19 in 23:39olke

“Vətən” Madrid “Atletiko”suna uduzdu

“Vətən” Madrid “Atletiko”suna uduzdu
Xatırlayırsızsa, bu il aprelin 6-dan 10-na kimi Türkiyənin İzmir şəhərində "Altınordu" klubunun təşkilatçılığı ilə dünyanın ən böyük turnirlərindən olan “U-10 Champions Trophy” çempionatının Türkiyə üzrə seçmə yarışları keçirilmişdi. Türkiyənin 40 futbol komandasının qatıldığı birincilikdə Azərbaycanı “Vətən” təmsil etmişdi. Qrup, yarımfinal və final olmaqla üç mərhələdə keçirilən yarışda təmsilçimiz həlledici matça vəsiqə qazanmış və Türkiyənin “Bəylikgücü” komandasını 7:0 hesabla məğlub edərək, kubokun sahibi olmuşdu. Bununla da “Vətən”in U-10 komandası Avstriyada keçirilən “U-10 Champions Trophy” beynəlxalq turnirinə vəsiqə qazanmışdı.
Artıq sözügedən turnir iyunun 16-da start götürüb. Təbii ki, “Vətən” də yarışa qatılıb. Dünyanın bir çox ölkələrindən turnirə qoşulan 128 komanda arasında İngiltərənin “Çelsi”, “Liverpul”, İtaliyanın “Yuventus, “İnter”, Fransanın PSJ kimi klubları da çıxış edirlər. Təmsilçimiz turnirdə uğurlu çıxış edib. A qrupundan Lyublyana “Olimpiya”sı, “Atletiko”, “Stadlau”, “Slovaçko”, “Tutin”, “İnsbruk” və “Brann” komandaları ilə yarışan təmsilçimiz 7 oyuna rəqib qapılarından 19 top keçirib, öz qapısında isə 9 qol görüb. İlk matçda “İnsbruk”u 3:0 hesabı ilə yenən balacalar ikinci qarşılaşmada “Tutin”ə 1:2 uduzub, “Olimpiya” ilə 1:1 heç-heçə oynayıb, “Brann”ı 8:1 darmadağın edib, “Stadlau”ya 2:3 yenilib, “Slovaçko”nu 4:1 məğlub edib və “Atletiko”ya minimal hesabla boyun əyib – 0:1. 7 oyuna 10 xal toplayan “Vətən” növbəti mərhələyə vəsiqə qazanıb. Növbəti mərhələdə isə komanda “Sarayevo”, “Viyenerberq” və LASK-la eyni qrupa düşüb. İlk oyunda “Sarayevo” və “Viyenerberq”lə qolsuz bərabərliyə razılaşan təmsilçimiz LASK-a 3:0 hesabı ilə qalib gəlsə də, qrupdan çıxa bilməyib.
“U-10 Champions Trophy” 10 yaşlılar arasında dünyanın ən böyük və mötəbər futbol turniridi. Bu turnirə Avropa, Cənubi və Şimali Amerika, Asiya, Afrika, Avstraliyanın ən güclü futbol klublarının komandaları qatılır.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 01:45 Şəhriyar Dinq Lirenə məğlubiyyəti unuda bilmir Dünən, 01:43 Valideynləri Mahir Mədətovla bağlı danışmaq istəmədi Dünən, 01:42 Ceyhun Sultanov Portuqaliyaya getdi və qayıtdı Dünən, 01:41 Qazaxıstanla Qırğızıstan öndə, Latviya geridə Dünən, 01:40 İntizam Komitəsindən cəza yağdı, cərimələr 100 mini ötdü! Dünən, 01:38 “Uğursuzluğun bir qolu da hakimliklə bağlıdı” Dünən, 01:37 Təbrizlilər ÇL-lə qələbəsiz vidalaşdı Dünən, 01:36 Əliyar Ağayev MS - “Barsa” oyununu idarə edəcək Dünən, 01:34 “Araz” debütantla bacarmadı Dünən, 01:33 “Zirə”nin 5 oyunda haqqı yeyilib Dünən, 01:22 Zaur Axundov mövsümün sonunu işarə verdi Dünən, 01:20 “Keşlə” Sumqayıtı şoka saldı Dünən, 01:18 Karlsen Məmmədyarovu əsas rəqib sayır Dünən, 01:16 Xatirə turnirini bu dəfə SOCAR təşkil edib Dünən, 01:14 AFFA-nın səhvi narazılıq doğurdu Dünən, 01:14 İki komanda yarımfinalda Dünən, 01:12 “Qaradağ Lökbatan” üçün “əcəl zəngi” Dünən, 01:11 İkisi köhnə, biri təzə Dünən, 01:09 Kubokun qalibləri sırasına yeni ad düşəcək Dünən, 01:08 “Qəbələ” parlaq oyunla “Neftçi”ni yolundan sildi 18-04-2018, 20:17 “Lokomotiv” və “Sərhədçi” finalda 18-04-2018, 20:16 Yığma sabah toplanışa başlayır 18-04-2018, 19:58 Yığmanın növbəti rəqibi Qazaxıstan oldu 18-04-2018, 19:57 “Qarabağ” kubokuna nə vaxt qovuşacaq? 18-04-2018, 19:56 Cavid Hüseynov kubokun qazanılmamasını faciə sayacaq 18-04-2018, 19:53 Mahir Mədətov yenə intizamsızlığın qurbanı olub 18-04-2018, 19:51 “Zirə”nin sadiq azarkeşi Ayxan Abbasovda günah görmür 18-04-2018, 19:49 Muradov darmadağına sevindi 18-04-2018, 19:48 Mətbuat katibləri 3 xalı 3 qolla qazandı 18-04-2018, 19:47 “İdman Azərbaycan”ın kapitanı Moskva planlarını açıqladı 18-04-2018, 19:45 Final yolunda son savaş 18-04-2018, 19:44 Turdan məqamlar 18-04-2018, 19:42 Turun statistikası 18-04-2018, 19:40 Turun məşqçisi 18-04-2018, 19:39 Hakimlərin turu: 3 penalti, 2 qırmızı 18-04-2018, 19:37 Turun oyunçusu 18-04-2018, 19:36 Turun sitatı 18-04-2018, 19:35 Hakimlərin mühakiməsi 18-04-2018, 19:33 Tura çempion start verəcək 18-04-2018, 19:30 İzləyicisindən liderə şok: fərq 3-ə endi 18-04-2018, 19:29 Quba Olimpiya Kompleksinin direktoru AFFA-dan kömək istəyir 17-04-2018, 15:43 Günay Məmmədzadə AÇ-də ilk “10-luq”dadı 17-04-2018, 15:41 Atıcımız gerilədi 17-04-2018, 15:40 Polina Türkiyə üçüncüsü oldu 17-04-2018, 15:38 Kramnik şahmatçımızın kumirinə çevrilib 17-04-2018, 15:31 “Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər! 17-04-2018, 15:30 Abasovun əvəzetmələri işə yaradı 17-04-2018, 15:27 “Qəbələ”, 1:1-lərlə hara belə? 17-04-2018, 15:24 Çempion "Kəpəz”lə bacarmadı 17-04-2018, 15:21 Fikrət Orman Bakıya gəlir 17-04-2018, 15:16 Cüdoçular Rusiyada üçüncü oldu 17-04-2018, 15:15 “Azərreyl” yenilgisiz bitirə bilmədi 17-04-2018, 15:13 Tural Hümbətovun Monteneqroda debütü uğursuz alındı 17-04-2018, 15:12 “İdman Azərbaycan” dünya çempionatına vəsiqə qazandı 17-04-2018, 15:11 “Kəpəz”in media sektoru: başçının fanklubunun, yoxsa jurnalistlərin yeri? 17-04-2018, 15:08 “Kəpəz”də biletlə bağlı növbəti biabırçı səhv 17-04-2018, 15:06 “Kəpəz”in “Qarabağ” “kabus”u 24-ə çatdı Bütün xəbərlər
Ən çox oxunanlar