18 in 12:56olke

“Bayıl Arena”da təmir işlərini AFFA aparır

“Bayıl Arena”da təmir işlərini AFFA aparır
Stadionun direktorunun isə heç nədən xəbəri yoxdu

Ölkənin ən iri idman qurğularından biri olan “Bayıl Arena”dan bir sıra komandalar istifadə edir. Müxtəlif yaş qrupları üzrə millilərlə yanaşı, premyer-liqa və birinci divizion klubları, o cümlədən “Mançester Yunayted” məktəbi də sözügedən arenadan yararlanır. 2012-ci ilin sentyabrında açılışı olan arena AFFA və UEFA-nın birgə layihəsi əsasında inşa olunub və assosiasiyanın balansındadı. “Rəvan”ın birinci diviziondan uzaqlaşdırılması ilə stadion tam “Səbail”ə qismət olub. Ötən mövsüm birinci divizionda gümüş medal qazanıb, premyer-liqaya vəsiqə əldə edən debütant elitada da ev oyunlarını “Bayıl Arena”da keçirəcək. Dəfələrlə “Səbail” rəhbərliyi açıqlama vermişdi ki, stadionda komanda üçün baza inşa olunacaq. Artıq həmin işlərə start verilir. Ötən saylarımızın birində komandanın baş məşqçisi Samir Əliyev də baza tikintisinin davam etiyini bildirmişdi. Bundan başqa, stadionun örtüyündə də dəyişkilik olub. Belə ki, istifadə müddəti bitən örtük FİFA-nın tələblərinə uyğun olan yeni və yüksək keyfiyyətli süni qazon ilə əvəzlənib. Stadionda aparılan tikinti işlərinin ilkin mərhələsi başa çatıb. İkinci mərhələdə oyunçuların qidalanması üçün yeməkxananın tikilməsi plandadı. Premyer-liqada mövsüm başlayana kimi arenada təmir işləri tam başa çatacaq və “Səbail”in orda məskunlaşması üçün hər cür şərait yaranacaq.
Stadionda təmir işlərinin aparılması və premyer-liqada debüt edəcək komanda üçün şəraitin yaradılması təqdirəlayiq haldı. Bununla belə, maraqlıdı, bu işləri kim görür: “Səbail”, yoxsa AFFA? Stadion “Səbail”ə icarəyə verilibsə, niyə klub orda təmir-tikinti işləri aparmalıdı? Sualı stadion rəhbərliyinə ünvanladıq. Arenanın direktoru Rza Həsənov təmirin kim tərəfindən aparılmasından məlumatsız olduğunu bildirdi: “Stadionda təmir işləri gedir. İnzibati bina yenilənir. Amma təmirin kim tərəfindən aparıldığını bilmirəm. Mənim heç nədən xəbərim yoxdu. Bunu AFFA-dan soruşsaz, daha yaxşı olar. Şəxsən bizim üçün burda kimin oynayacağı maraqlı deyil. Təki futbol olsun”.
Rza bəyin təəccüb doğuran fikirlərini dinlədikdən sonra assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğluya zəng etdik. O, təmir işlərinin AFFA tərəfindən aparıldığını bildirdi: “Stadion “Səbail”ə icarəyə verilib. Komanda orda məşq edəcək, qalacaq və ev oyunlarını keçirəcək. Təmir-tikinti işlərinin isə onlara aidiyyatı yoxdu. Bütün təmir işləri AFFA tərəfindən aparılır”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub Dünən, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur Dünən, 22:04 Emin Ağayev yığmada potensial görür Dünən, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir Dünən, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik Dünən, 22:00 Dünya çempionatının püşkü atıldı Dünən, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər Dünən, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! Dünən, 21:52 "Arsenal"la oyunun biletləri satışda Dünən, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi Dünən, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” Dünən, 21:04 Alesio yığmanın heyətini açıqladı Dünən, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi Dünən, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? Dünən, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir Dünən, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı Dünən, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında Dünən, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi Dünən, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir Dünən, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Dünən, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Dünən, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Dünən, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Dünən, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Dünən, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Dünən, 00:05 Turun oyunçusu Dünən, 00:04 TURUN SİTATI Dünən, 00:02 Məhsuldarlıq rekord vurdu Dünən, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu Bütün xəbərlər
Ən çox oxunanlar