dinamo” (Tiflis, Gürcüstan) 2:0
Asif Məmmədov, Aleksey Antonov

2016/17
1-ci təsnifat mərhələsi
30 iyun. Qəbələ – Samtredia (Gürcüstan) 5:1
Voislav Stankoviç, Sergey Zenyov, Teo Uiks (3)
7 iyul. Samtredia (Gürcüstan) – Qəbələ 2:1
Teo Uiks

Lüksemburq
Qitəmiqyaslı turnirlərdə Lüksemburq təmsilçiləriylə ikinci dəfə yollarımız kəsişəcək. “Zirə” və “Differdanj”a qədər yalnız bir dəfə - ötən tsikldə rəqib olmuşuq. Belə ki, ötən il Çempionlar Liqasında “Qarabağ” iki oyunun nəticəsinə görə lüksemburqlulardan üstün olub.

2016/17
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
12 iyul. Qarabağ – F-91 Düdelanj (Lüksemburq) 2:0
Riçard Almeyda (2)

20 iyul. F-91 Düdelanj (Lüksemburq) – Qarabağ 1:1
Reynaldo

Serbiya
Püşk təmsilçilərimizi növbəti dəfə Serbiya təmsilçisi ilə üz-üzə qoyub. İndiyədək komandalarımız 6 dəfə bu ölkədən olan rəqiblə görüşüb. Bunlardan biri Yuqoslaviya, beşi isə Serbiya dönəminə təsadüf edib. “Mladost”la qarşılaşacaq “İnter”in özü də 9 il öncə serbiyalılarla münasibətlərinə aydınlıq gətirib. Həmin vaxt bakılılar “Partizan” səddini keçə bilməyib. Ümumiyyətlə, indiyə qədər komandalarımız yalnız bir dəfə serbiyalıları mübarizədən kənarlaşdırıb. Buna 2 il əvvəl “Qəbələ” nail olub. Əyalət təmsilçisi iki oyunun nəticəsinə görə “Çukariçki”dən güclü olub. 12 oyunda yalnız 1 qələbə qazanmışıq. Dörd heç-heçəsi olan təmsilçilərimiz 7 dəfə meydandan məğlub ayrılıb. Qeyd edək ki, iki ölkə klubları arasında ilk matç 1999-cu ildə “Neftçi” və “Srvena Zvezda”nın duelində gerçəkləşib.
1999/2000
UEFA kuboku
1-ci təsnifat mərhələsi
12 avqust. Neftçi – Srvena Zvezda (Yuqoslaviya) 2:3
Vadim Vasilyev (2)
26 avqust. Srvena Zvezda (Yuqoslaviya) - Neftçi 1:0

2008/09
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi
29 iyul. İnter – Partizan (Serbiya) 1:1
Petar Zlatinov
6 avqust. Partizan (Serbiya) – İnter 2:0

UEFA kuboku
1-cu təsnifat mərhələsi
17 iyul. Voyvodina (Serbiya) – Olimpik 1:0
31 iyul. Olimpik - Voyvodina (Serbiya) 1:1
Roman Axalkatsi

2012/13
Avropa Liqası
Qrup mərhələsi
20 sentyabr. Partizan (Serbiya) – Neftçi 0:0
22 noyabr. Neftçi – Partizan (Serbiya) 1:1
Flavinyo

2014/15
Avropa Liqası
4-cü təsnifat mərhələsi
21 avqust. “Partizan” (Serbiya) – Neftçi 3:2
Denis Silva (2)
28 avqust. Neftçi - “Partizan” (Serbiya) 1:2
Julius Vobay

2015/16
Avropa Liqası
2-ci tənsifat mərhələsi
16 iyul. Çukariçki (Serbiya) – Qəbələ 1:0
23 iyul. Qəbələ - Çukariçki (Serbiya) 2:0
Sergey Zenyov (2)
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Dünən, 15:26 TRANSFER DOSYESİ Dünən, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Dünən, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Dünən, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Dünən, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Dünən, 15:15 “Neftçi” yeni kartların satışına başladı Dünən, 15:14 “Parken”də anşlaq gözlənilir Dünən, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Dünən, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Dünən, 15:10 Dima qol hesabını açdı Dünən, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Dünən, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Dünən, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Dünən, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Dünən, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Dünən, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Dünən, 13:58 Ruslan bir pillə irəlilədi Dünən, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Dünən, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Dünən, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Dünən, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Dünən, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Dünən, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı 19-08-2017, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? 19-08-2017, 18:52 “Qarabağ” iki gün əvvəl gedir 19-08-2017, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları 19-08-2017, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” 19-08-2017, 16:32 Ramil yenə meydana çıxmadı 19-08-2017, 16:29 Kəmaləddin Heydərov postunda qaldı 19-08-2017, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı 19-08-2017, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır 19-08-2017, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar