16 in 17:58olke

Baş məçqçilər “Caspian Cup”u dəyərləndirdi

Baş məçqçilər “Caspian Cup”u dəyərləndirdi
Eldəniz Məmmədov: “Belə turnirlər bizim çempionatdan 2-3 dəfə güclüdü”

Xəbər verdiyimiz kimi, Rusiyanın Kaspiysk şəhərində keçirilən 14 yaşadək futbolçular arasında “Caspian Cup” turniri başa çatıb. Ölkəmiz yarışda “Qəbələ” və “Neftçi”nin U-14 komandaları ilə təmsil olunub. “Qırmızı-qaralar” A qrupunda mübarizə aparıb və hər üç matçda meydanı məğlub tərk edib. İlk oyunda “Rostov”a 0:1, ikinci görüşdə “Ramzan”a 0:5 hesabı ilə məğlub olan bölgə komandası son qarşılaşmada “Krasnodar”a yenilmişdi - 1:2. B qrupunda yer alan “Neftçi” də ilk matçda Tiflis “Dinamo”su tərəfindən darmadağın olunmuşdu – 5:1. İkinci oyunda “Yunost”a 2:3 hesabı ilə boyun əyən “ağ-qaralar” son “sillə”ni “Anji”dən “yemişdi”– 5:0.
Ardınca isə komandalarımız 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulmuşdu. Bölgə komandası yerli “Yunost”a 1:5, son qarşılaşmada isə “Ramzan”a 0:1 hesabı ilə məğlub olmuşdu. Beləliklə, Rakif Əliyevin yetirmələri turniri 8-ci, yəni sonuncu pillədə başa vurub. Bakılılar isə təsəlliverici matçların hər ikisini qələbə ilə başa vurub. Eldəniz Məmmədovun rəhbərlik etdiyi komanda “Ramzan”a və “Yunost”a 1:0 hesabı ilə qalib gələrək, 5-ci yeri tutub.
Dünən hər iki komandanın baş məşqçisi ilə danışmağı lazım bildik. Görəsən, onlar uğursuzluğu nə ilə əlaqələndirir?
Rakif Əliyev (Qəbələ): “Çox yaxşı və rəqabətli turnir idi. Bu cür turnirlər təcrübə baxımından çox vacibdi. Güclü komandalar mübarizə aparırdı. Rusiya təmsilçilərinin hamısı ölkəsinin premyer-liqa klublarının aşağı yaş qruplarının komandaları idi. Bundan əlavə, demək olar ki hamısı 2002 təvəllüdlü uşaqlarla turnirə qatılmışdı. Hamısı fiziki cəhətdən güclü uşaqlarla gəlmişdi. Biz isə 2004 təvəllüdlü uşaqlarla yarışdıq. Üstəlik, komandaya 2 yeni oyunçu cəlb etmişdik. Onlar hələ tam hazır deyildilər. Yeni futbolçuların komandaya uyğunlaşması üçün zaman lazımdı. Turnir boyunca, demək olar ki, bütün oyunlar üstünlüyümüzlə başlayırdı. Lakin 15-20 dəqiqədən sonra təşəbbüsü əldən verirdik. Bunu da birbaşa fiziki hazırlıqla əlaqələndirmək olar. Uşaqlar sona kimi çatdıra bilmirdilər. İlk oyunda “Rostov”la yaxşı mübarizə apardıq. Lakin sonda lazımsız qol buraxdıq. İkinci görüşdə isə uşaqlar ilk oyunun təsirindən çıxa bilməmişdilər. Bu üzdən “Ramzan” qapımıza 5 cavabsız qol vurdu. Hər iki oyunda ilk 15-20 dəqiqədə dominantlıq edən tərəf biz idik. Üçüncü görüşdə də “Krasnodar”la qarşılaşdıq. Onlara qarşı oyundan da razı qaldım. Amma sonda məğlub olduq. Rəqaib çox yaxşı komanda idi. Bu üç məğlubiyyətdən sonra “Yunost”la qarşılaşdıq. Yenə hesabı açmağımıza baxmayaraq, məğlub olduq. Son oyunda da uşaqlar var gücləri ilə mübarizə apardılar. Əsas vaxtda hesab açılmadı. İkinci əlavə hissənin son dəqiqəsində rəqib qol vuraraq qələbə qazandı. Bu cür turnirlərdə komandamız çox iştirak edir. Bir neçə ay əvvəl Litvada oynamışdıq. Ora “Torino” kimi komanda gəlmişdi. Buna baxmayaraq, 3-cü yeri tutmuşduq. Həmin vaxt çempionatın qızğın dönəmi idi. Uşaqlar hər həftə oynayırdılar. Yəni oyun praktikaları, fiziki durumları qaydasında idi. Bu üzdən Litvadakı turnirdə uğurlu çıxış etdik. Kaspiyskdə isə bunu görmədim. Uşaqlar hazır deyildilər. Onları oyunlara hazırlamaq çətin idi. Motivasiyanın heç bir köməyi olmur. Bu turnir bizə göstərdi ki, komandaya fiziki göstəriciləri yüksək olan, yəni boy-boxunlu oyunçular cəlb etmək lazımdı. Bütün rəqiblər məhz bundan istifadə edirdi. Uğursuzluğa baxmayaraq, bizim üçün bir təcrübə oldu. Belə turnirlər Azərbaycan çempionatından çox fərqlidi. Orda bizim çempion “Neftçi” də iştirak edirdi. Onlar 5-ci yeri tutdular. “Neftçi” heyəti tam formalaşmış kollektivdi. Ora da tam hazırlıqlı getmişdi. Onu da bildirim ki, komandanın qidalanmasında da bir az problem oldu. Uşaqlar rus yeməklərini bəyənmirdilər. Demək olar ki, supları, qarabaşaq yarmasını yeyə bilmirdilər. Bu üzdən mağazalardan ərzaq alırdıq. Ruslar isə maşallah, iki-üç boşab yemək yeyirlər. Futbolçu üçün qida əsasdı. Çünki onun enerji mənbəyidi”.
Eldəniz Məmmədov (Neftçi): “Kaspiyskdəki turnirdə güclü komandalar mübarizə aparırdı. ELə uşaqlarımız var idi ki, bu cür turnirlərdə ilk dəfə çıxış edirdi. Yəni təcrübəsiz idilər. Onlar üçün birdən-birə güclü klublara qarşı mübarizə aparmaq çətin idi. O cümlədən də bizim üçün. Mən bu turnirdə mübarizə aparan komandalardan yalnız Tiflis “Dinamo”sunu görmüşdüm. Onların yaş qrupları və akademiyası ilə tanış idim. İlk oyunumuz da məhz “Dinamo”ya qarşı oldu. Qarşılaşma bizim üçün həddən artıq ağır keçdi. Rəqib inanılmaz dərəcədə sürətli oynayır, tez fikirləşir, epizodları ani dəyərləndirirdi. Onların oyununu oxumaqda uşaqlarımız problemlərlə üzləşirdi. Həm də fiziki cəhətdən bir az axsayırdıq. Tiflis “Dinamo”su sanki Gürcüstanın yığmasıdı. Ölkənin hər yerindən ən yaxşı futbolçuları yığıb gətiriblər. Bu da onlara üstünlük qazandırır. Lakin oyundan-oyuna vəziyyət yaxşılığa doğru dəyişdi. Hər oyunun ikinci yarısında daha yaxşı çıxış edirdik. Lakin xeyli qol imkanından yararlana bilmədik. Elə uduzmağımızın əsas səbəbi də budu. İlk 3 məğlubiyyət bizim 5-8-ci yerlər uğrunda mübarizə aparmağımıza səbəb oldu. Son iki görüşü 1:0 hesablı qələbə ilə başa vurduq. Uşaqlar turnirin sonunda yaxşı çıxış etdilər. Nəticədə 5-ci olduq. Bu cür turnirlərdə iştirak etmək yalnız “Neftçi” yox, bütün komanalarımız üçün vacibdi. Təcrübə ancaq belə turnirlərdə qazanılır. Komandanın bütün çatışmazlıqlarını gördük. Azərbaycan çempionatında təcrübə qazana bilmirik. Güclü klublar da, təzyiq də belə turnirlərdədi. Bu cür turnirlər bizim çempionatdan 2-3 dəfə güclüdü. “Rostov” və “Krasnodar”ın necə klub olduğunu bilirsiz. Elə akademiyaları da çox yaxşıdı. “Krasnodar”ın U-14-ü Rusiya çempionatının finalçısıdı. Orda “Spartak”ın eyni yaş qrupu üzrə komandasına uduzublar. Özü də penaltilərlə. Yəni belə güclü və təcrübəli rəqiblər bizim çümpionatda yoxdu. Turnirin təşkilatçılığı da yüksək səviyyədə idi. Bizi çox yaxşı qarşıladılar. Arada Rakif müəllimlə əlaqə saxlayırdım. Fərqli-fərqli otellərə düşmüşdük. Bizdə qida problemi olmadı. Sadəcə, biz orda uşaqları yaxşı gəzdirə bilmədik. Hava küləkli, hər yer toz-torpaq idi. Üstəlik, ağcaqanad problemi var idi. Lakin təşkilatçılıq baxımından hər şey yaxşı idi, razı qaldım”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar