20 in 00:13olke

Bu gün Nyonda rəqiblərimiz bilinəcək

Bu gün Nyonda rəqiblərimiz bilinəcək
Nəhayət, intizarla gözlədiyimiz tarix yetişdi. Belə ki, bu gün saat 14.00-dan etibarən gözlər Nyona dikiləcək. İsveçrədə 2017/18 avrokubok mövsümünün püşkü atılacaq və beləliklə, Çempionlar Liqasında və Avropa Liqasında təmsil olunacaq klublarımız – “Qarabağ”, “Qəbələ”, “İnter” və “Zirə” rəqiblərini tanıyacaq.
Bəribaşdan 4 klubdan üçünün tədbirə öz nümayəndəsini göndərdiyini qeyd edək. Yalnız “İnter” artıq xərcə düşməyə ehtiyac duymayıb. Adını da qoyublar ki “rəhbərlik yeni olduğundan təşkilati işlər çoxdu”. “Qarabağ” ənənəvi olaraq, baş menecer Asif Əsgərovun timsalında təmsil olunur. Son anda Avropa Liqasının ilk təsnifat mərhələsindən azad olacağı bilinən “Qəbələ” püşkatmaya baş menecer Zaur Əzizovu göndərib. Birillik fasilədən sonra yenidən avrokuboklarda yarışmaq hüququ qazanan “İnter”i də püşkatmada “qırmızı-qaralar”ın baş meneceri təmsil edəcək. Nəhayət, avrokuboklarda debüt edəcək “Zirə”dən İsveçrəyə klub prezidenti vəzifəsini icra edən Natiq İsmayılov ezam olunub.

Avropa Liqası
Avropa Liqasında 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “İnter”lə “Zirə”nin bütün potensial rəqiblərinin siyahısı məlumdu. Ümumilikdə Avroliqanın ilkin təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq. Püşkatma ərəfəsində onlar artıq səbətlərə də bölünüblər. Azərbaycanın hər iki klubu “səpələnmişlər” səbətində yer alıb. Bu isə klublarımızın “səpələnməmişlər” səbətində yer alan zəif komandalarla düşəcəyi anlamına gəlir.
1-ci təsnifat mərhələsi
Səpələnmişlər: “Makkabi” (Təl-Əviv, İsrail), "Midtyullann" (Danimarka), “Dinamo” (Belarus), "Lex" (Polşa), HJK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), “Videoton” (Macarıstan), AEL (Cənubi Kipr), “Şaxtyor” (Belarus), “Slovan” (Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Trençin” (Slovakiya), “Şkenderbü” (Albaniya), "Reyndorf" (Avstriya), “Sent Conston” (Şotlandiya), AEK (Cənubi Kipr), “İNTER” (AZƏRBAYCAN), “Beytar” (İsrail), “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Osiyek” (Xorvatiya), “Sarayevo” (Bosniya və Hersoqovina), “KR Reykyavik” (İslandiya), “Norçöpinq” (İsveç), “Milsami” (Moldova), “Lyünqbü” (Danimarka), “Nımme Kalyu” (Estoniya), “Jelezniçar” (Bosniya və Hersoqovina), “Botev” (Bolqarıstan), “Olimpiya” (Sloveniya), “Valletta” (Malta), “Vaduts” (Lixtenşteyn), "Yagelloniya" (Polşa), “Levski” (Bolqarıstan), ÇSKA (Bolqarıstan), “Styarnan” (İslandiya), “Hauqesunn” (Norveç), “Domjale” (Sloveniya), “Ordabası” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Ferentsvaroş” (Macarıstan), “Kruzeyders” (Şimali İrlandiya), “Rabotniçki” (Makedoniya), “Reyncers” (Şotlandiya), “Şirak” (Ermənistan), “Daçiya” (Moldova), “Mladost” (Monteneqro), “ZİRƏ” (AZƏRBAYCAN).
Səpələnməmişlər: “İrtış” (Qazaxıstan), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Fola” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Qoritsa” (Sloveniya), “Sutyeska” (Monteneqro), “Pünik” (Ermənistan), “Partizani” (Albaniya), “Mladost” (Serbiya), “Şemrok Rovers” (İrlandiya), “Flora” (Estoniya), “Çixura” (Gürcüstan), “Linkoln” (Cəbəllütariq), “Yelqava” (Latviya), SJK (Finlandiya), “Kork Siti” (İrlandiya), “Zeta” (Monteneqro), B-36 Torshavn (Farer adaları), “Rujomberok” (Slovakiya), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Zarya” (Moldova), VPS (Finlandiya), “Valyur” (İslandiya), “Vaşaş” (Macarıstan), “Tirana” (Albaniya), “Atlantas” (Litva), “Suduva” (Litva), “Qandzasar” (Ermənistan), “Torpedo” (Gürcüstan), “Trakay” (Litva), “Tre Penne” (San Marino), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Runavik” (Farer adaları), “Baltsan Yuts” (Malta), “Konna Kvey” (Uels), “Banqor Siti” (Uels), “UE Santa Koloma” (Andorra), “Proqres” (Lüksemburq), “Pelister” (Makedoniya), “Folqore/Falçano” (San Marino), “Floriana” (Malta), “Kolreyn” (Şimali İrlandiya), “Ballimena Yunayted” (Şimali İrlandiya), “Sent Xuliya” (Andorra), “Kİ Klaksvik” (Farer adaları), “Sent Cozef” (Cəbəllütariq), “Priştina” (Kosovo).
Başa çatan mövsümdə premyer-liqanın ikincisi olan “Qəbələ” 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Bu isə yenilikdi. Normal yanaşsaq, hansısa komanda ilk mərhələdən azad olmasına sevinməlidi. Ancaq bu durum Roman Qriqorçuku narazı salıb. Səbəb isə aydındı: ukraynalı mütəxəssis startda zəiflərlə qarşılaşıb “qızışmaq” və tədricən sürət yığmaq istəyir. Axı son iki tsikldə “Qəbələ” məhz Avroliqaya ilkin mərhələdən başlayıb və qrupa düşüb.
Əyalət təmsilçisi 2-ci təsnifat mərhələsindən yarışa qoşulacaq 16 komandadan biridi. “16-lıq”da isə aşağıdakı komandalar yer alır: “Qalatasaray” (Türkiyə), “Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Apollon” ( Cənubi Kipr), “Mlada Boleslav” (Çexiya), “Lütsern” (İsveçrə), “Brondbü” (Danimarka), “QƏBƏLƏ” (AZƏRBAYCAN), “Aberdin” (Şotlandiya), “Utrext” (Hollandiya), “Şturm” (Avstriya), “Panionios” (Yunanıstan), “Bney Yehuda” (İsrail), “Dinamo” (Brest, Belarus), “Ostersun” (İsveç), “Brann” (Norveç).

Çempionlar Liqası
Ölkəmizi ardıcıl dördüncü mövsüm Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” da 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələdə 34 komanda iştirak edəcək. Püşkdə 29 komanda və 1-ci təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla, iki səbətə bölünəcək. “Səpələnmişlər” sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək.
1-ci təsnifat mərhələsi
Səpələnmişlər: “Nyu Seynts” (Uels), “Linfild” (Şimali İrlandiya), “Vikinqur” (Farer adaları), “Hibernians” (Malta), “FK Santa Koloma” (Andorra).
Səpələnməmişlər: “Alaşkert” (Ermənistan),“Fiorita” (San Marino),“Europa” (Cəbəllütariq), “İnfonet” (Estoniya),
“Trepça” (Kosovo).
2-ci təsnifat mərhələsi
Səpələnmişlər: “Seltik” (Şotlandiya), “Zaltsburq” (Avstriya), “Kopenhagen” (Danimarka), “Ludoqorets” (Bolqarıstan), BATE (Belarus), “Legiya” (Polşa), APOEL (Cənubi Kipr), “Maribor” (Sloveniya), “QARABAĞ” (AZƏRBAYCAN), “Malmö” (İsveç), “Astana” (Qazaxıstan), “Partizan” (Serbiya), “Riyeka” (Xorvatiya),“Rusenborq” (Norveç), “Şerif” (Moldova), “Hapoel” (Beer Şeva, İsrail).
Səpələnməmişlər: “Hafnarfyordur” (İslandiya), “Jilina” (Slovakiya), “Jalgiris” (Litva),“Dandolk” (İrlandiya), “Vardar” (Makedoniya), “F-91 Düdelanj” (Lüksemburq), “Kukesi” (Albaniya), “Zrinski” (Bosniya və Hersoqovina), “Buduçnost” (Monteneqro), “Honved” (Macarıstan),
“Maryehamn” (Finlandiya), “Spartak” (Latviya), “Samtredia” (Gürcüstan).
MİRAĞA

Avrokubok mövsümü nə vəd edir?
Püşkün nəticəsindən asılı olaraq, növbəti avrokubok mövsümü ilə bağlı hədəflərə aydınlıq gələcək. Təbii, əsas məqsəd ən azı ötənilki nəticəni təkrarlamaqdı. Yəni yenə də iki klubumuzun qrupda mübarizəsini izləmək həvəsindəyik. Daha artığını bacarsalar, lap yaxşı. Çünki belə olan halda əmsal baxımından da irəli düşəcəyik.
Qeyd edək ki, təmsilçilərimiz ötən tsikldə 4,250 əmsal toplamışdı və beləliklə, ölkənin ümumi qazancı 14,750-yə bərabər olmuşdu. Bu rəqəm UEFA-nın əmsallar cədvəlində 23-cü yerə yüksəlməyimizə imkan vermişdi. Məlum olduğu kimi, UEFA-nın reytinq hesablaması son 5 mövsümün nəticələrini özündə əks etdirir. Ümumiyyətlə, sıralamada üçüncü “10-luq”da sıxlıq diqqəti çəkir. Üst mərtəbədəki qonşumuz Bolqarıstandı. Bu ölkənin 15,125 əmsalı var. İndiki məqamda irəliləyəcəyimiz xeyli realdı. Uğurlu start sayəsində 0,375 əmsallıq geriliyi aradan qaldırmaq mümkündü. Ancaq 24-cü olan Şotlandiya da uzaqda deyil. Belə ki, britaniyalılar cəmi 0.125 əmsal geridədi. Yəni bir heç-heçəylə önə keçə bilərlər. Tsikllik hədəfdən danışdıqda, ikinci “10-luğ”a düşməyimiz də real görünür. Avrokuboklara 20-ci pillədə başlayacaq İsrailin əmsalı 16.125-ə bərabərdi. Ən pis halda növbəti tsiklin startında onlardan öndə ola bilərik. Belə ki, növbəti futbol ilində israillilərin hesabından 5.750, bizimkindən isə 2.250 əmsal çıxılacaq.
üçüncü “10-luq”
1 2 3 4 5 6 7
...21. Belarus 1.750 5.500 5.125 3.000 15.375
22. Bolqarıstan 5.625 4.250 1.000 4.250 15.125
23. AZƏRBAYCAN 2.500 3.625 4.375 4.250 14.750
24. Şotlandiya 3.250 4.000 3.000 4.375 14.625
25. İsveç 3.200 3.900 4.750 2.750 14.600
26. Cənubi Kipr 2.750 3.300 3.000 5.500 14.550
27. Qazaxıstan 3.125 3.375 4.625 2.750 13.875
28. Norveç 3.250 5.750 1.375 2.250 12.625
29. Serbiya 2.500 2.750 4.250 2.875 12.325
30. Sloveniya 2.625 4.000 1.000 2.250 9.875
1 - yer, 2 - ölkə, 3 - 2013/14, 4 - 2014/15, 5 - 2015/16, 6 - 2016/17, 7 - cəmi.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar